Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


YERİN HƏRƏKƏTİ İLƏ BAĞLI SON SÖZ



Yüklə 1,23 Mb.
səhifə55/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   51   52   53   54   55   56   57   58   ...   166

YERİN HƏRƏKƏTİ İLƏ BAĞLI SON SÖZ


Yerin hərəkəti və istinad olunan ayələr haqqında aşağıdakı məqamları nəzərdən qaçırmaq lazım deyil.

1. Qeyd olunan 13 ayəyə əsasən demək olar ki, Quran Yerin hərəkət etdiyini qəbul edir. Əlbəttə, bu ayələr hər biri fərqli hərəkətdən söhbət açır.

2. Quranın işarə vurduğu elmi məqamlar o dönəmdə hakim olan Ptolomey təlimlərinə zidd idi. Çünki Ptolomey təlimlərinə görə Yer dünyanın mərkəzi və sükunətdə idi. Lakin Quran Yerin hərəkətindən söhbət açırdı. Bu Quranın xəbər verdiyi elmi bir məsələ idi. Hansı ki, təqribən 9 əsr ondan sonra Kopernik tərəfindən sübuta yetirildi. Bu növ məsələlər Quranın və Peyğəmbərin (s) əzəmətinin göstəricisidir.

3. Quranın Yerin hərəkətindən xəbər verməsi onun əzəmətini göstərsə də elmi möcüzələrindən hesab oluna bilməz. Çünki hələ Ptolomeydən öncə Samoslu Pifaqor, (e. ə. təqr. 500-580), Plutarx (e. ə. təqr. 46-127), Samoslu Aristarx (e. ə. 2-3 əsrlər), Arximed (e. ə. təqr. 287) və başqaları Yerin hərəkət etdiyini söyləmişlər. Deməli, İslamdan öncə dünyanın elmi ictimaiyyəti Yerin hərəkət etdiyi və ya sükunətdə olduğu haqqında iki baxışla tanış idi. Onlardan biri hakim nəzəriyyə, yəni Yerin sükunətdə olması (Ptolomey təlimi), digəri isə məğlubiyyətə uğramış nəzəriyyə, yəni Yerin hərəkəti ilə bağlı versiya idi.

Elmi ecazkarlıq o zaman olur ki, heç kim Quranın verdiyi xəbəri (ondan öncə) bilmək iqtidarında olmasın. Halbuki Yerin hərəkəti nəzəriyyəsi Quran nazil olmazdan öncə bir elmi nəzəriyyə kimi irəli sürülmüşdür. Əlbəttə, bu, Quranın əzəmətinə kölgə salmır. Çünki Quran ən məşhur alimlərin Ptolomey təlimlərinin əsiri olduğu bir dönəmdə açıqca onun əksi olan elmi məsələlərdən söhbət açmışdır.


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin