Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ



Yüklə 1,23 Mb.
səhifə89/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   85   86   87   88   89   90   91   92   ...   166
إِنَّا خَلَقْنَا الْإِنسَانَ مِن نُّطْفَةٍ أَمْشَاجٍ نَّبْتَلِيهِ

Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik”3.


Ayətullah Meşkini Dəhr surəsinin 2-ci ayəsi haqqında yazır:

Ayədə “nütfə”dən məqsəd su və onun qarışıq tərkibidir ki, palçıq şəklinə salınmışdır. Bu ilkin həyat maddəsindən öncə hüceyrələr, sonra ibtidai həyati formalar, daha sonra isə ali həyati formalar yaradıldı”4.

Əbəsə surəsinin 19-cu ayəsi haqqında yazır:

“Əgər “nütfə”dən məqsədin su olduğunu qəbul etsək ayə belə bir məna kəsb edəcək: Allah insanı məxsus sudan yaratdı. Onun bir haldan digər hala düşəcəyini qərara aldı (təkamül). Nəticədə bugünkü insan şəklinə düşdü”.

O, sonda ayənin ikinci mənası haqqında söhbət açır ki, burada nütfədən məqsəd hər bir insanın mənşəyi olan spermadir1.
YEKUN

İnsanın mərhələli yaradılışı” haqqında söhbət açarkən qeyd edəcəyik ki, nütfə leksik baxımdan zəif axıcılığa malik hər bir şeyə aid edilir. Qatqısız suya, kişi və qadın toxumuna (sperma) da axıcı olduğu üçün nütfə deyilir. Sonra isə Quranda nütfə termininin hansı mənalarda işləndiyini incələyəcək və diqqətinizə çatdıracağıq ki, məlum ayə haqqında on üç baxış mövcuddur2.

Lakin təfsirçilər arasında “nütfə” dən məqsəd yalnız “su” olduğu qənaətində olan təfsirçi yoxdur. Ayədə qeyd olunan “امشاج[əmşac] sözü nütfədən məqsədin su olmadığını göstərən konteksdir. Nütfənin sulu palçıq mənasını isə heç bir leksikoloji qaynaqda tapa bilmədik. Deməli, ayədə “nütfə” dən məqsəd ya kişi nütfəsi (toxumu), ya da qadın və kişi toxumlarının qarışığıdır. Ayətullah Meşkininin izahı isə heç bir hərfi və ya terminoloji məna ilə düz gəlmir.
4. İnsanın yaradılışının ikinci mərhələsinə işarə vuran ayələr (insan surəti verilməsindən sonra, Adəmin (ə) seçilməsindən öncə).

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir”1.





Yunus surəsinin 19-cu ayəsi də bu məzmundadır. Ayətullah Meşkininin fikrincə insana surət verildikdən sonra və Adəm (ə) onların arasından seçilməzdən öncə insanlar uzun müddət vahid bir toplum şəklində həyat sürmüşlər. O, yuxarıda sözügedən iki ayəni bu zaman fasiləsinə (mərhələyə) aid edir2.

Ayətullah Məkarim Şirazi də Bəqərə surəsinin 213-cü ayəsini bəşər həyatının 4 mərhələsinə aid olduğunu bildirir3.

Onun fikrincə dinin göndərilməsi insanın yaranması ilə eyni dövrə təsadüf etmir. Dinin göndərilməsi sinifli cəməiyyətə keçid dönəminə təsadüf edir. Deməli, ilk ulul-əzm peyğəmbərin Adəm (ə) deyil, Nuh (ə) olduğunu desək yanılmarıq4.
YEKUN

Qeyd olunan ayələrdən iki nəticə çıxarmaq olar:

1. İnsan Yer kürəsində yarandıqda iki mərhələdən keçmişdir. Birinci mərhələdə heç bir din və ya peyğəmbər olmamışdır. Sonradan həzrət Adəm (ə) seçilmiş və insanlar dinli cəmiyyət şəklində yaşamağa başlamışlar. Deməli, həzrət Adəm (ə) ilk yaranan insan deyil (Bu, Darvinin Təkamül nəzəriyyəsi ilə üst-üstə düşür).

2. Peyğəmbərlərin (ə) göndərilməsi iki cür olmuşdur. Birinci mərhələdə Adəm (ə) yaradıldığından və onun nəsli artdıqdan sonra heç bir şəriət və ya kitab verilməyən peyğəmbərlər göndərilmiş və bəşərə ibtidai fərdi həyatlarında bələdçilik etmişlər. İkinci mərhələdə sinifli cəmiyyət formalaşmış və insanlar qanuna ehtiyac duymuşlar. Bu zaman həzrət Nuh (ə) kimi şəriət və kitab sahibi peyğəmbərlər göndərilmişlər. Deməli, ikinci nəticəyə görə Adəm (ə) Yerdə yaranmış ilk insan olmuşdur (Bu, “Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə də üst-üstə düşür).

Ayətullah Meşkini birinci versiyanı əsas götürmüş, Ayəullah Məkarim Şirazi isə ikinci versiyaya üstünlük vermişdir. Qeyd olunan iki versiyaya nəzərən qəti olaraq ayənin hansı nəzəriyyəni (növlərin təkamülü, yoxsa dəyişməzliyi) təsdiq etdiyini demək mümkün deyil.

5. Üçüncü mərhələyə (Adəmin (ə) insanların arasından seçilməsinə) işarə vuran ayələr.

Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş etdi”1.


Doktor Yədullah Səhabi məlum ayə haqqında yazır:

Bu ayələrə (Ali-İmran, 33; Əraf, 11; Səcdə, 7-9) görə Adəm (ə) öncədən birgə yaşadıqları insanların arasından seçildi. Buna görə də insanın Adəmdən törəməsi fikri Qurana görə əsassızdır”1.

Ayətullah Məkarim Şirazi Ali-İmran surəsinin 33-cü ayəsini növlərin təkamülünə aid edənlərə cavab olaraq yazır:

Ayədə “العالمینifadəsindən məqsədin həzrət Adəmin (ə) müasirləri olduğuna heç bir əsas yoxdur. Əksinə bu tarix boyu mövcud olan bütün cəmiyyətlərə aiddir. Buna görə də Adəm dönəmində çoxlu sayda insan olduğunu və həzrət Adəmin (ə) onların arasından seçilməsini əsassız olaraq ayəyə aid etməyə lüzum yoxdur”2.

Ayətullah Misbah Yəzdi Ali-İmran surəsinin 33-cü ayəsini izah edərkən “Adəmin (ə) insanların içindən seçilməsi fikri” haqqında yazır:

Ayəni belə izah etmək olar ki, bir insan özündən sonra gələcək bütün insanlardan üstün hesab edilmişdir. Əgər bir az mülayim mövqedən çıxış edib Adəm dönəmində cəmiyyətin mövcudluğunu qəbul etsək, bu, onun öz övladlarıdır”3.
YEKUN

Ali-İmran surəsinin 33-cü ayəsi haqqında da iki fərqli ehtimal olduğu üçün qəti olaraq müəyyən ehtimal üzərində dayanmaq olmaz. Təbii ki, belə olduqda ayənin iki nəzəriyyədən (növlərin təkamülü, yoxsa dəyişməzliyi) hansının təsdiqi olduğu da qaranlıq olaraq qalır.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin