Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə158/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   154   155   156   157   158   159   160   161   ...   166

ELMİ SİRLƏR


Orucun elmi sirləri, bəzi xəstəliklərin profilaktika və müalicəsindəki rolu haqqında bir çox həkimlər, elm adamları fikir söyləmiş, əsər yazmışlar. Əhli-beytdən gələn rəvayətlərdə də bu haqda söhbət açılmışdır ki, aşağıda diqqətinizə çatdırırıq.

1. Rəvayətlər.

Bir çox hədislərdə orucun faydaları, xüsusilə mənəvi faydası haqqında söhbət açılmışdır. Burada bir hədisi qeyd etməklə kifayətlənirik.

Peyğəmbər (s) buyurmuşdur: صوموا تصحواOruc tutun ki, sağlam olasınız”3.

2. Oruc insanın iradəsini gücləndirir.

Bəzi həkimlər bu haqda yazırlar:

“Oruc cismani faydaları ilə yanaşı insanın ruhuna, psixikasına da müsbət təsir göstərir. Belə ki, onda emosionallıq, xeyirxahlıq, təmkin müşahidə olunur. Oruc tutan transsendental ruha, fövqəladə zəkaya malik olduğunu hiss edir”4.

Bundan başqa oruc insana cinsi meyllərini cilovlamaqda da böyük dayaqdır. O, günahdan çəkinməyin ən uğurlu metodlarından biridir. Peyğəmbər (s) ailə qurmaqdan boyun qaçıran gənclərə müraciətlə buyurur:

“Ey gənclər! Ev tədarükü olanlarınız ailə qursun. Buna gücü çatmayanlar isə oruc tutsun. Oruc onun üçün günahlara qarşı sipərdir”.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin