وَالْأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا
“Bundan sonra da Yeri genişlədib (yayıb) düzəltdi” 1.
Məşhur İslam leksikoqrafı Rağib İsfaһani “Müfrәdat” әsәrindә yazır:
“Әrәb dilindә “طحو” [təhv] sözü “دحو” [dəhv] sözü ilә müştәrәk mәnalarda işlәdilir. Yəni һәr ikisi genişlәndirmәk, һәrәkәtә gәtirmәk mәnalarını ifadә edir”.
Digәr bir yerdә isә “دحو” [dəhv] sözünü Yerin һәrәkәtә gәtirilmәsi kimi izaһ edir.
“Pәrtovi әz Quran” tәfsir әsәrinin müәllifi “طحو” [təhv] sözünün leksik mәnasına әsaslanaraq ayənin Yerin öz oxu әtrafında, elәcә dә elliptik orbit boyunca (Günəş әtrafına) һәrәkәtinә işarә vurduğunu qeyd edir1.
Bəzi ərəb yazıçıları yazırlar:
“Ərəb dilində “طحو” [təhv] və “دحو” [dəhv] sözləri sinonimidir. Bu sözlərin mənasında genişləndirmə, hərəkət anlayışları var. Əgər yeni elmi kəşflərə nəzər salsaq görərik ki, Quran Yerin hərəkətini ən gözəl şəkildə vermişdir2.
Digər ərəb yazıçısı isə diqqəti “طحو” [təhv] və “دحو” [dəhv] sözlərinin mənasına yönəldərək yazır:
“Əgər “طحو” [təhv] sözü atmaq, dəf etmək mənalarını daşıyırsa, o zaman ayə Allahın Yerin dəf edilməsinə, fəzaya atılmasına and içməsi kimi, “اقتطع” [iqtətəə] (ayırmaq) mənasını daşıyarsa, o zaman ayə Allahın Günəş sisteminin bir hissəsi olan Yeri ayırmasına and içməsi kimi başa düşülməlidir”3.
Əllamə Təbatəbai “Quranın ecazkarlığı” kitabının müqəddiməsində Yerin öz oxu ətrfında fırlanmasının Naziat surəsinin 30-cu ayəsindən anlaşıldığını qeyd edərək yazır:
“Qaliley Yerin öz oxu ətrafında fırlanması haqqında fikir yürütməzdən min il öncə Quran açıqca Yerin fırlanmasından danışır (Naziat, 30). Hədislərdə bu haqda o qədər söhbət açılmışdır ki, “دحوالارض” [dəhv əl-ərz] anlayışı dillər əzbəri olmuşdur”.
Onun fikrincə“دحو” [dəhv] sözü leksik məna etibarı ilə diyirlətmək, yuvarlatmaq mənalarını ifadə edir. Bu söz “Nəhcül-bəlağə”də1 keçmiş və indiki zaman feli sifətləri kimi işlənmişdir. Bəzi rəvayətlərdə 25 zilqədə “دحو الارض” [dəhv əl-ərz] günü kimi göstərilərək müəyyən əməllər tövsiyə edilmişdir2.
Seyid Şəhristaninin fikrincə Naziat surəsinin məlum 30-cu ayəsinin Yerin hərəkəti ilə bağlı olduğunu ilk dəfə Əllamə Seyid Məhəmməd Hüseyn Mərəşi Şəhristani (vəfat-1315 h.q.) “Məvaid” adlı elmi məqaləsində qeyd etmişdir. Mərhum Şəhristani bu fikri təsdiq edərək isbat etmək üçün yeddi dəlil göstərir3.
“Təfsiri-nümunə”nin müəllifi “طحا” [təha] sözünün Yerin genişlənməsi, onun suyun altından qabararaq üzə çıxması kimi tərcümə edir. Lakin sovuşdurmaq, (özündən) uzaqlaşdırmaq, dəf etmək kimi başa düşülüb Yerin öz oxu ətrafında və ya orbit boyunca fırlanmasına aid olduğunu rədd edir4.
YEKUN
“دحو” [dəhv] və “طحو” [təhv] sözlərinin leksik mənasına nəzərən məlum ayələrin Yerin öz oxu ətrafında və orbit boyunca hərəkətinə aid olduğunu demək olar. Əlbəttə, “دحو” [dəhv] və “طحو” [təhv] sözlərini genişlənmək kimi də başa düşmək olar. Bu iki məna biri-digərini istisna etmir.
4. أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا
“Məgər Biz Yeri məskən etmədikmi?”1
“کفات” [kifat] sözü bir neçə şəkildə tərcümə edilmişdir.
1. Toplamaq, cəmləmək, almaq. Yəni Yer diri və ölüləri (özündə) cəmləmişdir. Yaxud insanları, heyvanları, canlı və cansız təbiəti (özündə) cəmləmişdir2.
2. Sürətli uçuş “کفات” [kifat] sözünün ilkin mənası quşun uçmaq üçün qanadlarını yığmasıdır3.
“Təfsiri-nümunə”nin müəllifi “کفات” [kifat] sözünün hər iki mənasını qeyd edərək ayənin tərcüməsində iki ehtimalı önə çəkir. Bir ehtimala görə ayədə məqsəd Yerin (diri və ölülərin) qərarlaşdığı məkan olduğu, digər ehtimala görə isə Yerin sürətli hərəkəti, yəni öz oxu ətrafında və ya orbit üzrə hərəkətidir. Hansı ki, bu məsələ Quranın nazil olduğu dönəmdə kəşf olunmamışdı. Lakin ikinci ayəyə nəzərən birinci ehtimal daha dəqiqdir4.
Bəzi elm adamları ayədə aşağıdakı elmi məqamlara işarələr olduğunu önə çəkmişlər:
Yerin öz oxu ətrafında, yaxud orbit üzrə hərəkəti və bu hərəkətin sürəti. Bunu “کفات” [kifat] sözünün mənasının uçuşla bağlı olması ilə əlaqələndirirlər.
Yer qabığında və təkindəki dəyişikliklər.
Dostları ilə paylaş: |