müraciət etsək, onlar bizi öz məzhəblərinə dəvət
edərlər. Zikr əhli bizik!
»
1
.
Yuxarıda deyilənlərdən aydın oldu ki,
insan onu
maraqlandıran məsələ barədə mütəxəssisə müraciət
etməlidir. Hər bir şəxs öz
xəstəliyinin müalicəsi üçün
etibarlı həkim axtardığı kimi, dini məsələlərdə də ən
ədalətli və ən alim müctehidə üz tutmalıdır.
Sual 95:
İslam dini qadına nə verdi?
Cavab:
İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox,
o dövrün ən mədəni sayılan ölkələrində belə qadına bir
əşya kimi baxılırdı.
Sözsüz ki, ərəb cəmiyyətində qadın
şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu. Cahiliyyət
dövrünün məşhur şerlərindən birində deyilirdi:
Oğullar olsa da, oğlumuz bizim,
Qızlarsa, oğludur düşmənimizin.
Uyğun dövrdə tayfalararası müharibələrdə əsir düşən
qadınlar, adətən, orada
ərə gedər və əsirlər geri
qaytarılanda düşmən tərəfdə qalmağa üstünlük verərdilər.
Cahil ərəblər bu sayaq hadisələrə əsaslanaraq,
yenicə
doğulmuş qız övladını diri-diri torpağa basdırardılar. İslam
dininə qədərki dövrdə qadının real vəziyyəti belə idi.
Quran nazil oldu və cahil ərəblərin çirkin əməllərini
mühakimə etdi: «
Onlardan birinə qızı olduğu üçün
müjdə verdikdə, qəzəbindən üzü qapqara qaralır. Bu
müjdənin pisliyi üzündən öz tayfasından qaçıb
gizlənir. Görəsən, o, körpəni zillət içində saxlayacaq,
yoxsa torpağa basdıracaq? Görün, necə də pis
mühakimə yürüdürlər!
»
2
.
1
«Nurus-səqəleyn», 3-cü cild səh. 57.
2
«Nəhl» surəsi, ayə 58-59.
86
İslam Peyğəmbərinə (s) qızının olması xəbər veriləndə,
ətrafda bu xəbəri eşidənlərin qanı qaraldı. Həzrət (s)
buyurdu: «
Dostları ilə paylaş: