Geyimin pak və təmiz olması insanın təbii istəklərindən biridir ki, İslamda da buna böyük yer verilmişdir.
Quran Peyğəmbərə (s) müraciət edərək buyurur:
“Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə!”1
Ayədə geyimin paklığından məqsədin nə olduğu haqqında 6 versiya irəli sürülmüşdür.
1. Ayədə məqsəd onun ilkin zahiri mənası, yəni geyimin murdarlardan paklanmasıdır.
2. İnsan əməllərinin islah olunması. Çünki əməl nəfsin geyimi misalındadır.
3. Nəfsin saflaşdırılması.
4. Geyimi güdəltmək. Çünki yerdəki murdarların geyimə toxunmasının qarşısını alır.
5. Həyat yoldaşlarını küfr və günahdan pak etmək. Çünki (digər ayələrdə) qadın geyimə bənzədilmişdir.
6. Əxlaqi sərvətlərə yiyələnmək.
Əllamə Təbatəbai birinci və ikinci versiyaları məqsədə uyğun hesab edir2.
Dostları ilə paylaş: |