Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Cavab: Allah-təala qiyamət günü kafirlərdən soruşar:  « Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə86/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   82   83   84   85   86   87   88   89   ...   116
170 suala cavab

Cavab:
Allah-təala qiyamət günü kafirlərdən soruşar: 
«
Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir 
gün, yaxud bir gündən də az
»
1

Həqiqətən, axirət həyatı ilə müqayisədə dünya həyatı 
olduqca qısadır. Lakin nəfs istəklərinə uyub, dünyanın bər-
bəzəyinə baş qatan insan, bu dünyada əbədi yaşayacağını 
zənn edir. Agah və imanlı insanlar isə, heç zaman belə 
düşünmür.
Həzrət Peyğəmbər (s) buyurur: «
Dünyanın şirinliyi 
axirətin acılığı, dünyanın acılığı axirətin şirinliyidir
». 
Başqa bir hədisdə buyurulur: «
Bütün xətaların başlanğıcı 
dünya sevgisidir
».
Həzrət Əli (ə) buyurur: «
Qəlbini dünya məhəbbəti 
tutmuş şəxs, Allah sevgisində iddialı ola bilməz
».
Başqa bir hədisdə belə buyurur: «
Ən böyük günah, 
dünya sevgisidir
».
70 illik bir ömrün cəmi 614880 saatdır olduğunu nəzərə 
alsaq, dünya həyatını əyləcədə keçirməyin nəticəsi aydın 
olar: qiyamət günündə üzücü təəssüf və gecikmiş 
yalvarışlar!: «
Ey Rəbbimiz, bizi cəhənnəm odundan 
1
«Möminun» surəsi, ayə 112-113.
116


çıxar! Əgər bir də pis işlərə qayıtsaq, şübhəsiz ki, zalım 
olarıq
»
1
.
Sual 126:
İsmətli qadına zina isnad etməyin cəzası 
nədir?
Cavab:
İslam dinində böyük günahlardan biri də, 
böhtandır. Allah-təala iman gətirmiş bəndələri birliyə 
çağırır və müsəlman cəmiyyətini parçalayan bütün əməlləri 
ittiham edir. Cəmiyyətdəki nizamı pozan, hakimləri 
ədalətsiz qərarlar çıxarmağa sövq edən böhtançılar üçün 
ciddi cəzalar nəzərdə tutulur.
Bəzi böhtan söz çərçivəsindən çıxıb, günahsız 
insanların bədbəxtçiliyinə səbəb olur. Əksər cəmiyyətlərdə 
təsadüf olunan yalançı şahidləri gözünüz önünə gətirin. 
Onlar öz çirkin nəfs istəklərini həyata keçirmək üçün kimə 
gəldi 
böhtan 
yağdırır,
günahsız 
insanların 
cəzalandırılmasından zövq alırlar.
Cəmiyyətdə insanların xoşbəxt həyatına əngəl törədən, 
onların əxlaqına təcavüz edən qruplardan biri də
zinakarlardır. Qeyri-qanuni cinsi əlaqə, bəşəriyyətin 
genefondunu zəhərləyən bir təzahürdür. İslam dinində 
zinakarlara qarşı ilahi həddlər müəyyənləşdirilmişdir. 
Lakin zinakarlığı iddia olunan insan, heç də həmişə 
deyildiyi kimi olmur. Mütləq ədalətə əsaslanan İslam, 
zinakar qadınlarla barışmaz olduğu qədər, ismətli 
qadınların da iffətini müqəddəs tutur. Qurani-kərimdə 
buyurulur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin