Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə134/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   130   131   132   133   134   135   136   137   ...   166

ZİNANIN YASAQ OLUNMASI


Zina kişi və qadının qeyri-qanuni əlaqəsidir. Bu növ əlaqə Quranda "فاحشة" [fahişə] (çirkin əməl) kimi yad edilmiş və qarşısını almaq üçün ailə qurmaq, qadınların hicaba riayət etməsi və s. yollar göstərilmişdir. Zina Quranda bir neçə mərhələdə məzəmmət olunaraq (pislənərək) qadağan olunmuşdur.

Birinci mərhələ:

Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”1

Bu ayədə zina “çirkin əməl” və bəyənilməz yol kimi göstərilərək məzəmmət olunmuşdur.

Bəzi təfsirçilərə görə bu ayədə üç məqama toxunulmuşdur:

a) Ayədəki yasaq “zina etmək” deyil, zinaya yaxın düşmək şəklində verilmişdir. Bu səbəbsiz deyil. Çünki zina bir çox hallarda nikahdan yayınmaq, naməhrəmə baxmaq və s. müqəddimələrdən doğur. Ayə çox incə şəkildə bunlara da toxunmuşdur.

b)انه کان فاحشة” ibarəsi üç təkidlə müşayiət olunur. “إن” [innə] təkid ədatı “کان” [kanə] keçmiş zaman köməkçi feli və “فاحشة” [fahişə] ifadəsi.

c)ساء سبیلا” ibarəsi zinanın cəmiyyətdə digər pozğunluqalara da yol açdığını göstərir1.

İkinci mərhələ: Quran Allah bəndələrinin özəlliklərini açıqlayarkən buyurur:

Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər”2.

Burada namusluluq Allahın xüsusi bəndələrinin səciyyəvi xüsusiyyətlərindən biri kimi göstərilmiş və bu çirkin əmələ qurşananları ilahi əzab gözlədiyini bildirmişdir.

Üçüncü mərhələ: Məkkənin fəthindən sonra qadınlar Peyğəmbərə (s) beyət etdikdə sazişdə göstərilən bəndlərdən biri zina ilə bağlı idi. Quran bu haqda buyurur:

Ya Peyğəmbər! Mö’min qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə bey’ət etmək üçün yanına gəldikləri zaman onların bey’ətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”1



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin