Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə118/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   114   115   116   117   118   119   120   121   ...   166

ELMİ SİRLƏR


Spirtli içkilərin haram və murdar olmasına bir neçə baxımdan yanaşmaq olar. Əhli-beytdən (ə) gələn rəvayətlərdə, tibb elmləri üzrə mütəxəssislərin açıqlamalarında spirtli içkilərin mənəvi, ictimai və gigiyenik zərərləri haqqında maraqlı faktlar var. Aşağıda bu faktları diqqətinizə çatdırırıq.

  1. Rəvayətlərdə şərabın mənfi təsirləri.

Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir:

Şərab çirkinliklərin, cinayət və səviyyəcə alçaq işlərin törədicisidir”1.

İmam Baqir (ə) buyurur:

Daim şərab içən (alkoqolik) bütpərəst kimidir. Şərab insanda bədənin əsməsinə gətirib çıxarır. Onun kişiliyini, insafını məhv edir. Şərab, ona qurşanmış insanı yaxınlarına qəsd etməyə, yaxın qohumları ilə intim münasibətə sürükləyir. Sərxoş insan öz məhrəmləri ilə zina etməyə belə cəsarət edir. O, sərxoş vəziyyətdə nə etdiyini bilmir. Şərab onu istənilən təhlükəli işə vadar edir”1.

b) Mənəvi və ictimai təsirləri.

1. Spirtli içkilər insanlığı əldən alır.

Spirtli içkilər insanların ağılını əlindən alır. Onlar sərxoş vəziyyətdə təhlükəli hal alırlar.

2. Alkoqolizmin ictimai ziyanları.

Şərab içmək şeytani əməllərdəndir. Şeytan bu yolla insanların arasında düşmənçilik salır. “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər” (Maidə, 90-91).

Alkoqoliklər onlarda yaranan (sərxoş ikən) yırtıcılıq əhval-ruhiyyəsinin təsiri ilə hər bir cinayəti törətməyə hazır olurlar2. Statistik məlumatlara görə alkoqoliklərin ictimai cinayətləri olduqca çoxdur3.

3. Alkoqolizmin iqtisadi ziyanları.

Alimlərdən biri yazır:

Əgər hakimiyyət dairələri meyxanaların yarısının bağlanacağına zəmanət versələr, xəstəxana və dəlixanaların yarısına ehtiyac olmayacağına zəmanət veririk”1.

Deməli, spirtli içkilərin dövlətə keçəri xeyiri (şərabçılardan alınan vergi və s.) olsa belə, ziyanı daha çoxdur. Bu, Quranın əsrlər öncə xəbər verdiyi həqiqətdir (Bəqərə, 219).

4. Alkoqolizmin mənəvi ziyanları.

Spirtli içkilər ümumilikdə insanı dindən çıxarır. Quran xüsusi olaraq onun Allahı xatırlamağa, namaz qılmağa mane olduğunu bildirir (Maidə, 90-91).

Spirtli içkilərin mühüm ziyanlarından biri də özünü ictimai davranış qaydalarında, etik normalarda göstərir. Alkoqolikin ailəyə, övlada qayğısı, sevgisi son həddə enir. Bir çox hallarda bu katiqoriyalı insanların öz övladlarına belə qəsd etdikləri müşahidə olunmuşdur2.

c) Alkoqolizmin tibbi ziyanları.

İçilmiş alkoqol (ağız, mədə və ağciyər selikli toxumaları vasitəsi ilə) asanlıqla qana sorularaq mərkəzi sinir sistemində bir sıra pozğunluqlar törədir. Əgər hamilə qadın alkoqol içərsə, içilən alkoqolun müəyyən hissəsi bətndəki uşağa ötürülür və birbaşa beyin hüceyrələrinə təsir göstərir.

Spirtli içkilərin törətdiyi xəstəlikləri əsasən iki hissəyə ayırmaq olar.

Birinci: Narkotik sərxoşluq.

Böyük dozada alkoqol içənlərdə baş qaldırır. Sərxoş şəxs dərin yuxuya gedir, onun vətər, dəri və başqa refleksləri zəifləyir, hətta ürək fəaliyyəti və tənəffüsü həyat üçün qorxu törədəcək dərəcədə pozula bilər.

Əgər müntəzəm şəkildə alkoqol içilərsə, bu xroniki alkoqolizmə səbəb olur. Nəticədə xəstənin əmək qabiliyyəti pozulur və ya itir, iradəsi zəifləyir. Onlar özlərini normal idarə edə bilmir. Xroniki alkoqolizm qan-damar sistemində distrofik dəyişikliklərə, hipertoniya xəstəliyinin sürətlənməsinə, qaraciyər və böyrəklərin funksiyasının pozulmasına, ağır psixi və somatik pozğunluqlara və s. səbəb olur. Xroniki alkoqolizm ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzi hallarda alkoqol psixozları ilə nəticələnə bilər.

Bəziləri etiraz edirlər ki, az miqdarda spirtli içkinin qəbul olunması xəstəliyə səbəb olmur. Bu etiraza cavab olaraq bildirmək lazımdır ki, “Sərxoşluq” adlanan xəstəlik (içkinin az və ya çox qəbul olunmasından asılı olmayaraq) baş verir və kəskin ağıl pozğunluğu ilə müşyiət olunur.

İkinci: Kəskin alkoqol intoksikasiyası (spirtli içkilərin alkoqolu ilə zəhərlənmə).

Bu xəstəlik əsas sinir proseslərini, ilk növbədə, insanın düzgün davranışına, təfəkkür və danışığına həlledici təsir göstərən tormozlanmanı gücləndirir. Alkoqol sərxoşluğun ilk mərhələsində sanki adama qüvvət gəlir, iş qabiliyyəti artır. Halbuki müəyyən edilmişdir ki, hətta cüzi miqdarda alkoqol belə, insanın fiziki və zehni iş qabiliyyətini xeyli azaldır. Sərxoş adam ilk anlar qayğısızlaşır, kefi durulur, şənlik edir və s. Sərxoşluq gücləndikcə bütün bunlar əsəbilik, ədəbsizlik və kobudluqla əvəz olunur. Sərxoş adam cəmiyyətdə davranış qaydalarına riayət edə bilmir. Ailədə narazılıq törədir və uşaqların tərbiyəsinə mənfi təsir göstərir.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin