R. R. Denktaşa bağışlayıram


R.Denktaşa Ə.ŞamilAzərbaycandan göndərilən hədiyyələri



Yüklə 7.95 Mb.
səhifə11/29
tarix11.02.2020
ölçüsü7.95 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   29
R.Denktaşa Ə.ŞamilAzərbaycandan göndərilən hədiyyələri

təqdim edərkən. SAğda: əyləşən qaqauz Yeri, Komrat Dövlət Universitetinin

rektoru S.varban.

Zaten TMT-nin Doğum gününde kat’i talimat, “biz işe yerleşinceye kadar Doktor’a haber verilmeyeceği” şeklindey­di. Doktor bu tür işlerden şüphe ederdi. “Duyarsa bizi mahv eder” şeklindeydi... Bu bir talimattan ziyade, diğer iki arka­daşın yaklaşımıydı. Ben Doktor’un şüphelerini giderebile­ce­ğime inanıyordum. Fakat kurucuların kimliklerini duyur­madım. Sonradan öğrenecekti. Fakat artık liderle tanışmış, kendisi de “Ağrı” kod adı altında teşkilatın en üst başı rolüne gelmişti”...

Türk yetkİlİlərİ İlə dartIşmalar
1957-ci ildə adadakı iki Türk öndəri Faiz Kaymak ilə Fazıl Küçük arasında qarşılaşma son həddə çatır. İngilislər isə həmin vaxt R.Denktaşı prokurorluqdan alıb yüksək maaşlı işə göndərmək istəyirdilər. O isə bunun arxasında duran siyasəti gördüyündən şirnikləndirici təklifi rədd edir. Prokurorluqdan istefa verdikdən sonra Türk Kurumları Federasionuna başçı seçilir. Yenidən vəkil kimi çalışmağa başlayır. Federasion başkanı kimi Rauf bəyin ilk işi kəndləri dönə-dönə gəzmək olur. Bu iş üç ayadək davam edir. Onun gəldiyi qənaət bu olur ki, EOKA hücum əmri verərsə, qarşısında nə edəcəyini bilməyən on minlərlə Türk dayanmış olacaqdır.

Rauf Denktaş həmin günləri xatırlayanda deyir:



1959’da rahmet ve minnetle andığımız TC Dışişleri Bakanı değerli diplomat Fatih Rüştü Zorlu , Dr. Küçük ile bana Zürihte elde edilen çerçeveyi izah ederek, yapılacak anlaşmanın Türkiye, Yunanis­tan, İngiltere tarafından garantileneceğini, böylelikle Ma­ka­rios’un böyle bir anlaşmayı bozacağı endişemizin yersiz olduğunu söylediğin­de, söz alarak, fiili qaranti olmadıkça Maka­rios’un kağıt üzerindeki imzalara pek itibar edeceğine inanma­dığımı söylemiştim. “Garantör İngilterenin üslerde askeri bulun­duğuna göre, diğer iki garantörün de askeri bulunmalı idi. Çünkü Makarios istese de, istemese de Rumlar arasında ENOSİS için öldürmeyi meslek haline getirmiş olan yeminli bir kütle vardı. Bunlar devlete elkoymaya kalkışa bilir. Adada böyle bir haraket başlatıltığı takdirde, bunun nereye varacAğını kimse kestiremez, bütün sorun bu akılda olanlara karşı caydırıcı bir küvvetin fiilen Kıbrıs’ta bulunmasıdır. Böyle bir qaranti istiyoruz. Sadece imzalanmış bir belge bizi koruyamaz” mealinde konuştum.

Fatin Bey’in iyice kızdığı belli idi. Arada sorduğu sorulardan önerimi pek akla yakın bulmadığını anlamıştım. “Yunanistan da bir devlettir; onun da kendi halkına kabulettireceği şeyler vardır. Bunu kabuletmezler” diyordu. Dr. Küçük de benim haklı olduğumu söyleyince Fatin Bey’in sesi tam yükseldi. Huzurdan affedilmiştik. Doktor’la birlikte Dışişlerinde, değerli Çeki Kuneralpın odasına gittik. Olayı anlattık. Fiili bir destek olmadığı takdirde Kıbrısa gidip Bozkurt, güzel bir anlaşma yapıldığını söyleyemezdik. Sayın Kuneralp bizi sabırla dinledi ve haklı buldu. “Fatin Bey öyledir, birdenbire parlayıverir, fakat milliyetperver ve zeki bir insandır. Bana söyledikleriniçi kendisine bir kez daha anlatınıç. Göreceksiniç sizi anlayacaktır” dedi. Oradan Milliyet ve Hürriyet gazetesinin börolarına gittik. Durumu gizli kalması şartıyla anlattık. Onların da Dışişleri üzerinde baskı yapmaya hazırlanmaları gerekiyordu.

Aynı günün gecesiydi galiba, veya ertesi günün gecesiydi. Dışişlerinden arandık. Fatin Rüştü Zorlu Bey, bizi gec vakitte kabuletti. Elimizi sıkarken kendine has samimi, gülen bakışları ile “Ne oldunuz? Asık yüzlerle Karadeniz’de geminiz batmış gibi Ankarada dolaşıyorsunuz” diye Dr. Küçük’e takıldı. Böylelikle durumu bir kez daha anlattık. Bizi gülerek uğurladı. Kısa bir söre sonra tekrar Ankara’ya davet edildik. Bu kez Fatin Rüştü Zorlu Bey keyifliydi. Yunanlılar Kıbrıs Cumhuriyeti’ne verilecek isim üzerinde Zorluk çıkarmışlar. Türk-Rum Federasyonu veya bu anlamı veren bir isim öneren Türkiye’ye sert çıkmışlar. Türkiye Kıbrısda her iki garantörün normal sayda asker bulundurmasını bu isimde israr etmemek karşılığında kabulettirmiş. Kendisini içten gelen bir heyecanla kutlamıştık. Şimdi halkımıza güvenceli bir anlaşma yapıldığını söyleye bilirdik. Böyle de yaptık. Zürih anlaşmalarına karşı başlanılan bir mühalefet böylelikle tatmin edile bildi!”

R.Denktaş gənc olmasına baxmayaraq haqq naminə, xalqının gələcəyi naminə yüksək məqam sahibləri ilə mübahisəyə girməkdən onların fikirlərinə qarşı çıxmaqdan çəkinməyib. Onun cəsarəti vəziyyətdən çıxış yolu tapmaq bacarığı ümumi işin xeyrinə olub. Denktaşın Türkiyə Dışişləri Bakanı, təcrübəli diplomat Fatih Zorlu ilə mübahisəsəi də Rum və Yunan siyasətçilərinin ikiüçülülüyünə bələdliyindən irəli gəlirdi.
Öndərlər arasında soyuqluq
Xalqını, millətini düşünən, onun azadlığı və xoşbəxtliyi naminə canından keçməyə hazır olan insanlar bəzən bir-biriylə xırda məsələlər üstündə dartışmalı olurlar. Bu da ümumi işə ağır zərbə vurur. Kıbrıs Türklərinin öndərləri arasında da mübarizə yolları, hadisələrə baxış açısından belə dartışmalar olmuşdur. R.Denktaş da bu dartışmalardan kənarda qalmamışdı.

...1957-ci ildə Kıbrıs Türk Kurumlar Federasyonu başkanı Faiz Kaymakla Dr.Küçük arasında qarşıdurma son həddə çatır. F.Kaymakın iddiasına görə, “Halkın sesi” qəzetinin mətbəəsini Türkiyə Dr. Küçükün şəxsən özünə deyil, Kıbrıs Türk Camaatına vermişdir. O, Dr.Küçükdən bunun hesabını sorurdu. Gənc siyasətçi Rauf Denktaş bu qovğanı söndürə bildi. Lakin özünün də başı qarışdı. TMT-ni birgə qurduqları, R.Denktaşın təkidli xahişindən sonra Səhiyyə naziri təyin edilən Nalbantoğlu 1973-dən ona düşmən kəsildi. TKF içində ona qarşı qrup yaratdı.

Nalbantoğlu Denktaşın oğlunun ölümünə səbəb olan cərrahiyyə əməliyyatı aparmışdı. Rauf bəy əqidə, məslək yoldaşı olduqları üçün onu bağışlamış, məhkəməyə verməmişdi. 1973-cü ildə Denktaş onu nazir qoymadığına görə, Nalbantoğlu düşmənə çevrilmişdi. Türkiyənin Kıbrısdakı böyük elçisi E.Dırvana ilə Denktaş arasındakı münasibətlərin soyuqluğu da uzun sürmüşdü.

1960-cı ildə Kıbrısın müstəqilliyi elan olunandan sonra başkan yardımcılığına kimin aday (namizəd) verilməsi müzakirə ediləndə Dr.FazılKüçük Denktaş’ın adaylığını irəli sürmüşdür. Denktaş və yanlıları isə Dr.Fazıl Küçüğün adaylığı üzərində təkidlə dayanmışdılar. Rauf bəy ona təklif edilən başkan görəvini də qəbul etməmişdi. Ancaq Türk Cemaat Meclisi onu başkan seçmişdi. Az sonra isə Kıbrısdan uzaqlaşdırılmışdı. Türk Camaatını London Konfransında və Güvənlik Konseyində təmsil edən Denktaşın Kıbrısa dönməsi məsələsi BMT baş katibi U.Tan və BMT Güvənlik Konseyi başkanı Birer səviyyəsində müzakirə edilsə də, bir nəticə verməmişdi.

Mübarizənin amalı, məqsədi nə qədər müqəddəs və ülvi olsa belə, eyni yolun yolçuları arasında söz-söhbət də olur. Düşmənə qarşı birləşməni milli mənafe tələb etdiyi halda, öndərlər arasındakı fikir ayrılığı gücün səpələnməsinə aparıb çıxarır. Rauf Denktaş bunu istəməsə də, öğrətməni saydığı Dr.Fazıl Küçüklə aralarında dirənmə yöntəmləri (metodları) baxımından ayrılıq yaranmışdı.

R.Denktaşın min bir əziyyətlə adaya qayıtmasını (13 Nisan 1968-ci il) Dr.Küçük sözdə xoş qarşılasa da, “xəta insan üçündür” desə də, əməldə tamam başqa idi. Həmin gwnləri xatırlayanda R.Denktaş deyir: “Kıbrıs’a geldiğinde bir gurub kendini karşıladı, çıkıp konuşma yaptı ve ondan sonra kendisiyle son görüşmemizi yaptık. Kendisine çekilmeyeceğimi söyledim. Doktor bir süre daha direndi ama, baktı gördü ki halktan da bir destek yok ve her kes çekilmesi gerektiğini söylüyor...



Daha sonra çekiliyor ve bir günde herşeyi yapmamızı bekleyip gazetesinde Denktaş idaresi aleyhine ne yazılması gerekirse yazdırtmaya başladı... Ölümünden 2 yıl önceye kadar bu böyle devam edip gitti. Ölümünden iki yıl önce Doktor yavaş yavaş ayılmaya başladı ve eski duruma gelmiş olduk.”


Kıbrısa gİrİşİn yasaqlanması

Görünür, onun geri dönməsinin Türkiyə tərəfindən əngəllən­məsində Türkiyənin Kıbrısdakı ilk böyük elçisi Emin Dırvananın da rolu olmuşdur. Çünki “Makarios yaxında təcavüzlərə təkrar başlayacaq, hazırlaşalım” deyənləri “Menderesi”, “mercimek kafalı” adlandıran, həmişə əmrə tabe olan, qanunlara sayğı ilə yanaşan əməkli kurmay albayı Emin Dırvana da çoxları kimi rumların uluslararası qanunları tapdayacaqlarına inanmırmış. Türkiyədə olduğu günləri xatırlayan Denktaş deyir:



... 1963 olaylarından sonra Ankara’ya gittim.. Ve dönemedim. Oradaki yegane tesellimiz, Kıbrıs’dan gelen yolcuları karşılayıp onlardan bilgi almak idi. Şimdi yüksek mevkilerde oturan eski arkadaşlar da zaman-zaman Ankara’ya geliyordu.

Uçak alanına gittiğimizde, eşim Aydın teselli bulmak için hanımların üzerine gidiyor.. Hanımlar görmezlikten gelip, bavullarına (çantalarına) bakacaklarmış gibi geri kaçıyorlar!...

Kıbrıs’a gelmeyim diye ne varsa yaptılar. Çünkü Doktor’un taraflarını bilenler, ona istediği telkini verip kullanabiliyorlardı..

Nihayet, Kıbrıs’takı mücahitlerden “artık gel” diye mesajlar almaya başladım.

Ben onlara, “Hükumet göndermez, BM bu işe dokunmaz.. Siz bana vasıta gönderin geleyim” yanıtını veriyordum. Sonucta vasıta gönderdiler geldim.. Ve az kalsın canımızdan da oluyorduk.

... Lefkoşa’ya gelmek üzere Erenköy’e çıkmıştım. Önce talebe­lerin çıkışını sağlamak için Ankara’da organizeyi yaptım ve onları gurup-gurup Erenköy’e gönderiyorduk. Ancak benim Erenköy’e çıkmama Ankara yine müsaade etmedi. “Sen direkt ve resmi yoldan gideceksin” diyorlardı. “Çünkü sen bir lidersin.. Lidere yakışan bir şekilde gitmelisin” yaklaşımı içerisindey­diler...

Daha sonra İstanbul’a gidip Rıza Vuruşkan ilə birlikte, ilgili idare başkanını gördük. Onlara durumu anlattık, ama Erenköy’e çıkma konusunda sadece Rıza Vuruşkan için karar çıktı.. Son anda Rıza Vuruşkan “Sen de bize katıl” dedi ve Erenköy’e çıktık... Rumlar yığınak yapıyormuş. Bu arada Mansura’da öğren­ciler isyan halindedirler.. Vuruşkan beni öğrencilere konuşub on­ları toparlamam için gönderir ve gidiyorum.. Çocuklar gerçekten perişan haldedirler. Onlara konuşuyorum, durumu anlatıyorum. Gerçekten anlayış gösteriyorlar ve durumu düzeltiyoruz...

Ve saldırı başlıyor.. Çok şiddetli çarpışmalar oluyor. Etraf ateş ve barut içinde yanmaktadır..

Ardından Türkiye’ye bir mesaj geçiyoruz: “Kaybettiğimiz yerleri geri almak için persone lgereklidir.” Cevap veriyorlar: “Personel yoldadır, bu akşam gelecekler..” Ve gidip bakıyoruz, kimseler yok... Ertesi gün gidip bakıyoruz; gelenler bir süre Eğitim görmüş Kıbrıslı öğrenciler!...

Bunun üzerine bizimle birlikte olan Ömer Sami Coşar elindeki silahı yere vurup, lanetler yağdıraraq dağlara çıkıyor...

Rıza Vuruşkan yanıma gelip: “Ankara bu işten hiç bir şey anlamış deyildir. Ya sen, ya Ömer Sami Coşar gidip anlatmalısınıç”. Ve çıkıyoruz Ömer Sami Coşarı aramaya.. ama yok.. Adam o kızgınlıkla dağların yolunu tutup gitmiş... Bunun üzerine silahımı Vuruşkan’a teslim ettim ve Ankara’ya gidip tekmil vermek için Erenköy’den ayrıldım.

İnönü beni sabırla dinledikten sonra “Sen zaten benden izinsiz gittin. Beyin takımının o yerde işi ne... Lefkoşa’ya böyle gizli kapaklı yollardan giremezsin. Bu liderliğimize yakışmaz.. Sen burada hariceyimize çok yardımçı oluyorsun. Senin görevin buradadır. Biz seni şanınla, şerefinle göndereceğiz. Senin geri gitmene lüzum yok” der...

İnönü’ye “Ama efendim, gitmem lazım” diye direttim.”

Rauf Denktaşın təkidlərinə baxmayaraq, onu Kıbrısa göndərmirlər. Bu arada adada atəşkəs olduğundan müvəqqəti bir sakitlik hökm sürür. Denktaş və adadakı öndərlərin bir çoxu bunun aldadıcı olduğunu aydın görürdülər. Amma öndərlər arasında fikir birliyi yox idi. Həmin günləri xatırlayanda R.Denktaş deyir:

Lefkoşa’dan gelen haberler mücahitlerin artık bir-birine düşecekleri ve düşmek üzere oldukları yöndedir... Ben de ısrarla, artık Kıbrıs’a gitme zamanım gelmiştir diyorum. Ama Ankara’da benim bu durumumu ne anlayan var, ne de dinleyen... Nihayet, Larnaka sancağı, mücahitlerinden topladığı parayı Nejat Konuk vasıtası ile bana Ankara’ya gönderir.. Ve birlikte Erol İbrahim de gelir. Sürat motorunu ve bizi Kıbrıs açıklarına çıkaracak aracı temin ederler...

Bu arada bu hazırlıklar yapılırken, son bir teşebbüs daha yaparak, ilgili makamlara gider ve “Beni resmi olarak Kıbrıs’a gönderin, Çünkü Türkiye’ye rağmen adaya dönmüş olmak istemem” derim. Bana, “biz de gerçekten gitmeni istiyoruz. Çünkü Kıprıs’ta ipin ucunu kaçırıyoruz ve liderlik etkin olamıyor.. Ancak mümkün değil” diyorlar...

Bunun üzerine şakamsı olarak “Ben kendi imkanlarımla gidersem, Türkiye’ye bir zarar olur mu?” diye sordum.. “Yoo, olmaz” dediler..

Konuk çıkış hazırlığını yapmak üzere gelmişti.. Fakat adadan çıkar çıkmaz, yine Kıbrıs’ta birilerinin tavsiyesi ile Rum, Konuk’un da geri adaya dönemiyeceği konusunda beyanat vermişti. O nedenle Konuk da beraber geldi. Konuk o zaman TMT’nin üst kademelerinde itimat edilen bir kişiydi.. Bu nedenle parayı ona verdiler ve Ankara’ya gelip hazırlığı o yaptı.

Larnaka’ya gidişimiz planlandığı için de, güya Larnaka’yı tanıyan Erol İbrahim bize verildi...

On üç günlük esaretten sonra bizi iade ettiler.”

Rauf Denktaşın “On üç günlük esaretden sonra bizi iade ettiler” sözünün arxasında 1967-ci ilin noyabr ayında vətənə gizli dönmə cəhdi, Rumlar tərəfindən yaxalanaraq Baf Kapısı polis şöbəsinə aparılması, on iki gün “idam odası”nda saxlanması durur.

Adaya yenİdən gəlİşİ

və sİyasİ mübarİZənİn

gərgİnləşməsİ

Bütün bu uğursuzluqlardan sonra Rauf Denktaş yenə də ruhdan düşmür. Kıbrısa qayıtmaq üçün daim yollar axtarır. Nəhayət, 1968-ci ilin 13 Nisanında (aprel) rəsmi yolla adaya dönə bilir. Həmin günləri xatırlayanda deyir:

O zaman TC Dışişleri Bakanı olan İhsan Sabri Çağlayangil’e veda etmeye gittiğimde, endişelerimi anlattım ve “istiklal ile karşılaşacaksın” dedi. Ona , “Önemi yok, ben halkımı bilirim” cevabını verdim..

Çağlayangil: “Kıbrıs’a gidince, cemaatı parçalayacaksın diye endişe ediyorum” şeklinde konuşuyordu...

Çünkü, Doktor’dan “bu gelirse cemaatı parçalayacak, halk parçalanacak. Katiyyen göndermeyin” diye Ankara’ya mektuplar gelirdi. Bu mektupları, Fevziye Hulisi yazardı ve Doktor mahsusen ne yazdığını göreyim ve Kıbrısa gelmeyeyim diye bana gönderirdi. Bu mektuplar bende hala durmaktadır.

Buna karşı ben Doktor’a tatlı tatlı “Seni kandırıyorlar, aldatıyorlar” diye karşılık veren mektublar yazıyordum.

Bu nedenle Çağlayangil’e “Size bunları söyleten nedenleri bilirim. Çünkü suretleri bende de var. O nedenle ben Kıbrıs’a Doktor’a yardımcı olup halkı birleşdirmeye gidiyorum, parçalamaya değil” diyordum...”

Rauf bəy dediyi kimi də etdi. Xalqı birləşdirmək yolunda əlindən gələni əsirgəmədi.

Rumların 1960-cı il Anayasanı dəyişmə cəhdi, bundan doğan soyqırımları, köçlər Türkləri özünüidarə qurumları yaratmağa sövq etdi. 1967-ci ilin 16 avqustunda yaradılmış Kıbrıs Geçici Türk Yönetimi buna gözəl nümunədir. Bu təşkilata Rauf Denktaş başkan yardımcısı seçilmişdi. Təşkilatın yüksək səviyyədə hazırlanmış 19 maddədən ibarət nizamnaməsi vardı. Sonralar adadakı bütün siyasi partiyalar, ictimai təşkilatlar, iqtisadi qurumlar da bu təşkilata qoşuldular.

Bütün dedi-qodulara, arxadan vurulan zərbələrə baxmayaraq, Denktaş millət və vətən naminə Dr. Küçüklə birlikdə oldu. 1974-cü il soyqırımı, adadakı Türkləri daha qətiyyətlə hərəkətə keçirdi. Soydaşlarının durumunu düzgün qiymətləndirən Rauf bəy, Türklər yaşayan bölgədə müstəqil dövlət yaratmağı planlaşdırır. Amma yaxşı bilir ki, bu heç də asan olmayacaq. İstəyinin reallaşdırılması uğrunda mübarizəsini belə xatırlayır:

Bağımsızlık adımını atacağımızda, kimseye hiçbirşey söyle­me­den ilk açıldığım kişi Doktor’dur. Ona niyetimi söylediğimde bana: “bu çok böyük bir adımdır... Eğer Türkiye seni destek­lemez ve yarı yolda bırakırsa, halkı mahvedersin... Bunu iyi düşündün mü?” dedi. Kendisine zamanlama ile ilgili değerlen­dirmemi söyledim. Giden TC hükümeti bir şey yapmayacak, gelen bir şey yapmayacak ve oldu bitti ile karşılaşacak... Türk halkı ve kamuoyu hazırdır, basın bizi destekleyecek. Bütün bunları elaltından hazırladığımızı anlattım. Doktor “Evet” demedi... “Hayır” da demedi... “Allah yardımcın olsun” dedi. Doktor’u bilen bir kişi olarak bu yanıtının: “Bu işi yap, Eğer başarırsan, seninle beraberim... Başarmazsan, canına okurum” anlamına geldiğini gayet iyi anladım...

Bu nedenle, konuyu ikinci açtığım arkadaş olan Nejat Konuk’u sürekli olarak, Doktor’u beslemeye memur ettim diye bilirim. Konuk’a “devamlı Doktor’un yanında bulun, fikrin Doğru olduğunu telkin et, birileri onu şaşırtmasın ve konu zamanından evvelde duyulmasın diyordum”...

Doktor’un bağımsızlık olayında yanımızda olmasını istememizin nedeni, 1941’den beri, birlikte yaşadığımız bir tarih vardı. Doktor’u yanımızda tutmak hem ona karşı bir borcun ödenmesi, “Senin eserin” demek suretiyle onu onore etmek... dolayısıyla halkın onun liderliğinde verdiği mücadeleyi onore etmek ve aynı zamanda, önümüze çıkabilecek böyük bir engeli de pasifize etmek düşüncesiydi.”

Kıbrıs Türk Federe Devleti Kurucu Məclisi 1975-ci il24 Şubatda (fevral) ilk birləşməni yapmış və ilk üyələrinin and içməsilə görəvinə başlamışdı. Kurucu Məclis başkanlığına Rauf Denktaş, ikinci başkanlığa isə Necdet Önel gətirilmişdir. Əski cumhurbaşkanı yardımçısı Dr.Küçük Kurucu Məclis çalışma­larına qatılmamışdır. Sonrakı aylarda bir çox partiyalar, ictimai təşkilatlar Kurucu Məclisə üzv olmuşlar. 1978-ci il 8 Haziranda xalq oylamasında oybirliyi ilə onaylanan Kıbrıs Türk Federe Devleti Anayasasından sonra 1976-cı il 20 Haziranda yapılan ilk əsas seçimlər sonunda Dövlət Bakanlığına Rauf Raif Denktaş seçilmişdi.



Azadlıq, müstəqillik heç də asan, rahat qazanılmır. Bu yol toqquşmalardan, savaşlardan, çətinliklərdən keçir. Savaşlar, qovğalar həmişə Azadlıq istəyənlə vermək istəməyən arasında olmur. Bu yolun yolçuları arasında fikir ayrılıqları, qovğalar çox vaxt işə zərər verir. Xatirələrdə Kuzey Kıbrısda bağımsızlıq elan ediləcəyi toplantıda bir karğaşa olduğu və bağımsızlık düşüncə­sinə rəy verməyəcəyi gözlənənlərə təzyiq göstərildiyi söylənilir. Rauf Denktaş bu fikri rədd edərək həmin axşamı – 14 Kasım axşamını belə xatırlayır: “Baskı ve tehdid iddiası ortaya atanlar yalan söylerler. Biz, bu kararla “kararlılığımızı” ortaya koyduk. Çünkü bizim için bu yoldan başka çıkar yolu kalmamıştı. Olduğumuz yerde kalmış olsaydık, Rum’un dünyaya karşı yürüttüğü “Kıbrıs benimdir ve Kıbrıs Cumhuriyeti benim” iddiası artık inkar edilemeyecek bir şekilde kalacaktı...

Şimdi ise, Kıbrıs Cumhuriyeti denilen bir Cumhuriyetin yanında tanınmayan bir ikinci Cumhuriyetin varlığı vardır ve konuşulmaktadır. “Tanımıyoruz” dediklerinde, “varsın, ama tanı­mıyoruz” anlamına geliyor.. Varlığımız tanınıyor, ama siyasi tanıma yoktur...

Önemli olan bu yola çıkmaktır. Yıllarca bu yolda değildik ve işte o yola çıktık. Ama bu meramı anlatmak da güç oldu. Bu nedenle, bu kararda olduğumuzu ve bunu yapmak gerektiğini duyduğumuzu ben kendi inandığım arkadaşlarıma söyledim. O inandığım arkadaşların da, siyasi partilerde inandıkları arkadaşları vardı. İşte onların kanalıyla partilerde bir hücre çalışması yaptık...

14 Kasım akşamı yedik, içtik ve gece yarısına Doğru kendilerine konuyu açtım. “Şimdi niçin bu yemeği yediğimizi size söyleyeyim” diyerek konuşmaya başladım...

Rumların tutumu ve bizim o günkü durumda kalmamız halinde, katiyen bir hak kazanamayacağımızı ve bu adımı atmamız gerektiğini, zamanlama açısından ise en uygun zamanın olduğunu anlattım ve “ne dersiniz” diye sordum.

UBP (Ulusal Birlik Partisi) kanadı olumlu yanıt verdi. TKP (Toplumcu Kurtuluş Partisi) ve CTP (Cumhuriyetci Türk Partisi) “Türkiye ne der” diye sordular. Onlara, “Siz bize bu güne kadar Türkiye’ye sormadan bir iş yapmayız diye kızıyorsunuz. Şahsiyetsiz diyorsunuz. Biz size ve Türkiye’ye şahsiyetimizi gösteriyoruz. Bu zamanlama nedeniyle Türkiye bizi durdurama­yacak. Dolayısıyla Türkiye’den bize bir zarar gelmeyecek ve Türkiye’ye de zarar gelmeyecek” dedim.

Baktım, CTP kanadı ve TKP’den, özellikle Alpay Durduran yine itiraz ediyorlar. Bunun öçerine vaktın geç olduğunu söyleyerek “Karar verilmiştir, gerekli çoğunluk vardır ve yarın bunu demokratik bir şekilde oylayacağız. Sabah saat 08.00’de Meclise buyurun. Oylamada iştirak edersiniz, etmezsiniz, bu size kalmış bir şey. İster leyhe, ister aleyhe oy verirsiniz. Bu bir tarihi olaydır. Ve bir tarihi gerçek olarak kayıtlara geçecektir. Bu arada size sadece birşey söyleyeceğim. Cumhuriyet kurmak için biz bir yerlere boynumuzu uzatacağız ve Cumhuriyetin kurulmaması için oy kullanırsanız biliniz ki, siyasi hayata devam edemezsiniz. Yani, Cumhuriyeti istemeyen bir parti, kurulmuş olan o Cumhuriyetin içinde parti olmaya devam edemez. Bunu bilmenizde yarar var” dedim...

Bizi her şeyi Elçiliğe sormakla itham edenler bu kez “Elçiliğe telefon edip soralım” dediler... Onlara dedim ki, “Emeğiniz boşa gider, Çünkü saat 20.00’den itibaren tüm KKTC telefonları içe ve dışa kapatılmıştır...” Çünkü biz Telekomünikasyon müdürü Tuğrul Hilmi’yi de Hücreye almıştık ve o da sorumluluk altına girerek bu işi yaptı. “Elçiliğin de mi?”- “Elçiliğin de!”, “Kolordu’nun da mı?” - “Kolordu’nun da! Hepsi kesilecek dendi ve öyle yapıldı...”

Hürrİyet çor kazanılan,

kolay kayb edİlendİr
Allah ömür versin Rauf Denktaşa,

O, her kesle tek-tek çıkıyor başa,

Zafer inananın - denmesin boşa,

Diyor ki, sırtımı hakka dayarım,

Göz dikenin gözlerini oyarım.

Ozan Arif
Görünür, buna görə də Rauf Denktaş bizimlə görüşündə bağımsızlığı qorumaq üçün lazım gələndə güc tətbiq etməyin vacibliyini eyhamla da olsa vurğuladı. Həmin görüşdə dikta­fonuma Rauf bəyin səsi yazılıb. Onu hərdən-hərdən dinləyirəm. Belə deyir:

- Gələ bildiyiniz üçün məmnun olduq. Az qalırsınız, erkən gedirsiniz. Azərbaycan olaylarını təqib ediyoruz. Hürriyyətə qo­vuş­du­ğunuz üçün sevindik. Hürriyyətdən həmən sonra qovğaların başlanması, saldırıların başlanması bizi üzmüşdür. Öhdəsindən gə­ləcəksiniz. Səbrlə dayanmaq lazım. Hürriyyət, bağımsızlıq qaza­nıl­dıqdan sonra mücadilə bitməz. Bir də onu qorumaq üçün mücadiləni davam etdirmək lazım. Türkiyə bağımsızlığını 70 yıldır imperialist güclərə qarşı verdiyi mücadilə ilə qazandı və 70 yıldır bağımsızlığını param-parça etmək üçün uğraşırlar. Türkiyənin bağımsızlığını ortadan qaldırmaq üçün mücadilə davam edir. Amma Türk xalqı və Türk milləti buna sahib çıxmışdır.

Siz də bağımsızlıq üçün səbr etdiniz, mücadilə etdiniz. Bağımsızlığınızı qazandığınız gündən etibarən, Türk dünyasının birləşməsini önləmək üçün, yeni Cümhuriyyətləri parçalamaq üçün mücadilə başlatdılar. Bizi tanımamaq üçün bütün dünya birləşdi. Rumu yenidən bura hakim qılmaq üçün təkyanlı qərarlarla bir uğraş verildi. Bunun çarəsi dik durmaqdı, tuzaqları görməkdi. O tuzaqlara düşməməkdi, girməməkdi. Türk dünyasının birliyini, Bozkurtlığını qorumaqdı. Bu, təbii yetişilmə ilə olur, təmaslarla olur. Biz bunlara açığız, varız, həmişə hazırız.

Qardaşlara salam söyləyin. Heç bir zaman ümidsizliyə düşməsinlər. Hürriyet zor kazanılan, kolay kayb edilendir. Ümidsizliyə düşməmək lazım. Ümidsizliyə düşülərsə, kayb edilər. Sizlər güclü insanlarsınız. Güclü bir lideriniz vardır. Onunçün bu mücadilədə başara biləcəksiniz.

Bizdə nələr yapıla bilər, ticari açıdan, ekonomi açısından, kültürəl açıdan? Biz sizlərə nə verə biliriz, sizdən nə ala biliriz? Bunları iyi dəyərləndirəlim. Ahmet Gazioğlu arkadaşımız ora üçün uzman olmzğa başlamışdır. Burada bir arkadaşımız vardır, canla-başla uğraşır. Bir-birimizə dəstək olalım.

Amerikalılar dünyaya təkid etməsəydilər, şimdi dünyaca tanınmış ikinci Türk dövləti olardıq. Bunu bizə çox gördülər. Şimdi biz iyi niyyətlə “Rumlularla bir ortaqlıq Cümhuriyyəti yapa bilirizmi?” deyə kaç ildir dənəmə yapırıq. Amma rum tərəfi bütün dünyanı yanında gördüyünə görə, bu yola gəlməməkdədir. Bizi cəzalandırmaq üçün, bizi qurtardığına görə, Türkiyəni cəçalandırmaq üçün əlindən gələn hər şeyi yapmaqdadır. Bizim də Zorluqlarımız var. Amma əyilmirik. Çünki haqlı davada er-geç qazanıldığına inanırıq.

Elçibəyə bizdən salam söyləyin!..

R.Denktaş danışır, Ağır-Ağır, aramla... İçimdə isə Ozan Arif haykırır, coşur, gur səsiylə...


Kıbrıs, Kıbrıs derlər, bir nazlı yardır,

Bu qərib könlümdə sevdası vardır,

Kıbrıs mənim üçün namusdur, ardır,

Namusuma göz dikmişlər duyarım,

Göz dikənin gözlərini oyarım.
Beşparmağa kına yaktım kanımla,

Gəlin etdim şərəfimlə, şanımla,

Kıbrıs için şaka olmaz bənimlə,

Bən Kıbrısı candan əziz sayarım,

Göz dikənin gözlərini oyarım.
Sanki bu mahnı Rauf Denktaşın ürək sözlərinə bəstələnmişdir.

Sİyasİ xadİmlərİn qərİbəlİklərİ
Rauf bəyin ailə qurması da söz-söhbətsiz keçmir. Gənclərimizə bir örnək olsun deyə, onun ailə qurması ilə bağlı yaranmış narahatçılığı da burada veririk. 1949-cu il Temmuzun 15-də gənc Rauf Aydın xanımla evlənəndə müsəlman qaydası ilə nikahını imam önündə qeyd etdirir. Xanımına başlıq olaraq iki yüz Kıbrıs lirəsi verdiyini də nikah kağızına yazdırır. Bu həmin illərdə olduqca böyük məbləğ imiş. Üstəlik ənənədən kənara çıxaraq boşanmaq haqqını da xanımına verir. Həmin illəri xatırlayanda Rauf bəy deyir: “Arkadaşlar beni bu bonkörlüğüm için çok kınadılar. Fakat benim açımdan mesele kadının eşitliğini, hatta üstünlüğünü vurgulamaktı...”

Boşanma hüququnun kimdə olmasından asılı olmayaraq nə Rauf bəy, nə də Aydın xanım bundan istifadə etdi. Möhkəm bir ailə quruldu. Bu nikahdan Raif, Münür, Sərdar dünyaya gəldi. Münür 1958-ci ildə 7 yaşında badamcıqlarında əməliyyat aparılarkən dünyasını dəyişdi. Həmin günlərdə Rauf Denktaş Türkiyədə idi. İngilislər rumlar məmnun qalsın deyə 40-50 Türkü TMT yetkilisi adı ilə birdən-birə tutuklayıb kamplara göndərmişdilər. Rauf bəy də TMT qurucularından idi. Onun adaya dönməsi həbsə getməsi demək idi. Buna görə də, oğlunun yasında iştirak etmədi. Digər oğlu Sərdar indi tanınmış siyasi xadim, bacarıqlı hökumət adamıdır.







Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə