R. R. Denktaşa bağışlayıram


Rauf Denktaş yeni şəkillər çəkməyə hazırlaşır



Yüklə 7.95 Mb.
səhifə12/29
tarix11.02.2020
ölçüsü7.95 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   29
Rauf Denktaş yeni şəkillər çəkməyə hazırlaşır.
Rauf Denktaş deyərkən, ömrü mübarizələrdə keçmiş bir siyasi xadim gözlərimiz önündə canlanır. Qəzet xronikalarında, televiziya kanallarında onu daim danışıq stolu arxasında, gərgin keçən dialoqlarda görürük. O, xalqının azadlığı, müstəqilliyi uğrunda bütün basqılara sinə gərərək bir addım da geri çəkilmir.

Bağımsızlıq elanından sonra Denktaş, həm didərgin düşmüş əhalini adaya qaytarmaq, həm dağılmış kənd və şəhərləri bərpa etmək, həm köçgünləri yerləşdirmək, həm də uluslararası danışıqlar aparmaq zorunda qaldı. 1977-ci ilin 12 Şubatında Makariosla, 1979-cu ilin 19 Mayısında Kiprianilə imzalanmış anlaşmaların hər biri bir insanın tarixdə yaşaması üçün yetərlidir. Rauf Denktaş yalnız yuxarıda adlarını çəkdiyimiz anlaşmaların müəllifi deyil, həm də 30 ilə yaxındır müxtəlif güclər qarşısında duruş gətirən, adadakı Türklərin hüquqlarının qorunması üçün BMT ilə danışıqlar aparan bir diplomatdır.

Amma onun şəxsi həyatının başqa bir tərəfi də var. Ailəsinə, istirahətinə ayırdığı tərəfi...

Rauf Denktaş siyasi və bədii kitabların müəllifi olmaqla yanaşı, nəfis bir fotoalbom da nəşr etdirib. Burada onun 44 fotosu toplanıb. Çoxu da təbiət mənzərəsi. Qoyun sürüsünü örüşə aparan gənc çobanın, çay gətirən yoxsul qarının, taxıl zəmisindəki qayğısız qız uşağının fotoları canlılığı, bədiiliyi ilə adamı heyran edir. İlin müxtəlif fəsillərində çəkilmiş rəngli fotoların hər biri sanki rəssam fırçasından çıxıb. Təbiətin belə əsrarəngiz, ecazkar anlarını duymaq, fotoya köçürmək üçün görəsən, insan ruhunun nə qədər incəliyi lazımdır?..



ArZularımıZı gerçəkləşdİrməyə

İmkan olmadı

Bakıya döndükdən sonra AXC sədrinə geniş bir məruzə hazırladıq və ictimai fikri formalaşdırmaq üçün qəzet və dər­gilərdən, radio və televiziyadan istifadə etməyə çalışdıq. Kıbrıs­dan bəhs edən siyasi məzmunlu məqalələrlə yanaşı, “Prezident istirahət saatlarında” (“İncəsənət” qəzeti, 25 noyabr 1992-ci il, səh. 3) adlı məqalə də çap etdirdim. Məqsədim totalitar rejimdə yaşamış insanlarımıza siyasi xadimin, dövlət adamının da şəxsi həyatının varlığını, istirahət saatlarında ürəyincə olan bir işi gördüyünü çatdırmaq idi. Rauf Denktaşın çəkdiyi fotolar onu rəsmi şəxsdən çox şair, sənətçi xarakterli bir insana oxşadır. 1993-cü il martın 21-23-də Antalyada keçirilən I Türk Devlet ve Toplulukları Dostluk, Kardeşlik ve İşbirliyi qurultayında bunun bir daha şahidi oldum. Qurultaya R.Denktaş da qatılmışdı. Rəsmi toplantıdan sonra geniş bir salonda kokteyl təşkil edilmişdi. Hamı gəzə-gəzə söhbət edir, yeyir-içirdi. Gözləri mənə sataşanda işarə ilə yanına çağırdı. Çox səmimiyyətlə görüşdü. Yanımdakı balacaboy qıza işarə ilə: “Qızınızdır?” - deyə xəbər aldı. Mən də: “Qaqauz qızı Tudora Arnautdur, Bakıda təhsilalır. Bu gün mənim qızımdı, beş-on ildən sonra Türk xalqının şair qızı olacaq” - dedim. Zarafatıma ürəkdən güldü. Arif Rəhimoğlunu xəbər aldı. Onun da salonda olduğunu söylədikdə “Bəs ötən üç gündə niyə görüşməmişik?” - dedi. Sonra da Tudora Arnautu Qaqauzların bugünkü durumu ilə bağlı sorğuya çəkdi.


