Quranin elmi ecazkarliği mәһәmmәd Әli Rzayi İsfaһani


BİTKİ VƏ ƏŞYALARIN CÜTLÜYÜ (ERKƏK VƏ DİŞİ CİNSİ HÜCEYRƏLƏRƏ - QAMETLƏRƏ MALİK OLMASI)



Yüklə 1,23 Mb.
səhifə93/166
tarix10.01.2022
ölçüsü1,23 Mb.
#106192
1   ...   89   90   91   92   93   94   95   96   ...   166

BİTKİ VƏ ƏŞYALARIN CÜTLÜYÜ (ERKƏK VƏ DİŞİ CİNSİ HÜCEYRƏLƏRƏ - QAMETLƏRƏ MALİK OLMASI)


Cütlükdən məqsəd erkək və dişidən (bitkilərdə erkəkcik və dişicik) ibarət olmaqdır. Quran bir çox ayələrə nəinki bitkilərin, hətta bütün əşyaların cüt olduğuna (yəni erkək və dişi cinslərindən ibarət olmasına) işarələr vurur.

وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ يُغْشِي اللَّيْلَ النَّهَارَ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Bütün meyvələrdən (erkək-dişi olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!2

Məgər onlar yer üzünə baxıb orada gözəl cütlər yetişdirdiyimizi görmürlərmi?1

Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)2”.

Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız!3

Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur4”.
Məqamlar:

1. Fikrimizcə yuxarıdakı ayələri aşağıdakı şəkildə sıralamaq olar.

Bəzən Quran meyvələrin cütlüyündən, növbəti mərhələdə isə bitkilərin cütlüyündən söhbət açır. Sonra insanların bilmədiyi şeylərin cütlüyündən, daha sonra isə dünyada mövcud olan bütün əşyaların cütlüyündən danışır.

2. Bütün bunlardan məqsəd diqqəti ilahi nişanələrə yönəltmək və insanı düşünməyə vadar etməkdir.

Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!” (Rəd, 3)

Bəlkə, bir düşünüb ibrət alasınız!” (Şüəra, 7)



3. “زوج[zəvc] sözü leksik baxımdan aşağıdakı mənaları ifadə edir:

1. Heyvanlarda erkək və dişi cinsin hər birinə “زوج[zəvc] deyilir.

2. Qeyri-heyvanlarda biri-birinə yaxın olan hər bir şeyə (ayaqqabı tayı və s.) “زوج [zəvc] deyilir.

3. Biri-birinə yaxın və oxşar olan hər bir şeyə “زوج[zəvc] deyilir.

4. Biri-birinə yaxın və zidd olan hər bir şeyə “زوج[zəvc] deyilir.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin