Qusar rayonu üzrə turizm marşrutunun pasportu qusar



Yüklə 77.1 Kb.
tarix26.05.2018
ölçüsü77.1 Kb.

Qusar rayonu üzrə turizm marşrutunun

pasportu

  1. QUSAR



    1. Tarixi

Azərbaycan Respublikasının şimal-şərqində yerləşmiş Qusar rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1929-cu ildə Quba qəzası ləğv olunaraq rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüş və 1938-ci ildən bura şəhər statusu verilmişdir.
Rayon daxilində ən qədim dövr çöküntüləri aşağı və orta yura yaşlı olub (Tahircal çayının yuxarı orta axınlarında) yaşı 135 -145 milyon ilə çatlr.
Qusar toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur. 
Qusar coğrafi obyekt adının rus dilində vaxtilə “macar forması geymiş süvari əsgər” mənasında işlənmiş qusar sözü ilə bağlı olması haqqında mülahizə də mövcuddur. Fərziyyəyə görə Rusiyada 1783-1784-cü illərdə təşkil edilmiş Qusar Süvari alayı Azərbaycanın Rusiyaya ilhaq edilməsindən sonra rayon ərazisində yerləşdirilmiş və həmin yer bu qoşun növünün adı ilə adlandırılmışdır.
Digər bir mülahizəyə görə Qusar sözü qus/quz (qədim türk tayfasının adı) və ar (adam, kişi, ər) hissələrindən formalaşmış və quzlardan olan kişi, ər mənasında işlənmişdir.
Qusar sözünə A. Bakıxanovun “Gülüstani-İrəm” əsərində də rast gəlinir. Əsərdə 1602-ci ildə baş vermış hadisələrdən bəhs edən hissədə Qusar kəndinin adı çəkilir. (“Gülüstani İrəm” əsəri, Elm nəşriyyatı 1991, səh. 108).
Qusar rayonu ərazisində həyatın b.e.ə. II minillikdən etibarən mövcud olması güman edilir. Burada mövcud qədim yaşayış məskənləri kimi b.e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gövduşan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləyər), Qələxur təpələri (Həzrə) və sairəni göstərmək olar. 
Rayon ərazisində bir sıra tarixi abidələr də mövcuddur. Rayonun Əniğ kəndində XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndindəki 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olaraq burada dəfn olunmuş Ərdəbil şeyxi Şeyx Cüneydin qəbri üzərində 1544-cü ildə tikilmiş türbə, XVIII əsrə aid Köhnə Xudat, Xuray, XIX əsrə aid Hil, Gündüzqala və Həsənqala kənd məsçidləri bu günədək mühafizə edilən qədim tarixi abidələrdəndir.783px-qusar_in_azerbaijan.svg.png

    1. Turizm potensialı

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonu sərhədlərinin uzunluğu 200 km-dən çoxdur. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (Samurçay və Qusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası(Dağıstan), şimal-şərqdən Xaçmaz rayonu, cənub-şərqdən isə Quba rayonu ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır. Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir. Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərdəhlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.Respublikada mövcud olan doqquz iqlim zonasından dördü Qusar rayonu ərazisindədir. Əlverişli hava şəraiti bu rayonda kurortların, istirahət zonalarının və turizm komplekslərinin təşkil olunması üçün böyük imkanlar yaradır.

    1. Bolmə 1mustafakazdalmescidi_quba (2).jpg

Mustafa Kazdal məsçidi - Məscidi 1998-ci ildə Türkiyə Diyanət İşlər Bakanlığı tikdirmişdir. Sahəsi 360 kv.m, içəridən hündürlüyü 18 m-dir. Məscidin yanında 40 m hündürlüyündə minarə inşa edilmişdir. Məscid iki mərtəbəli və 13 günbəzlidir. Ətrafı hasara alınmış, su, kanalizasiya, işıq, qaz xətləri çəkilmiş, ətrafında köməkçi binalar tikilmişdir. Məscidin həyətinə daş döşənmiş, 100-ə qədər şam ağacı və başqa ağaclar əkilərək abadlaşdırılmışdır. Məscidin dini icması Dövlət Komitəsindən qeydiyyatdan keçərək fəaliyyət göstərir.  

    1. Bolmə 2

Suvar - Lazadan 2 km aralıda, daha yüksək dağlıq ərazidəki məkanın adıdır. Azərbaycanın ən yüksəkdə yerləşən istirahət mərkəzi, eyni zamanda turist bazasıdır. Şahdağın ətəyindəki Suvar qış aylarında da fəaliyyət göstərir. Arzu edənlər burada çadırda yaşaya, gecələr yuxu tulumunda yata bilər. Bu yüksəklikdəki süni göllər əraziyə tamam başqa yaraşıq verir. Dağ yürüşlərinə çıxmaq, yüksəkliyi 4000 artıq olan zirvələri fəth etmək istəyənlər Suvar istirahət kompleksində çalışanlardan yardım ala bilərlər. Yaxud dağların ən yaxşı bələdçiləri sayılan və buralardakı hər qarışa bələd olan yerli kənd sakinlərinə də müraciət etmək olar. Onlar sizi 3000 metr yüksəklikdəki Şah yaylağa, Şahnabat yaylağına və ya 4243 metrlik Şahdağ zirvəsinə, eləcə də Qızıl-Qaya massivindəki 3751 metr yüksəklikdəki Heydər Əliyev zirvəsinə çıxara bilərlər.

    1. Bolmə 3

Əniğ qalası (IX əsr) - Şahdağın ətəyində yerləşən strateji əhəmiyyətli bu kənddə, ərəb yürüşlərindən qorunmaq üçün orta əsrlərdə bir qala tikilib. Qala divarları kəndin içində bu günə qədər qalıb. IX əsrdən mövcud olan Əniğ Qalası divarlarının hündürlüyü 9.3, eni 2 metrdir. Bu qalanın xristian – müsəlman müharibəsində dağıdılması haqqında rəvayət kənd sakinləri arasında bu günə qədər dolaşır. 1288-ci ildə Hülakilər dövlətinin hökmdarı Arqun xanın qoşunlarındakı xristian – gürcü dəstələri Qızıl Orda qoşunlarını dəf edərkən Əniğdəki döyüşlərdə xüsusi fəallıqla iştirak ediblər.Ərəb dilində yazılmış “Abumüslümün tarixi” tarixi xronikasında X əsr Azərbaycan kəndlərinin bir neçəsinin, o cümlədən Əniğ kəndinin adı çəkilir. Yerlilərin rəvayətinə görə, kənd adını vaxtilə burada yaşamış Anığ ağanın adından alıb. Digər fərziyyəyə görə isə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər ünüğ olub, sonra dəyişərək Əniğ formasını alıb.cbc40726fbaa33f623026aecd0914dff.jpg

    1. Qusarlılar

Əkbər Fərzəli oğlu Fərzəliyev - Əkbər Fərzəli oğlu Fərzəliyev 1 oktyabr 1932-ci ildə Qusarın Köhnə Xudat kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub. Buradakı təhsilini III kursdan sonra dayandırmalı olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini qurtarıb ömrünün sonuna kimi vəkil işləyib. Azərbaycan Dövlət Dram Teatrında kütləvi səhnələrdə çıxış edib. Əkbər Fərzəliyev 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib və həmin ilin mayından teatrın rejissoru, 1965-ci ildən 1970-ci ilədəkQusar rayon Mədəniyyət evinin direktoru işləyib. 1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində "Ləzgi mahnı və rəqs ansamblı" təşkil olunub. 1967-ci ildə yenə də Ə.Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu "Qisas" tamaşası Bakıda özfəaliyyət incəsənət festivalının laureatı olub. Əkbər Fərzəliyev rejissor kimi 1969-cu ildə "30 qəpiklik cərimə", "Müqtədir", 1971-ci ildə "Dağlar şahiddir" tamaşalarına quruluş verib.1977-ci ildə Ə.Fərzəliyev tərəfindən "Yarımın atası", 1996-cı ildə "İmam Şamil" əsərləri səhnəyə qoyulub. "İmam Şamil" Şeyx Şamilin anadan olmasının 200 illiyinə həsr edilmişdi və ilk dəfə olaraq Qusar Ləzgi Dram Teatrında oynanılmışdı. O, uzun illər nəsr və poeziya yaradıcılığına da maraq göstərib. Onun "Pələng", "Baxışlar", "Rus qızına", "Qusarım", "Hər şeydən şirin", "Sınaq", "Gəl barışaq", "Zalım fələk", "İntizar" və s. şeirləri var. "İntizar" şeirinə bəstəkar Ruhəngiz Qasımova musiqi bəstələyib və həmin mahnı bu gün də müxtəlif müğənnilərin ifasında səslənir. Ə.Fərzəliyev 1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqında hüquqşünas təyin olunub və 1993-cü ilin sonunadək bu vəzifədə çalışır. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi, təqaüdə çıxandan sonra Xalq məhkəməsində tərcüməçi işləyib. Əkbər Fərzəliyev ağır xəstəlikdən sonra 1999-cu ildə 67 yaşında dünyasını dəyişib. Əkbər Fərzəliyev Rusiya istehsalı olan "Al yelkənlər" (Mosfilm, 1961, rej: Aleksandr Ptuşko) bədii filmində dalğıc rolunda çəkilib.

Mahmud Əbdülrza oğlu Əbilov - Əbilov Mahmud Əbdülrza oğlu  hərbi xadim, general-mayor. 15 sentyabr 1898 ildə Qusar rayon, Ukur kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi zamanı Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir. Müharibədən sonrakı illərdə diviziya komandirinin müavini, atıcı diviziya komandiri, həmçinin SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1972 ci ildə vəfat olmuşdur. Hal hazırda Qusar şəhərin mərkəzi meydanı general-mayor Mahmud Əbilovun adını daşıyır.



Təltiləri: 14.02.1943 "Qızıl ulduz bayrağı" ordeni

      1. dərəcəli Kutuzov" ordeni

19.10.1944 "Qızıl ulduz bayrağı" ordeni

Fəxrəddin Musa oğlu Musayev – Azərbaycanın Milli Qəhrəmani, Qarabağ müharibəsi şəhidi. 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır.1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq Vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur. Ailəli idi, bir oğlu yadigar qalıb. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə barelyefi vurulub.

Vəliyev Mirzə Dövlət oğlu - Sovet İttifaqı Qəhrəmanı. Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. Cəbhəyə könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu. Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında verilmişdir. Qusar rayonu N.Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub. Qusar rayonunda adına küçə vardır.

Turistlər üçün

    1. Necə gəlmək

Qusar paytaxtdan 180 km məsafədə yerləşir. Bura gəlmək istəyən qonaqlar həm ictimai nəqliyyatdan, həm də şəxsi avtomobillərdən istifadə edə bilərlər. Bakı beynəlxalq  avtovağzalından Bakı-Qusar marşrutu ilə hər gün səhər saat 10:00dan axşam 17:00 kimi harat avtobuslar fəaliyyət göstərir. Bir nəfər üçün gediş haqqi 4 azn müəyyən edilib. Bakıdan Qusar istiqamətdində   taksilər də xidmət göstərir. Taksilərin müəyyən etdiyi tarif bir nəfər üçün 10-12 azn civarındadır. Taksilərin Bakıda dayanacaq nöqtəsi Bakının Şamaxinka dairə ərazisidir.

    1. Şəhər daxili nəqliyyat

Qusar şəhəri daxilində avtobuslar iki istiqamətə sərnişin daşınması həyata keçirilir. 1№li avtobus- avtovağzaldan çiləgir kəndinə kimi, 2№li avtobus isə avtovağzaldan avaran yoluna kimi. Bundan savayı səhərdə çoxsaylı sahibkar taksiləri fəaliyyət göstərirlər.

    1. Nə vaxt gəlmək olar

Qusar rayonu rayonu cox gözəl təbiətə malikdir və bu səbəbdən ilin istənilən mövsümündə turistlər bura gələ bilərlər.

Qusarda yay.

Yay fəsli burada çox maraqlı keçirmək olar.Qusar bölgəsinin ən gözəl güşələrində yerləşən çoxsaylı istirahət və əyləncə zonalarında unudulmaz təəssüratlar almaq olar. Bundan əlavə bütün yay boyu hər həftə sonu şeherin mərkəzi meydanında qusarlılara və şəhərimizin qonaqlarina konsert proqrammı təşkil olunur.



Qusarda payız.

 Payız Qusarda sanki ağacları əlvan rənglərlə boyayan rəssamdır:  qırmızı, sarı, narıncı, bənövşəyi.  Erkən payızda əlvan yarpaqlardan  qeyri-adi  “yağış”  yağır, köçəri quşları qatar-qatar  düzülüb cənuba isti ölkələrə uçmağa hazırlaşır. Təəssüf ki, bu   gözəllik çox davam etmir. Təbiət uzun qış yuxusuna hazırlaşır ki, baharda yenidən oyansın və  canlansın.



Qusarda qış.

Qusar qışda istirahət üçün bütün əlverişli şəraitə malikdir. Əsasən dağlığ əzaridə və aktiv istirahət növləri ilə maraqlanar Qusara gəlməkdən heç yanılmazlar.



Qusarda yaz.

Qusarda yaz turizm imkanlarıda genişdir. Yeni çiçəklənən dağ ətəylərində və yaşillaşan məşəllərdə gəzmək, təmiz və təravətli havadan zövq almaq, belə mənzərələrdə süfrələr açmaq her bir Qusara üz tutan səyahətçinin ürəyincə olar.



    1. Turistlər üçün məlumat

Coğrafi yerləşmə və əhalisi - Qusar rayonu Azərbaycan Respublikasının şimalında, paytaxt Bakidan 180 km məsafədə, Qusar çayı üzərində yerləşir. Ərazisi 1542 km2 olan rayonda 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd vardır. Rayon əhalisinin sayı 90.000 nəfərdən çoxdur

İqlimi - Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda düzənlikdə 1 °C, yüksək dağlarda -14 °C, iyulda müvafiq olaraq 24 və 2 °C-dir. İllik yağıntıların miqdarı 350-1500 mm-dir.

Təbii ehtiyatlar – gil yataqları, palıd, fıstıq, vələs və s. meşələr



Geyim - May ayından başlayaraq sentyabr ayınadək əhali yüngül, yay paltarı geyir, qışda – isti plaşlara və gödəkçələrə üstünlük verilir.

Dil - Dövlət dili – Azərbaycan dilidir. Əhalisinin əksəriyyəti ləzgilərdən ibarətdir. Əhalinin yarıdan çoxu rus dilində sərbəst danışır. Istirahət zonalarında və firmalarında inglis dili yayılmişdır.

Foto-şəkil çəkmə - Adi turist kimi  foto və video şəkilləri çəkməyə icazə verilir (bəzi obyektlər istisna olmaqla), lakin ayrı-ayrı tanış olmayan adamların şəklini çəkərkən, nəzakət xatirinə həmin adamdan icazə almaq məsləhət görülür.

Spirtli içki - Bütün restoran və barlarda spirtli içkilər verilir. Bundan başqa, istəyənlər onu çoxsaylı mağazalarda məhdudiyyətsiz ala bilərlər.

İş saatları - İstirahət günləri adətən şənbə və bazar günləri hesab olunur (əsasən dövlət idarələri üçün), lakin mağazaların və supermarketlərin çoxu hər gün işləyir. İş günü səhər saat 8-9-da başlayır, ticarət obyektləri saat 21-23-də, restoranlar və barlar isə daha gec bağlanır.

Valyuta - Milli valyuta – manatdır (AZN). Banklar və çoxsaylı mübadilə məntəqələri istənilən valyutanı dəyişə bilərlər. Banklar səhər saat 10-dan axşam saat 17-18-dək işləyir.

Ticarət sövdələşmələri - Bazarda və yarmarkalarda sövdələşmə qəbul olunmuşdur, bu, adi haldır. Satıcılar da çox vaxt güzəştə gedirlər.

Kommunikasiyalar - Telefon rabitəsi problemsiz həyata keçirilir. Otellərdə fakslar, kompüterlər, İnternet və s. vardır. Rayonun bir cox yerlərində internet xidmətləri göstərilən yerlər vardır.

İnformasiya vasitələri - Azərbaycan qəzet və jurnallarından savayı satışda ingilis, rus və ləzgi dillərində olan dövri mətbuat da vardır. Bunların arasında Rusiyada çıxan nəşrlər də az deyil.

Elektrik enerjisi - Enerji şəbəkəsində gərginlik 220/240 V 50 Qs-dır.

Su - Rayon mərkəzində krantdan gələn suyun içilməsi tövsiyə olunmur. Otellərdə və restoranlarda əsasən plastik butulkalarda olan bulaq suyundan və ya qaynamış sudan istifadə olunur. Dağlıq ərazilərdə yerləşən otel və istirahət mərkəzlərində isə təbii bulaq suyundan istifadə edilir.

Tibbi xidmət - Təcili tibbi yardım adətən pulsuz göstərilir. Təcili tibbi yardıma gecə-gündüz (012) 103 nömrəsinə zəng etməklə müraciət etmək olar. Bundan başqa, pullu tibbi klinikalar və xidmətlər də vardır ki, bunların həkimləri ingilis dilini bilirlər. Apteklərdə böyük seçimdə dərman vasitələri olur. Onların çoxu gecə-gündüz işləyir.

Milli bayramlar

1-2 yanvar — Yeni il bayramı;


20 yanvar — Ümumxalq hüzn günü;
8 mart — Qadınlar günü;
20, 21, 22, 23, 24 mart — Novruz bayramı;
9 may — Faşizm üzərində qələbə günü;
28 may — Respublika günü;
15 iyun — Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
8-9 avqust — Ramazan bayramı;
15-16 oktyabr — Qurban bayramı;
16 oktyabr — Azərbaycan Respublikası Prezidenti seçkiləri günü;
9 noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;
31 dekabr — Dünya azərbaycanlılarının həmrəyliyi günü.

Dini bayramlar - Ramazan Bayramı
Qurban Bayramı

Banklar valyura mübadiləsi - Adətən, malların və xidmətlərin dəyərinin ödənilməsi zamanı milli valyutadan – manatdan istifadə olunur. Odur ki, xaricdən bir başa qusara gələrkən ödənişləri nağd pulla həyata keçirmək üçün özünüzlə milli valyuta əskinazları götürməlisiniz. Məsləhət görülür ki, valyutanı yalnız nəzərdə tutulan xərclər müqabilində, özü də bankların mübadilə mərkəzlərində və ya bankların özündə dəyişəsiniz, pulu heç vaxt küçələrdə dəyişməyin. Qusarda banklar 9.00-dan 18.00-dək işləyir.

Çaypulu - Bir çox restoranlarda çaypulu hesabın məbləğinin 5-10%-ni təşkil edir. Əgər menyuda bu, göstərilməmişsə, hesabın məbləğinə 10% artırmaq olar.

Banklar

Kapital bank

Ünvan: Qusar şəh. H. Əliyev pros. 127 tel. +(99423) 38 5 43 37

Dəmir bank

Ünvan: Qusar şəh. N. Şərifov küç. 14 tel. +(99423) 38 5 25 80

Xalq bank

Ünvan: Qusar şəh. F. Musayev küç. 68 tel. +(99423) 38 5 24 72

Expressbank



Ünvan: Qusar şəh. A. Xametov küç tel. +(99423) 38 5 57 20

  1. NƏ ETMƏLI

    1. Mədəni həyat

Qusar rayon tarix-diyarşunaslıq muzeyi - Rayonda muzey 1980-cı ildən fəaliyyətə başlamışdır. Muzeyin sahəsi 1652 kv.m-dir.Muzeyin əsas fondunda 3428 eksponat vardır. Onların arasında qədim dövlərlə yanaşı, orta əsrlərə aid nümunələr də var. Burada müxtəlif bəzək və məişət əşyaları, eləcə də döyüş silahları nümayiş olunur. Muzeyin ən qədim eksponatı isə eramızdan əvvələ aid olan gil qabdır. 266 kv.metr olan ekspozisiya sahəsi 1 foye və 4 zaldan ibarətdir. Ekspozisiyada 769 ədəd eksponat nümayiş olunur. handler.jpg

Lermontovun ev-muzeyi - Görkəmli rus şairi, yazıçısı və dramaturqu Mixail Yuryeviç Lermontov  1837-ci ildə Rusiyadan sürgün olunduğu vaxt bir müddət Qusar şəhərində yaşadığı ev.  Bu ev bütün ədəbi və sənədli mətnlərdə şairin ev-muzeyi kimi təqdim olunur. Lermontov sürgün dövründə bir müddət Azərbaycanda – 1837-ci ilin payızında Qusarda, o zaman "Zabitlər küçəsi" adlanan Dvoryan küçəsində – öz tanışı (bəzi bilgilərə görə - qohumu), hərbi həkim, podpolkovnik Aleksandr Aleksandroviç Marşevin  evində yaşamışdır. Hazırda bu küçə Fəxrəddin Musayev küçəsidir. Şair burada yaşadığı qısa müddət ərzində rayonun Çiləgir kəndindən olan riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olmuş; Ləzgi Əhməddən "Aşıq Qərib" dastanını dinləmişdir. O, Qusarda yaşadığı dövrdə 6 əsər (3 poema və 3 şeir) yaratmışdır.1200px-lermontov_house.jpg

без названия.jpg

Qusar Dövlət Ləzgi Dram Teatrı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 nömrəli Qərarına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 nömrəli əmrinə əsasən Qusar rayonunda Dövlət Ləzgi Dram Teatrı yaradılmışdır. Teatr Qusar rayon mədəniyyət evinin binasında yerləşdirilmişdir. Teatrın rəsmi açılışı 3 aprel 1993-cü ildə A.Figeyredonun "Ezop" tamaşası ilə olmuşdur. 2000-ci ildə teatra yeni direktor – Rəhimxan Qaraxanov təyin edilmişdir. Azərbaycan müəlliflərindən Ə.Haqverdiyevin, C.Cabbarlının, İ.Əfəndiyevin, S.Rəhmanın, Elçinin, F.Mustafanın, İ.Məlikzadənin, Ə.Əmirlinin əsərlərini ləzgi dilinə tərcümə etmiş, teatrın repertuarında olan bir çox tamaşalara quruluş vermiş, aktyor kimi çıxış etmişdir. Bu müddət ərzində 55 yeni tamaşa hazırlanmışdır: N.B.Vəzirov «Ağa Kərim xan Ərdəbili», S.S.Axundov «Tamahkar» (dövlət sifarişi 2007), S.Rəhman «Yalan». İ.Əfəndiyev «Büllur sarayda», «Bizim qəribə taleyimiz», «Atayevlər ailəsi», Elçin «Qatil», «Mənim ərim dəlidir», Hidayət «Məni qınamayın», Ə.Əmirli «Onun iki qabırğası», «Varlı qadın», Ə.Səmədli «İmam Şamil», M.Əlizadə «Dağ çiçəyi», A.Məmmədov «Həmyerlilər» və s. 2010-cu ildə N.B.Vəzirovun «Yeyərsən qaz ətini, görərsən ləzzətini» əsərinin dövlət sifarişi ilə hazırlanması nəzərdə tutulmuşdur. Teatrda ştat cədvəli üzrə 63,5 nəfər işçi çalışır. Onlardan 5 nəfər rəhbərlik, 22 nəfər artist heyəti, 8 nəfər bədii heyət, 28,5 texniki heyətdir. Hazırda teatr Faiq Qardaşov rəhbərlik edir.

Turlar Ekskursiyalar 220f9-17191255_1561740353881587_6882573458836530244_n.jpg

Müalicə, sağlamlıq və SPA

Şahdağ otel ve SPA - Azərbaycanda birinci müasir dağ Otelidir. Müasir, lakin eyni zamanda yerli adət ənənəyə hörmətlə yanaşan Şahdağ Otel və Spa, qonaqlara dünyanın hər hansı bir dəbdəbəli otelinə bərabər səviyyədə xidmət təklif edir. Bu görkəmli spa on fərdi otaqda, geniş çeşiddə birinci dərəcəli müalicə və masaj təklif edir. Onların hər biri, ən yaxşı təbii tərkibli vasitələrdən istifadə edərək qonaqlara rahatlıq, canlılıq və enerji vermək üçün yaradılıb. 3000 m2 ərazini tutan spaya qonşu çəmənliklərə baxan geniş əhəmiyyətli qapalı hovuz, tam təchiz olunmuş fitnes mərkəzi, sauna və buxar otağı, kabinələr və istirahət zonası, Hamam və əzəmətli hidroboru daxildir. Eksklüziv Spa Dəsti sifariş edən qonaqlara böyük lakey xidməti göstərilir.


  1. ƏYLƏNCƏ

Kafe restoranlar

Şahnabat” restoranı

Mətbəx: Milli mətbəx
Bir nəfər üçün şam yeməyinin orta qiyməti (spirtli içkilər daxil deyil): 10-15 AZN

Iş vaxti: 10:00-dan 01:00-dək

Ünvan: Qusar, H.Əliyev pros. (şahdağ yolu)

 “MM” restoranı

Mətbəx: Milli mətbəx
Bir nəfər üçün şam yeməyinin orta qiyməti (spirtli içkilər daxil deyil): 12-15 AZN

Iş vaxti: 10:00-dan 02:00-dək

Ünvan: N. Şərifov küçəsi
Tel: (0138) 5-53-94

Qayıbulaq” restoranı

Mətbəx: Milli mətbəx
Bir nəfər üçün şam yeməyinin orta qiyməti (spirtli içkilər daxil deyil): 12-15 AZN

Iş vaxti: 10:00-dan 02:00-dək

Ünvan: Qusar rayonu Qusarçayın sahili
Tel: 055 856 19 18

Alış-veriş

Şəhərimizə gələn turistlərə və səyahətçilərə alış-veriş etmək üçün ən rahat yer mərkəzi bazar ərazisidir. Burada hər cür zövqə uyğun və istənilən çeşiddə malları almaq mümkündür. Parfümeriya və hədiyyə üçün suvenir almaq istəyən qonaqlar H. Əliyev pros. yerləşən “Edem” mağazasına təşrif buyura bilərlər. Həmçinin qonaqlar Qusarda fəaliyyət göstərən “Anlant” və ”Pioneer” ticarət mərkəzlərdən faydalana bilərlər.



Uşaqlar üçün

Qusar Uşaq Əyləncə Mərkəzi



Qusar uşaq əyləncə mərkəzi bu gün şəhərimizin ən abad yerlərindən birinə çevrilmişdir.  Əyləncə və İstirahət Mərkəzində müasir avadanlıqlar qurulmuş, təhlükəsizlik təmin edilmişdir. Bu da uşaqların və böyüklərin istirahətlərinin, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsinə imkan verir.

  1. ƏLAQƏ

    1. Faydalı telefon nömrələri



Ad

Telefon

Yanğın zamanı

101

Polis

102

Təcili tibbi yardım

103

Azeriqaz (qaz sızması halında)

104

Azerenerji

105

TKQ məlumat mərkəzi

109




















































Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə