Qusar Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi M.Zeynalova
03.03.2016-cı il tarixli
241/III-16 nömrəli məktuba
Səhiyyə Nazirliyinə ünvanladığınız 2 nəfər qeyri tibb işçisinin orta tibb işçisi vəzifəsinə keçirilməsi barədə müraciətinizə baxılmışdır.
Bildiririk ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən tibb işçiləri ixtisas üzrə sertifikasiya olunduqdan sonra praktik tibb fəaliyyəti ilə məşğul ola bilərlər.
Loğman tibb məktəbinin 2008-ci il məzunları olan və Qusar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində işləyən Həlimə Kamran qızı Xudaverdiyevanın Doğum şöbəsinə mama vəzifəsinə, fəhlə vəzifəsində işləyən Validə İlqar qızı Əlimuradovanın Vərəm şöbəsinin tibb bacısı vəzifəsinə keçirilməsi qanunvericiliyə uyğun aparılmadığı üçün “Tibb kadrlarının vahid registri”ndə düzəlişlərin edilməsinə icazə verilmir.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |