Donuz ətindən qida məhsulu kimi istifadə olunması neçə min il tarixə malikdir. Onun həzrət Musa (ə) şəriətində haram olunması dövrün yəhudiləri tərəfindən adi ərzaq məhsulu kimi istifadə olunduğundan xəbər verir. İncildə isə günahkarlar donuza bənzədilir və nəql olunan hadisələrdə donuz şeytan simvolu kimi verilir. İlahi dinlərin bu qədər təkid etməsinə (və bu növ qida məhsulunun törədə biləcəyi fəsadların aşkar olduğuna) baxmayaraq, hələ də bir çox ölkələrdə geniş yayılmışdır.
HÖKMLƏR
İslam şəriətində donuz haqqında bir neçə hökm mövcuddur:
Birinci: Donuz əti yemək haram və günahdır.
İkinci: Donuz südü içmək haramdır.
Üçüncü: Quruda yaşayan donuz heç bir şəraitdə pak olmayacaq murdardır (napak).
Dördüncü: Əgər donuz, qabdan maye halında olan bir şey içsə və ya qabı yalasa, həmin qab yeddi dəfə suya çəkilməlidir (yuyulmalıdır).
Beşinici: Donuz alqı-satqısı icazəli deyil (tam murdar olduğu üçün).