Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə98/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   94   95   96   97   98   99   100   101   ...   166

ELMİ SİRLƏR


Təfsirçilər Hicr surəsinin 22-ci ayəsini şərh edərkən sözügedən tozlanma haqqında geniş söhbət açmışlar. Ayə ilə bağlı üç fərqli baxış mövcuddur. Hər bir baxış tozlanmanın bir növünə yönəlmiş və elmi açıqlamalar verilmişdir.

Ayə ilə bağlı məlum baxışlara nəzər salaq.

  1. Bitkilərin tozlanması.

Müasir yazıçılardan biri yazır:

Ayə bitkilərin küləklər vasitəsilə tozlanmasını (anemofiliya) aydın şəkildə bəyan edir. Ayrıca, bitkilərin erkəkcik və dişicik olmaqla cütlərdən ibarət olduqları da anlaşılır”1.

Fəthullah Kaşani bitkilərin tozlanmasını ayə haqqındakı iki ehtimaldan biri hesab edir2.

Bəzi yazıçılar yuxarıdakı ayənin bitkilərlə bağlı olduğunu bildirərək yazırlar:

Bitki və güllər bir-birinə yetmək üçün yerlərini dəyişə bilmədiklərinə görə onlarda (çarpaz) tozlanma cücülər (entomofiliya), əsasən də külək vasitəsilə (anemofiliya) baş verir”3.

Onların fikrincə Qurana görə evlilik yalnız insan və heyvana məxsus deyil.

Əhməd Məhəmməd Süleyman məlum ayəni (Hicr, 22) şərh edərkən onun bitkilərin tozlanması ilə bağlı olduğunu bildirir. O, tozlanma vasitələrini əsas (cücülər və s.) və qeyri-əsas (su və s.) olmaqla iki yerə bölür və küləyin də tozlanma əməliyyatında mühüm rolu olduğunu qeyd edir. O, göstərir ki, suda-quruda bitən bitkilərin böyük əksəriyyəti külək vasitəsi ilə tozlanır və elə buna görə də Quran tozlanma vasitələrindən yalnız külək haqqında söhbət açmışdır. Bu, Quranın möcüzəsidir. Çünki bəşər yalnız 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində tozlanma haqqında bilgi əldə edə bildiyi halda Quran əsrlər öncə bu məsələyə aydınlıq gətirmişdir1.

Bəzi ərəb nəzəriyyəçiləri heç bir şərh vermədən məlum ayənin ağacların tozlanmasına aid olduğunu bildirmişlər2.

b) Buludların tozlanması (toqquşması).

Mərhum Təbərsi (h. q. 548) məlum ayəni buludların toqquşmasına aid edən ilk təfsirçidir. O, ayəni izah edərkən yazır:

وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ yəni külək buludların tozlanma (toqquşma) vasitəsidir. فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً yəni yağış yağdırdıq”3.

Mühəndis Bazərqan həmin izahı qəbul edərək yazır:

“Ayə buludların yüklənməsi və tozlanması (toqquşması) ilə bağlıdır. Hansı ki, bunun nəticəsində yağış yağır”.

O, əsərinin digər hissəsində yazır:

Qeyd etmək lazımdır ki, qeyd olunan iki şərtin (havanın tərkibində su buxarının kondensiyası nəticəsində yaranmış su damlaları və havanın soyuyaraq su buxarları ilə doyma vəziyyətinə yaxınlaşması) təmin olunması buludun əmələ gəlməsi və yağış yağması üçün kifayət deyil. Burada üçüncü şərt də zəruridir. Bu, buludların tozlanma əməliyyatıdır (Germination Stimulatio). Deməli, buludun əmələ gəlməsi heç də yağış və ya qar yağması üçün kifayət deyil. Küləyin təhriki və dəxaləti mütləqdir”1.
Əhməd Əmin yazır:

Ayədə məqsəd küləyin müsbət elektrik yüklü bulud parçasının mənfi elektrik yüklü bulud parçası ilə toqquşmasındakı (ünsiyyətə girməsindəki) roludur. Bu, ayənin həmişəyaşar bir möcüzə olduğunun göstəricisidir. Çünki ayə təqribən 1390 il öncə bugünkü elmi araşdırmaların nəticəsini açıqlamışdır”2.

Ayətullah Məkarim Şirazi də buludların tozlanması ehtimalını qəbul, bitkilərin tozlanması ehtimalını isə rədd edir3.

Əhməd Ömər Əbu Həcər də məlum ayəni (Hicr, 22) buludların toqquşması kimi izah etmişdir4.

c) Buludların və bitkilərin tozlanması .

Bəzi yazıçılar Hicr surəsinin 22-ci ayəsini nəbatat aləmində baş verən tozlanma və buludların toqquşması kimi izah etmişlər (yəni hər iki ehtimalı qəbul etmişlər)5”.

Digər yazıçı isə haqqında söhbət açdığımız ayələri (Hicr, 22 və Rum, 47) qeyd edərək buludları təhrik edən (hərəkətə gətirən) diyar-diyar dolandıraraq yağışa çevirən küləklər kimi izah edir1.

Məhəmməd Əli Sadat məlum ayəni (Hicr, 22) şərh edərək yazır:

Yeni elmi nailiyyətlər göstərir ki, ayə açıqca küləyin tozlanma vasitələrindən biri (bitki və buludların tozlanmasında) olduğunu qeyd edir”2.

O, ayədə “فاءbağlayıcısının mövcud olduğu bir halda onu yalnız bitkilərə aid etməyin yanlış olduğunu bildirərək yazır:

Ayənin mətninə azacıq diqqət yetirsək və onu digər ayələrlə müqayisə etsək görərik ki, ayənin birinci hissəsi ümumi məqsəd daşıyır və burada heç bir inhisardan söhbət gedə bilməz. Misal üçün, Quranın özündən bir neçə nümunəyə nəzər salaq:

Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq”3.


Eləcə də Əraf surəsinin 57-ci ayəsində oxuyuruq:

Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk”.



Ayələrin hər birində suyun ayrı bir funksiyasından və yalnız bir təsirindən (bitkilərin göyərməsi) söhbət açılmışdır. Halbuki suyun enməsinin (yağışın yağmasının) faydası bununla bitmir (Yaddan çıxarmayaq ki, ayələrin hər ikisində أخرجنا [əxrəcna] felindən öncə فاءbağlayıcısı gəlmişdir)”3.



YEKUN

Burada bir neçə məqama diqqət yetirmək zəruridir.

1. Ayədə sözügedən “لواقح [ləvaqih] ifadəsindən dörd məna nəzərdə tutula bilər:

1. Küləkləri (buludların) yükü olaraq göndərdik.

2. Küləkləri (bitkilərin) tozcuğu olaraq göndərdik.

3. Küləkləri (buludları) tozlandıran olaraq göndərdik.

4. Küləkləri (bitkiləri) tozlandıran olaraq göndərik.

لواقح [ləvaqih] ifadəsi qeydsiz işləndiyi üçün onun təsirli və ya təsirsiz fel kökündən olduğu məlum deyil. Elə buna görə də dörd ehtimaldan heç birini istisna etmək olmaz. Lakin ayənin ardından, yəni yağışın nəticəsi kimi göstərilən فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً cümləsindən birinci və üçüncü ehtimalların məqsədəuyğun olduğu anlaşılır.

2. Sözügedən ayədə yer alan “لواقح [ləvaqih] ifadəsindən məqsəd bitki və ya buludların tozlanmasından daha geniş məna ola bilər. Belə ki, bitki və buludların tozlanması isə həmin geniş anlayışın iki nümunəsidir. Elm inkişaf etdikcə ayənin mənası daha da genişlənə bilər.

3. Quranın Hicr surəsinin 22-ci ayəsində buludların toqquşmasına işarə vurması elmi möcüzə hesab oluna bilər. Çünki bu son illərə qədər bəşərə bəlli deyildi. Lakin bitkilərin tozlanmasına işarə vurması elmi möcüzə hesab oluna bilməz. Çünki hətta İslamdan öncə belə bitkilərin tozlanması insanlara bəlli idi.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin