İKİNCİ HİSSƏ QURAN VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ
A) Quran və psixi xəstəliklərin müalicəsi;
Öncə də qeyd etdiyimiz kimi Qurana görə xəstəliklər fiziki xəstəliklərlə bitmir. Bəzən insanın ruhu xəstə olur. Belə hallarda Quran mahir bir təbib kimi insanı xəstəlikdən xilas edir. Allah Quranı şəfa olaraq təqdim edir.
“Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır”1
Qeyd: “Quran və gigiyena” fəslində Quranın psixi xəstəliklərin müalicəsində oynadığı roldan söhbət açdığımız üçün burada təkrar etmirik.
B) Quran və fiziki (cismani) xəstəliklərin müalicəsi.
BAL
Bal, (işçi) arıların bal verən bitkilərin çiçək nektarından hazırladığı və yem ehtiyacı kimi istifadə etdiyi şəkərli mayedir. Quranda bir çox qida məhsullarının adı çəkilmiş, lakin “شفاء” [şifa] sözü yalnız bala aid edilmişdir.
“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!”1
Dostları ilə paylaş: |