Göy daim bəşər fikrini özünə məşğul edən varlıqlardandır. Göydə (Günəş sisteminin digər cisimlərində) həyatın mövcud olub-olmaması daim insanları düşündürmüşdür. Bəzi ayələrdə göydə (Kainatın planet tipli digər səma cisimlərində) həyat olduğuna işarələr var. Təfsirçilər bu mövzu ilə bağlı aşağıdakı ayələrə istinad etmişlər.
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَابَّةٍ وَهُوَ عَلَى جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ
“Göyləri, Yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!”1