2. QEYRİ-GİGİYENİK ƏRZAQ MƏHSULLARI (خبیث)
“خبیث” [xəbis] dedikdə iyrənc, ikrah doğuran mənaları nəzərdə tutulur (yəni insan təbiətinə uymayan, qüsurlu, iyrənc şeylər).
Quranda oxuyuruq:
“(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər”1.
Ayədə peyğəmbərlərin missiyalarından biri haqqında söhbət açılır və bildirilir ki, onlar pak, təmiz şeyləri halal, qüsurlu, iyrənc şeyləri isə haram etmək (haram olduğunu çatdırmaq) üçün göndərilmişlər. Pak, təmiz şeylərin halal, iyrənc şeylərin haram edilməsi bütün ilahi dinlərdə mövcud olan fitri məsələlərdəndir.
Dostları ilə paylaş: |