Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


QƏRB VƏ ŞƏRQ ELMİN GÖZÜ İLƏ



Yüklə 1,23 Mb.
səhifə58/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   54   55   56   57   58   59   60   61   ...   166

QƏRB VƏ ŞƏRQ ELMİN GÖZÜ İLƏ


Şərq və qərb haqqındakı baxışları nəzərdən keçirməzdən öncə bir elmi məsələyə diqqət yetirmək zəruridir.

Yer kürəsi Şimal və Cənub adlanan iki qütbə malikdir.

Digər baxımdan isə Yer öz oxu və Günəş ətrafına fırlandığı üçün Yerdəki müşahidəçi səhər çağı Günəşin bir tərəfdən çıxıb, axşam çağı digər tərəfdən batdığını güman edir (Bu görmə hissinin yanılmasının nəticəsidir). Adi həyatda və bir elmi termin kimi Günəşin doğduğu yerə şərq, batdığı yerə isə qərb deyilir.

Hər bir insana nisbətdə yuxarı və aşağı anlayışları mövcuddur. Bu, göy və Yerdir. Deməli, hər bir insana nisbətdə altı tərəf nəzərdə tutula bilər. Başqa sözlə desək, üzü Şimal qütbünə dayanmış müşahidəçinin ön tərəfi Şimala doğru, arxa tərəfi isə Cənuba doğru olur. Həmin müşahidəçinin sağında şərq, solunda isə qərb yerləşir. Yer kürəsində hər an Günəşin doğması (çıxması) və batması prosesi baş verir. Yəni Yer kürəşəkilli olduğundan daim Yerin bəzi nöqtələrində Günəş çıxır və bəzi nöqtələrində isə batır. Bundan başqa Günəş hər gün müəyyən saatda çıxır və müəyyən saatda da batır ki, öncəki günün günçıxan və günbatan saatları ilə fərqlənir. Deməli, hər bir müşahidəçinin dayandığı nöqtəyə nisbətdə şərq və qərb fərqli ola bilər. Yəni hər bir insan harda olursa olsun, ona nisbətdə bir şərq və bir qərb var. Belə də demək mümkündür ki, Yer kürəsinin şərqləri və qərbləri var və hər an yenilənir. Çünki Yer daim öz oxu ətrafında hərəkət edir və hər an Yerin müxtəlif nöqtələri üçün yeni şərq və qərb meydana gəlir. Bu mənada ilin günlərinin sayı qədər tülu (günün doğması) və qürub (günün batması) mövcuddur. Nəticədə yeni şərq və yeni qərb mövcuddur.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin