DÜNYANIN SONU HAQQINDA ELMİ FİKİRLƏR
Kosmologiyada dünyanın sonu ilə bağlı iki məsələ müzakirə olunur:
Birinci: Kainatın genişlənməsinin sonu varmı?
Dünya daim genişlənməkdədir. Qalaktikalar sürətlə bir-birlərindən ayrılmaqdadır. Bu genişlənmə prosesi daim davam edəcəkmi? Bu genişlənmə bir gün sona yetəcəkmi? Alimlər bu suallara cavab olaraq üç ehtimal irəli sürürlər:
Dünyanın genişlənməsi daimidir (sonsuzdur);
Sonda dünya cazibə qüvvəsinin təsiri ilə sıxılaraq (yumularaq) bir nöqtəyə qayıdacaq;
c) Dünya daim partlayışlarla qarşı-qarşıyadır.
Rus fiziki Aleksandr Fridman (1888-1925) 1920-ci ildə göstərirdi ki, bu sualların cavabı Kainatın kütləsi ilə bağlıdır3.
Dostları ilə paylaş: |