Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


Övladı yetkinlik yaşına çatmış şəxs



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə90/116
tarix16.12.2022
ölçüsü0,81 Mb.
#121220
1   ...   86   87   88   89   90   91   92   93   ...   116
170 suala cavab

Övladı yetkinlik yaşına çatmış şəxs, 
onu evləndirmək iqtidarında olduğu təqdirdə 
evləndirmirsə, övlad günaha batsa, bu günah hər ikisi 
üçün yazılar
»
2
.
Gənclərin vaxtında evlənə bilməməsi, cəmiyyətdə 
əxlaqsızlığa rəvac verir. Eyni zamanda, əxlaqsızlıq 
yuvalarının mövcudluğu gənclərin evlənməsinə mane olan 
səbəbdir. Kənd yerlərində belə yuvaların olmaması, 
gənclərin vaxtında ailə qurmasının şərtlərindəndir.
Sual 130:
«Nur» ayəsi kimə şamildir?
Cavab:
Qurani-kərimin «Nur» surəsinin 35-ci ayəsi 
«Nur» ayəsi kimi məşhurdur: «
Allah göylərin və yerin 
nurudur...
».
Qurani-kərimdə və İslam rəvayətlərində yeddi şey 
«nur» kimi xatırlanır:
1. Qurani-kərim
3
;
2. Allaha iman
4
;
3. İlahi hidayət ‒ Allah-təalanın öz bəndələrini doğru 
yola yönəltməsi
5
;
4. İslam dini
6
;
1
«Vəsaliüş-şiə», 15-ci cild, səh.10.
2
«Məcməül-bəyan».
3
«Maidə» surəsi, ayə 15.
4
«Bəqərə» surəsi, ayə 257.
5
«Ənam» surəsi, ayə 122.
6
«Tövbə» surəsi, ayə 32.
121


5. Həzrət Məhəmməd (s)
7
;
6. İmamlar və məsum rəhbərlər;
7. Elm və bilik.
Günəş sistemində nurun ilkin mənbəyi günəş olduğu 
kimi, sadalananlar arasında da nurun ilkin mənbəyi 
Allahdır. Quran Onun kəlamı və İslam Onun ayini 
olduğu, peyğəmbər Onun tərəfindən göndərildiyi və 
imamlar Onun ayinlərini hifz etdiyi üçün, nur hesab 
edilir.
Sual 131:
Həqiqi dost varmı? 
Cavab:
Dini dəyərlərin ayaq altına alındığı 
cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması 
tam təbiidir. Məhz belə cəmiyyətlərdə «dost yoxdur», «dost 
mənim cibimin pulu» kimi əsassız fikirlər dolaşmaqdadır.
Qurani-kərimin müxtəlif ayələrində «dost» kəlməsi 
işlədilir və dostlarla münasibətin necə qurulmasına işarə 
olunur. «Nur» surəsinin 61-ci ayəsində «müsəlman kimlərin 
süfrəsində icazə almadan otura bilər» sualına verilən 
cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır.
İmam Sadiq (ə) buyurur: «

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin