Qanın yeyilməsi dünya xalqları arasında çox qədim tarixə malikdir. Belə ki, bəzi antik qaynaqlarda ləzzətbəxş qida məhsulu kimi göstərilir. Qədimdə Şimali Amerikada qanla qidalanırmışar2.Cahillik dönəmində də insanlar qanla qidalanır və onu rəsmi qida məhsulu kimi qiymətləndirirdilər3.
Yəhudilikdə də qandan qida məhsulu kimi yararlanmaq haram edilmişdir.
HÖKMLƏR
İslam şəriətində qanla bağlı bir neçə hökm mövcuddur.
Birinci: Qan qadağan edilmiş qida məhsulları sırasındandır. Onu yemək (içmək) haramdır və günah hesab olunur.
İkinci: İnsan və atıcı qanı olan hər bir heyvanın qanı murdardır.
Üçüncü: Tam murdarların alqı-satqısı yalnız onlardan faydalı istifadə mümkün olduğu zaman icazəlidir. Qan tam murdardır; lakin buna baxmayaraq alqı-satqısı icazəlidir. Çünki ondan halal, faydalı və ağıla müvafiq istifadə (xəstələrə, yaralılara qan köçürülməsi və s.) mümkündür.