ayəsində buyurulur: «
Ey Zəkəriyya, sənə bir oğulla
müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər
heç kəsə verməmişik
». Uyğun surənin 12-ci ayəsi
Yəhyanın kimliyini bəyan edir: «
Ey Yəhya, kitabdan bərk
yapış! Biz, uşaq ikən ona hikmət verdik
».
Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi
oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir
edir: Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə
uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə
vurulub, bu qızla evlənmək qərarına gəlmişdi.
Əmisi kimi
şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya
peyğəmbərə çatdı. Belə bir izdivacın ilahi qanunlara zidd
olduğunu elan edən Yəhya, Fələstin padşahı ilə mübarizəyə
başladı. Yəhyanın müxalifətçiliyindən xəbər tutan günahkar
qız əmisinə dedi: «Yəhya bizim adımızı dillərə saldı. Bütün
xalq bizdən danışır. Mən onun başından
başqa hədiyyə
istəmirəm».
Qızın eşqindən dəli-divanə olmuş padşahın gözləri
tutuldu və Yəhyanın boynunu vurdurub, qıza hədiyyə etdi.
Hədislərə əsasən imam Hüseyn (ə) buyurmuşdur:
«Dünyanın pisliyinə bax! Zalımlar Zəkəriyya oğlu Yəhyanın
başını Bəni-İsraildən olan günahkar bir qadına hədiyyə
etdilər».
Dostları ilə paylaş: