Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani



Yüklə 1,23 Mb.
səhifə66/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   62   63   64   65   66   67   68   69   ...   166

ELMİ SİRLƏR


Bəzi təfsirçilər məlum ayələrin dünyanın sonu ilə bağlı kosmoloji nailiyyətlərlə üst-üstə düşdüyü haqqında söhbət açmışlar.

  1. Ayətullah Məkarim Şirazi, “Pəyami-Quran” adlı təfsir əsərində dünyanın sonu ilə bağlı ayələri təhlil edərkən “Təkvir” surəsinin 1-2-ci ayələri haqqında yazır:

کورت” [kuvvirət] sözü, bükülmək, yığılmaq (sıxılmaq) mənalarını ifadə edir. Bəzən isə sönükmək kimi tərcümə olunur. Ehtimal ki, Günəşə nisbətdə hər iki məna keçərlidir. Belə ki, günəş tədricən sıxılaraq (büzüşərək) parlaqlığını itirəcək (sönükəcək).

انکدرت” [inkədərət] sözü sönükmək, qaralmaq, çökmək, parçalanmaq mənalarını ifadə edir. Deməli, Qurana görə dünyanın sonunda Günəş sisteminin ən parlaq cismi sönükəcək. Digər ulduzların da taleyi belədir.

Alimlərin fikrincə Günəşin enerjisi onun daxilində gedən istilik-nüvə reaksiyalarından törəyir. Onun çəkisi hər gün 1 milyard ton azalır və bu onun tədricən sönükməsinə, parlaqlığını itirməsinə gətirib çıxarır”2.

O, Günəş və Ayın cəmləşməsi (“Qiyamət”, 8) haqqında yazır:

“Çox güman ki, Günəş və Ayın cəmləşməsindən məqsəd Ayın cazibə müvazinətinin pozulması nəticəsində mərkəzə, yəni Günəşə doğru cəzb olunmasıdır1.

“İnfitar” surəsinin 1-2-ci ayələri haqqında yazır:

“Ulduzların da düzümü, cazibə müvazinəti pozulacaqdır. Çox güman ki, Quran da buna işarə vurur”2.

O, “İnfitar” surəsinin 3 və “Təkvir” surəsinin 6-cı ayələrini izah edərkən üç ehtimalı qeyd edir:

Birinci ehtimal: Su iki ünsürdən - oksigen və hidrogendən təşkil olunmuşdur. Bunlar hər ikisi yanmaq qabiliyyəti olan qazlardır. Suyun tərkibi ayrılacaq və böyük yanğınlar törənəcək.

İkinci ehtimal: Qiyamət öncəsi böyük zəlzələlər nəticəsində Yer yarılacaq və dənizlər bir-birinə qovuşacaq.

Üçüncü ehtimal: Dağların parçalanaraq dənizlərə tökülməsi və yaxud göydən yağan bərk cisimlərin okeanlara düşməsi suyun daşmasına və bütün quru əraziləri su basmasına gətirib çıxaracaqdır.

2. Yazıçılardan biri Qiyamət surəsinin 9-cu ayəsinə toxunaraq gerçəkliyə hakim olan mövcud düzümün pozulması haqqında yazır:

“Atom nüvəsi ilə onun ətrafına fırlanan elektronlar arasındakı boşluq onların kütlələrinə nisbətdə çox genişdir. Əgər bir atomun 1 km olduğunu şərtləşsək, onun yalnız 1 m-ini nüvə və proton tutur. Elektron isə 1 km-lik fasilədə nüvə ətrafında hərəkət edir (fırlanır).

Əslində bütün varlıqlar (canlı və ya cansız) atomlardan təşkil olunmuşdur. Əgər atomlar arasındakı məsafə və boşluq aradan getsə, bütün varlıqlar öncəki çəkilərini qorumaq şərtilə olduqca kiçik varlıqlara çevrilər və bu zaman bütöv maddi aləm bir göz qırpımında dağılar. Yer kürəsi kiçik bir narınc şəklini alar1.

Sonra göy cisimləri kiçik yumaq (şar) şəklinə düşərək bir-biri ilə toqquşacaqlar. Bu elmi həqiqət (böyük Köpək bürcündə) Sirius adlanan çox böyük bir ulduzun bir anda kiçik bir ulduza çevrilməsi zamanı isbat olundu”2.

3. Bəziləri Təkvir, 3 ayəsini suyun tərkibində oksigen atomunun hidrogendən ayrılması kimi izah edirlər3.

4. Bəzi müasir yazıçılar Təkvir surəsinin 1, İnfitar surəsinin 1 və 2-ci ayələrinə toxunaraq Günəş və ulduzların sönükməsi haqqında bir neçə nəzəriyyəni qeyd etmişlər:

a) Doktor C. Qamov yazır:

“Elə bir gün gələcək ki, Yer (eləcə də digər planetlər) böyük bir partlayış nəticəsində qaz-toz şəklinə düşəcəklər”4.



b) Professor A. Maseviç yazır:

“Bir gün Günəşin hidrogen ehtiyatı nüvə reaksiyaları nəticəsində bitəcək”5.



c) Elm adamlarından biri yazır:

“Termodinamik prinsiplərə görə bütün cisimlər getdikcə hərarətini itirir. Elə bir gün gələcək ki, bütün cisimlərin hərarəti bərabər səviyyəyə enəcək və bu, bütün varlıqların, göy cisimlərinin məhvinə gətirib çıxaracaq”1.

5. Bəzi yazıçılar Ayın parçalanması (Qəmər, 1) haqqında yazır:

“Son dövrlərdə astronomlar belə bir nəticəyə gəlmişlər ki, bir gün Ay iki və ya daha çox hissəyə bölünəcək. Bunlar da öz növbəsində partlayaraq min dəfələrlə bölünəcəklər.

Avropa astronomu Jeames göstərir ki, gələcəkdə Ay Yerə son dərəcə yaxınlaşacaq. Bu zaman Yer çökmək təhlükəsi ilə üzləşəcək”2.

6. Əbd ər-Rəzzaq Nofel də dünyanın sonu, Günəş və Ayın taleyi haqqında bir neçə nəzəriyyənin mövcud olduğunu göstərir.

7. Əhməd Məhəmməd Süleyman məlum ayələr haqqında bir neçə ehtimalı qeyd etdikdən sonra Duxan surəsinin 10-cu ayəsində sözügedən “دخان” [duxan] sözünü alov kimi tərcümə edir və dünyanın sonu ilə əlaqələndirir. Sonra Günəşin partlaması və sönükməsi ehtimallarını qeyd edərək bildirir ki, Yer ya Günəşin istisindən törənən alov, ya da onun sönükməsindən qaynaqlanan şaxta nəticəsində məhv olacaq3.

8. Bəzi alimlər Duxan surəsinin 10-cu ayəsini ilahi möcüzə hesab edir və bildirirlər ki, dünya Qiyamətdə “دخان” [duxan] (tüstü) olacaq və bu elmi bir həqiqətdir4.


YEKUN

Qeyd olunan fikirlərin dünyanın sonu ilə uyğun olduğuna baxmayaraq, bir neçə məqama diqqət yetirmək lazımdır.

1. Ayın parçalanması haqqında (Qəmər, 1) qeyd olunanlar iki cəhətdən tənqid oluna bilər.

Birincisi, qeyd olunan elmi məsələlər qəti olaraq sübuta yetirilməmişdir. Ayın parçalanacağının elmi səbəbləri qeyd olunmayıb, sadəcə onun Yerə yaxınlaşması önə çəkilmişdir. Bu versiya doğru olsa belə Ayın Yerə cəzb olunması nəticəsində baş verir. Bir halda ki, Quran Qiyamət öncəsi Günəş və Ayın bir yerə toplaşmasından söhbət açır (Qiyamət, 9).

İkincisi, təfsirçilər Ayın parçalanması haqqında iki ehtimalı qeyd edirlər:

a) Ayədən məqsəd Peyğəmbər (s) dönəmində baş vermiş məşhur “Şəqq əl-qəmər” (Ayın bölünməsi) möcüzəsidir. Hansı ki, bu möcüzə özü Qiyamətin yaxınlaşmasını göstərən nişanələrdəndir. Necə ki, sonuncu Peyğəmbərin (s) gəlişi özü də Qiyamətin yaxınlaşmasının əlamətlərindəndir.

b) Ayədən məqsəd Ayın Qiyamət zamanı parçalanmasıdır.

2. “Duxan” surəsinin 10-cu ayəsi haqqında təfsir kitablarında üç ehtimal irəli sürülmüşdür.

Birinci ehtimal: Ayədə məqsəd odlu tüstüdür. Hansı ki, Qiyamətin əzablarından biridir.

İkinci ehtimal: Ayədə məqsəd tüstü sözünün məcazi mənasıdır. Yəni məqsəd Peyğəmbər (s) dönəmində kafirləri əhatə edən quraqlıqdır.

Üçüncü ehtimal: Məqsəd Qiyamət öncəsi hər yeri bürüyəcək tüstüdür.

Təfsirçilərə görə ilk iki ehtimal zəifdir. Üçüncü ehtimal isə daha məqsədəuyğundur. Bunu təsdiq edən çoxsaylı rəvayətlər də mövcuddur1.

Hər halda Əhməd Məhəmməd Süleymanın irəli sürdüyü fikir (tüstüdən məqsədin alov olması fikri) leksik və hədis baxımdan təsdiq olunmur.

3. Quranda Günəş və ulduzların sönükməsi, onların düzümünün dağılması haqqında ümumi işarələr olsa da bu haqda qəti elmi nəzəriyyə mövcud olmadığı üçün bu və ya digər versiyanı Qurana aid etmək yanlışdır.

4. “فجرت” [fuccirət] və “سجرت” [succirət] ifadələrinin suyun tərkibindəki atomların partlaması ilə bağlı olması haqqında heç bir tutarlı dəlil yoxdur. Oksigenin hidrogendən ayrılmasını da yalnız bir ehtimal olaraq önə çəkmək olar. Digər açıqlamalar da “فجرت” [fuccirət] və “سجرت” [succirət] ifadələrinə yaddır.

5. Quranın Günəşin, ulduzlar və digər planetlərin sonu haqqında işarələri mövcud elmi nəzrəiyyələrə müəyyən qədər uyğundur. Bu bir növ elmi sirlərin üstünün açılması hesab olunur. Lakin bir gün bu qəti olaraq öz elmi sübutunu taparsa o zaman Quranın elmi möcüzəsi hesab oluna bilər.




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin