YEKUN Ayənin ilk ﴾وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاء ﴿hissəsi haqqında üç versiya mövcuddur (Nütfədən yaranma, ibtidai varlıqların sudan başlanğıc alması və canlı varlıqların əsasən, sudan təşkil olunması)3.
Fikrimizcə, bitki və heyvanların yaradılışının ayənin üç hissəsinə tətbiq olunması doğru deyil1. Ayə hazırki canlı varlıqların bölgüsü kimi izah edilsə daha məqsədəuyğun olar.Maraqlıdır ki, ayənin ikinci və üçüncü hissəsini “və” bağlayıcısı ayırır. Bu, ayənin mərhələli yaradılışa aid olmadığını göstərir. Yəni hər üç qismin sudan (nütfədən) yaradılması istisna edilmir.
Digər diqqət çəkən məqam isə ayədəki bölgünün bütün heyvanları əhatə etməməsidir. Sadəcə olaraq bir neçə nümunə qeyd olunmuşdur. Buna sübut ayədə dörddən çox ayağı olan və ya üzən heyvanlara heç bir işarə vurulmamışdır. Məlum ayənin yaradılışın mərhələli inkişafı ilə bağlı elmi nailiyyətlərə tətbiq olunmasının Quranın əzəmətini göstərməsinə baxmayaraq, Quranın ecazkarlığını isbat etməsi doğru deyil.
2. Yaradılışın üç mərhələsinə işarə vuran ayələr.
Təkamül nəzəriyyəsinin müdafiəçiələrinin istinad etdiyi digər ayələr aşağıdakılardır.