Dördüncü mərhələ: Allah-taala Nur surəsində buyurur:
“Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və mö’minlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir). Zinakar kişi ancaq zinakar, yaxud müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar, yaxud müşrik bir kişiyə ərə gedə bilər. Bu (belə bir evlənmə), mö’minlərə haram edilmişdir”.2
.
Bu, zinakarlara qarşı tutulan son mövqedir. Çünki Quran öncəki ayələrdə müsəlmanları son mərhələdə göstəriləcək ağır hökmü eşitmək üçün hazırladı. Bu Ayə Mədinədə, İslam dövləti yarandıqdan sonra nazil olmuşdur.
Qeyd: Quranın bu mərhələli mövqeyi tərbiyəvi baxımdan çox maraqlıdır və ictimai məsələlərlə qarşılaşdıqda bu metoddan istifadə etmək məqsədəuyğundur.
Dostları ilə paylaş: |