Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə67/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   63   64   65   66   67   68   69   70   ...   116
170 suala cavab

Həqiqətən iman 
gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində 
şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız 
ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir
»
1

Demək, doğru yol yolçuları üçün ilkin şərt, nəfsin 
paklandırılması və təqvadır. Qurani-kərim doğru yol 
göstərən ilahi kitab olduğu halda, nəfsinə uyan insanlar 
hətta Qurandan da öz yanlış mühakimələrinin sübutu üçün 
istifadə edirlər. Ona görə də, «Bəqərə» surəsinin 2-ci 
ayəsində buyurulur: «
Bu heç bir şəkk-şübhə olmayan və 
müttəqilərə doğru yol göstərən kitabdır
».
Sual 99:
Müsəlman yalan danışa bilərmi?
Cavab:
İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar 
arasında yalan ən çirkin sifətlərdən hesab olunur. Qurani-
kərimdə bu barədə buyurulur: «
Yalanı, ancaq Allahın 
ayələrinə inanmayanlar uydururlar. Onlar əsil 
yalançıdırlar
»
2

1
«Nəhl» surəsi, ayə 99-100.
2
«Nəhl» surəsi, ayə 105.
90


İmam Sadiq (ə) buyurur: «
İnsanların rüku və 
səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən 
də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət 
edin
»
1
.
İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri 
qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, 
şərabdan da pisdir
»
2
.
Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar 
insan doğru danışarsa, rüsvay olar. O öz günahını örtmək 
üçün yalana əl atmağa məcburdur.
Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz 
etdi: «Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha 
yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını 
birinci tərk edim?». Həzrət Peyğəmbər (s) ona məsləhət 
gördü ki, əvvəlcə yalanı atsın. Peyğəmbərin (s) yanından 
çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə 
yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru 
cavab verməsə, cəzalanacaq. Ona görə də bütün 
günahlarına tövbə etdi.
Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular: 
- Müsəlman qorxaq ola bilərmi?
Həzrət (s) buyurdu
- Mümkündür. 
- Müsəlman paxıl ola bilərmi?
O həzrət mümkün olduğunu bildirdi.
- Müsəlman yalan danışa bilərmi?
Həzrət (s) «müsəlman yalan danışa bilməz»- deyə 
buyurdu.
Sual 100:
Mürtəd kimdir?
1
«Səfinətül-bihar», {mənbə kamil deyil}.
2
«Üsuli-kafi,» 2-ci cild, səh. 254.
91


Cavab:
İslam dinində iman gətirdikdən sonra küfr 
edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər də sərt 
münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra 
atan mürtədə olduqca kəskin yanaşır. Çünki bu böyük 
günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır və 
cəmiyyəti parçalayır. 
Müsəlman ata və müsəlman anadan doğulmuş bir şəxs 
dindən çıxarsa, onun tövbəsi zahirən qəbul deyildir. Amma 
valideynləri müsəlman olmayan bir şəxs dini qəbul edib 
sonra dindən çıxarsa, tövbəsi qəbuldur.
Görəsən, bu iki şəxs arasında nə üçün fərq qoyulur? 
Əvvəlcə onu qeyd edək ki, İslam dini məntiq əsasında 
qəbul olunmalıdır. Müsəlman ailədə doğulmuş şəxs İslam 
dininin əsaslarından xəbərdar olduğu üçün onun dindən 
çıxması məlumatsızlıq yox, xəyanət hesab olunur. Amma 
dini sonradan qəbul etmiş şəxs, bilməməzlik ucbatından 
səhv edə bilər.
Sözsüz ki, təzyiq altında dindən çıxdığını deyən şəxs, 
qəlbən dinindən dönməyibsə, mürtəd hesab olunmur.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin