1. Bal və dəri xəstəlikləri (dermatologiya). Hələ Hipokrat dönəmində dəri xəstəliklərinin müalicəsində baldan istifadə olunurdu. Günümüzdə də həkimlər aparılan təcrübələr nəticəsində balın bu qəbildən olan xəstəliklərin müalicəsindəki əhəmiyyətini isbat etmişlər1.
2. Bal və həzm xəstəlikləri.Balın tərkibində mövcud olan çoxsaylı kimyəvi elementlər həzm xəstəliklərinə müsbət təsir göstərir2.
3. Bal və tənəffüslə bağlı xəstəliklər. Bal tuprekulyoz (vərəm), qara öskürək, boğaz iltihabı, ağ ciyər iltihabı, astma (təngənəfəslik) və pnevmaniya (sətəlcəm) xəstəliklərinin müalicəsində çox faydalıdır.