Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


İNSANIN YARADILIŞ MƏRHƏLƏLƏRİ QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ



Yüklə 1,23 Mb.
səhifə161/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   158   159   160   161   162   163   164   165   166

İNSANIN YARADILIŞ MƏRHƏLƏLƏRİ QURANIN ELMİ MÖCÜZƏSİ KİMİ


Quranda insanın yaradılışı və bu yaradılışın hansı mərhələlərdən keçdiyi haqqında bir çox ayələr mövcuddur. Bu ayələrin hidayət məqsədi daşıması ilə yanaşı elmi məsələlərə də toxunması tibb mütəxəssislərinin təəccübünə səbəb olmuşdur. Belə ki, onların nəinki elmi möcüzə, hətta bədii sintaksisin ecazkar nümunəsi hesab etmişlər1.

Quran ayələrinə əsasən insanın yaradılışının mərhələlərini başlanğıcdan dünyaya gələnədək (və dünyadan köçənədək) aşağıdakı şəkildə sıralamaq olar.

1. Torpaq mərhələsi (تراب، طین).

2. Su mərhələsi. (ماء، ماء دافق، ماء مهین).

3. Nütfə mərhələsi (نطفة من منی).

4. Qarışıq nütfə mərhələsi (نطفة أمشاج).

5. Laxtalanmış qan mərhələsi (علقة).

6. Bir parça ət mərhələsi (مضغة).

7. Şəkilə salma, formalaşdırma mərhələsi (تسویة، تصویر).

8. Sümüklərin formalaşması mərhələsi (عظاما).

9. Sümüklərin ətlə örtülməsi mərhələsi (فکسونا العظام لحما).

10. Cinsiyyətin təyin olunma mərhələsi (مذکر و مؤنث).

11. Ruh verilməsi mərhələsi (خلقا آخر). Qulaq və gözün yaranması haqqında da bəzi məsələlərə toxunulmuşdur.

12. Uşağın dünyaya gəlməsi (نخرجکم طفلا).

13. Həddi-büluğ (yetkinlik) dövrü.

14. Yaşlılıq dövrü.

15. Həyatın sonu (ölüm).

Qeyd etmək lazımdır ki, bəzi həkimlər Quran ayələrini başqa şəkildə sıralamış və Qurana görə yaradılışın yeddi mərhələsi olduğunu bildirmişlər1.

Doktor Maurice Bucaille yazır:

“Quranın bu halda buyurduqlarını nəzərdən keçirdikdə görürük ki, elm bu (elmi) məsələləri yalnız XIX əsrdə kəşf edə bilmişdir. Quran nazil olduğu dönəmdə isə insanlar bu növ elmi məsələlərdən uzaq idilər.


YEKUN

Biz insanın yaradılış prosesini 14 mərhələyə böldük. Təcrübi elmlərin də təsdiq etdiyi bu 15 mərhələnin hər biri ayrı-ayrılıqda Quranın əzəmətinin göstəricisidir. Lakin onların heç biri təklikdə Quranın elmi möcüzəsinə sübut ola bilməz.

Burada belə bir sualla qarşılaşırıq. Qeyd olunan 15 mərhələ bütövlükdə Quranın ELMİ möcüzəsi ola bilərmi?

Fikrimizcə, Quranın qeyd olunan mərhələli yaradılışla bağlı ayələri (xüsusilə Həcc, 12; Muminun, 12-14; Ğafir, 76) nazil olduğu dönəmdə insanlar onun bənzərini gətirməkdə aciz idilər. Deməli, məlum ayələri bütövlükdə Quranın elmi möcüzəsi hesab etmək olar.




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin