verdiyimiz əyan-əşrəfi dedilər: «Bu sizin kimi adi bir
insandır...
».
Bər-bəzəkli
gün-güzəran qurmaq, başqalarının haqqını
qəsb etmədən mümkün olmur. Dünyada böyük var-dövlət
qazanmaq üçün əksər hallarda peyğəmbərləri və onların
buyuruqlarını inkar etməkdən başqa yol yoxdur. Baxın
ətrafa. Kübar həyat tərzi keçirənləri necə görürsünüz?
Cəmiyyətdə spirtli içkiləri, əxlaqsızlığı, sələmçiliyi və başqa
min bir fəsadı törədən həmin təbəqə deyilmi?!
Sual 122:
Nə üçün insanların əksəriyyəti həqiqəti
xoşlamır?
Cavab:
Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla.
Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia
edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir.
Əvvəla,
həqiqəti dildə, başqa sözlə sözdə qəbul etmək
hələ həqiqəti sevmək deyildir. Həqiqətə bağlılıq
əməldə
sübut olunmalıdır. Həqiqəti sevən insan,
bu həqiqət onun
zərərinə olsa belə, etiraz etməz.
Amma sözdə həqiqətdən
dəm vuranlar, həqiqət onlara qarşı
olduqda bəhanəyə əl
atarlar.
İkincisi, bəziləri elə güman edirlər ki,
həqiqət nisbi
anlayışdır. Amma əslində Allah bir olduğu kimi, həqiqət də
birdir. Əgər bir tayfa müsəlman, o biri tayfa bütpərəstdirsə,
bu o demək deyil ki, həqiqi din ikidir. Əgər nəzərə alsaq ki,
dünyada yalnız bir həqiqi din mövcuddur, aydınlaşar ki,
bəşəriyyətin böyük bir hissəsi həqiqətdən uzaqdır. Bu
barədə Qur´anda belə buyurulur:
113