Azərbaycan sevgİsİ
QKTC-də olarkən Milli Məclisin başkanı Haqqı Atunun, baş bakan Derviş Eroğlunun da qəbulunda olduq. Söhbətlərimiz ölkələrimiz arasında qurulacaq əlaqələrdən getdi. Eğitim, Kültür ve Genclik bakanı Eşber Serakıncı, Azərbaycan təəssüratını bölmək üçün bizi şam süfrəsinə dəvət etdi. Zeytun Burnu tərəfdən Ağ dənizin ləpələrinin az qala ayaqlarımızı yuyacağı bir yerdə süfrə açmışdılar. Eşber bəy Bakıda görüşdüyü insanları xatırladı. Azərbaycanda məclislərdə söylənən sağlıqlar lap ürəyindən olmuşdu. Odur ki, məclisləri daha tez-tez xatırlayırdı. Qısa bir zamanda görüşüb sevdiyi insanlara, xüsusən də Prof. Dr. Firudin Ağası oğluna (Cəlilova) salamlarını çatdırmağı xahiş etdi.

Quzey Kıbrıs Türk Hava Yollarının genel müdiri Sabahettin Bayaz, Doğu Ağdəniz Universitetinin Prof. Dr. Hasan Cicioğlu və başqaları ilə də söhbətimiz maraqlı keçdi. BMT tərəfindən Quzey Kıbrıs Türk Cümhuriyyəti rəsmən tanınmadığına görə, bu ölkənin uçaqlarının birbaşa dünyanın istənilən şəhərinə uçmasına icazə verilmir. Quzey Kıbrısdan havaya qalxan uçaklar Türkiyənin hava limanlarına endikdən sonra, oranın adı altında başqa yerlərə uça bilirlər. Sabahettin Bayaz Quzey Kıbrıs uçaklarının Naxçıvana, Bakıya, oradan da Türküstanın və dünyanın müxtəlif ölkələrinə uçmalarını istəyirdi. Bunun üçün Naxçıvanın və Bakının hava limanlarına yatırım qoymağa, onları modernləşdirməyə də hazır olduqlarını söylədi.

Hasan Cicioğlundan Quzey Kıbrısdakı universitetlərdə dərslərin ingilis dilində keçirildiyini eşidəndə təəccübləndik. Hasan Cicioğlu bunu adanın müəyyən müddət ingilis müstəmləkəsi altında qalması və iqtisadi durumla əlaqələndirdi. Təhsil ingiliscə olduğundan dünyanın hər yerindən buraya oxumağa gələnlər olur. Onların ödədiyi təhsil pulu ilə də universitet yaşayır. Təhsil Türkcə olarsa, oxumağa gələnlər əsasən Türkiyədən olar. Onların sayının azlığından universitetlər qapanar.

Hasan bəy qarşıdakı illərdə universitetlərində Türk bölümü açılacağını, Türk dilində tədris də olacağını, ingilis dilli tələbələrə yalnız Türk ədəbiyyatı deyil, Azərbaycan, Özbək, Qazax, Uyğur, Tatar və başqa Türk xalqlarının ədəbiyyatlarının da öyrədiləcəyini söylədi.

1998-ci ildə Kıbrısda olanda Hasan Cicioğlunun arzularının reallaşmağa başladığının şahidi oldum. Azərbaycandan gəlib Doğu Ağdəniz Üniversitesinin müxtəlif fakültələrində oxuyan Tural Vəliyevi, Fərhad Ağayevi, Təbriz Cabbarovu, Sevinc Mustafayevanı, Aqşin Rəsulovu və başqalarını gördükdə sanki örəyim köksümdən quş tək uçacaqdı.

III Uluslararası Kıbrıs Araştırmaları Konqresinə qatılanda Doğu Akdeniz Üniversitesində müəllim işləyən Tudora Arnautun xahişi ilə öğrençiler qarşısında “Azərbaycanda aşıq gələnəyi və Türk ədəbiyyatında yeri” mövzusunda mühazirə də oxudum. Azərbaycan türkcəsində oxuduüğum mühazirənin belə maraqla qarşılanacağını gözləmirdim.

1992-ci ildə Gazimağusada olanda bələdiyyə başqan vəkili Ahmet Yorgancıoğlu Azərbaycandan gəldiyimizi biləndə sevinclə “O çətin günlərdə Azərbaycanlılardan da bizimlə çiyin-çiyinə vuruşan, Türkün irz və namusunu qoruyan arkadaşlarımız vardı” — dedi. Onun bu sözündən qürur duydum. Amma yaxşı bilirdim ki, 1974-cü ildə Sovetlər Birliyinin dəmir pərdəsini yırtıb heç kim Kıbrıs Türklərinə köməyə gedə bilməzdi. Söhbətdən Kıbrısa köməyə gedənlərin yurdumun güney kəsimindəki Urmiya, Salmas, Mərənd və b. bölgələrindən olduğunu öyrəndim.

Ahmet Yorgancıoğlu 1970-1974-cü illərdə Muratağada öğrətmənlik edib. Babası Mehmet, nənəsi Çöhrə də bu kənddə yaşayırlarmış. Soyları əsasən nalbəndlik etdiyinə görə, babası Mehmetin də soyadı Nalbend imiş. Çöhrə və Mehmet Nalbend Muratağa toplu məzarlığında gömülmüş. Ahmet bəylə görüşəndən sonra qəddarlıqla öldürülən 70-80 yaşlı qocaları öz əzizlərim, yaxın adamlarım kimi xatırladım.

Ahmet bəy döyüşlərdən dönəndən sonra babası və nənəsiylə yanaşı, dərs dediyi uşaqların da öldürüldüklərini gördüyündən ürək Ağrısıyla danışır. Mənimsə yadıma Ozan Arifin Kıbrıs yanğısından bir bənd də düşür:
Kıbrıs deyə çoluk-çocuk ölmüşüm,

Öz malımkən orta yerdən bölmüşüm,

Gələ-gələ şu nöqtəyə gəlmişim,

Vallahi bak, bölməkdən də cayarım,

Göz dikənin gözlərini oyarım.

İlk səfərimizdə Kıbrıs haqqında çox şey öyrəndik. Rumların bir neçə televiziya kanalının, Yunanıstan televiziya kanallarının, eləcə də Güney Kıbrısdakı ermənilərin radio və televiziyadakı proqramlarına baxdıq. Ermənilərin sayı ilə maraqlandıqda əhalinin yüzdə yeddisini təşkiletdiyini dedilər. Biz orada olduğumuz günlərdə erməni dilində yayımlanan radio və televiziya verilişlərində üç daxili problemlərindən çox Qarabağ məsələsinə diqqət yetirdiklərini gördük.

Cəmisi 210 minə yaxın əhalisi olan QKTC-də 10-a yaxın partiya, bir neçə qəzet, bir neçə televiziya və radio kanalı var. İnzibati ərazicə də üç vilayətə - Lefkoşa, Girne və Gazimağusa vilayətlərinə bölünür. Əkinə yararlı torpaqlar son iki vilayətdə olmasına baxmayaraq, lazımınca istifadə edilmir. Çünki adanın ən mühüm problemlərindən biri sudur. İçməli su buraya gəmilərlə daşınır, o ki qala, suvarma suyu. Girne vilayətinin əkinə yararlı torpağı az olsa da, adanın ən gözəl, ən zəngin bölgəsi sayılır.

Dünya QKTC-ni tanımasa da, bu kiçik dövlət dünyanı tanıyır. Darda qalan Türklərə yardım əlini uzatmağa çalışır. 1991-ci ilin dekabr ayında sərhədi cəbhəçilərin köməyi ilə qanunsuz keçərək Naxçıvana gələn, bir neçə gün orada qaldıqdan sonra Bakıya, oradan da Türkmənistana yola saldığımız, Türk xalqlarının yaxınlaşması, birləşməsi üçün əlindən gələni əsirgəməyən İraq Türkmən Birlik Partiyasının genəlbaşkanı Əhməd Günəş Bəydilliyə burada siyasi sığınacaq verilmişdir.

Quzey Kıbrısdan yenə Ozanı Arifin mahnısına qayıdırıq:
Dünyanın Kıbrısı tanıması şart,

Tanımazsa əyər art niyyətdi, art!

Bunun adı rəsmən çifte standart,

Mən adamın maskasını soyarım,

Göz dikənin gözlərini oyarım.
Hırvatistan, Slovenya dön ancaq

Üzə çıxdı, tanıdılar bax, öncə

Kıbrıs hələ tanınmıyor, bu, məncə

Xaçlı ruhu kalıbımı qoyarım”



Göz dikənin gözlərini oyarım.
Kıbrıs işində haqqım yenirsə,

İyi olmaz qovğa bənimsənirsə,

Arif barış diyor, qovğa denirsə

Əvvəl Allah, mən hər yola uyarım,

Göz dikənin gözlərini oyarım.
1992-ci ildən 1998-ci ilədək yolum Kıbrısa düşməsə də, televiziya xəbərlərində, qəzet səhifələrində orada baş verənləri izlədim. Oxuduqlarım, bildiklərim əsasında radio, televiziya verilişləri hazırladım, qəzetlərə məqalələr yazdım. Kıbrısı yalnız Azərbaycanda deyil, Türk xalqları və toplumları yaşayan hər bölgədə tanıtmağa çalışdım.

AXC sədrİ ƏBÜLFƏZ Elçİbəyə

QKTC səfərİmİZ haqda arayış
1571-ci ldə Osmanlı donanması Kıbrıs adasını fəth etməsi ilə Ağ dənizdə mühüm strateji məntəqəni ələ keçirdi. Yürüşə dəniz quldurlarının adada gizlənməsinə son qoymaq və oradakı ortodoks xristianları katolik Venesiyasının təqibindən qorumaq adı ilə haqq qazandırıldı.

Həqiqətən də, Osmanlı hökuməti adadakı qapanmış kilsələrin yenidən açılmasına, əskilərin təmirinə önəm verdi. Hətta vergilərin toplanmasını da ortodoks kilsələrə həvalə etdi. Adanın baş yepiskopunu xalqın təmsilçisi kimi tanımaqla, onun siyasi xadim kimi formalaşmasına şərait yaratmış oldu.

Adanın idarə orqanı Divanda rumlar-yunanlarla yanaşı, adada yaşayan maronit və ermənilərin də təmsilçiləri vardı. Bütün bunlar dinclik, əmin-amanlıq, iqtisadiyyatın yüksəlməsi üçün gərəkli olsa da, ortodoks kilsələrin təşkilatlanmasına və dövlətə qarşı çıxa bilməsinə şərait yaradırdı.

Avropada kapitalizmin sürətlə inkişafı, yeni bazarlar əldə etmək cəhdləri I Pyotrun vəsiyyətlərinə sadiq qalaraq “isti dənizlərə çıxmaq”, Konstantinopolu işğal edərək onu paytaxt elan etməklə dünya dövlətinə çevrilmək istəyən gənc hərbiləşmiş Rusiyanın planları Osmanlı dövlətinin varlığını təhlükə altına alırdı.

O vaxtdan onillər, yüzillər ötmüşdü. Rusiya bir tərəfdən Qafqaza qoşun yeridib Qara dənizi, Gürcüstanı, Azərbaycanı işğal edəndə, digər tərəfdən serblərin, yunanların hökumətdən narazı Qüvvələrindən qiyamçı ordular yaradıb Balkanlarda çaxnaşmalar törətməklə Osmanlı dövlətini bütün sərhədlərdən sıxışdırmağa başlamışdı. Bu qiyamları xarici ölkələr hərbi sursatla, silahla, döyüşçü və hərbi mütəxəssislərlə təmin edib gücləndirir, Osmanlı dövlətini isə diplomatik yolla sıxışdırırdılar. Yaradılmış gözəl imkanlardan bəhrələnən ortodoks xristian kilsələri 1821-ci ildə Yunanıstanda baş qaldırmış qiyama döyüşçü, silah, pul göndərməklə kifayətlənməmiş, Kıbrısın özündə də qiyam qaldırmağı planlaşdırmışdı. Bir təsadüf nəticəsində Osmanlı hökuməti qiyam planından xəbər tutub vaxtında qarşısını almışdı.

1800-cü ildə Rusiyanın yardımı ilə İoni adalarının Osmanlı dövlətinin əlindən alınaraq “Yeddi ada Birliyi Respublikası” elan edilməsi, 1815-ci ildə Muxtar Serbiya knyazlığının yaradılması, Ədirnə sülhünə (1829) görə Yunanıstan adlı muxtar qurumun yaradılması Osmanlı İmperiyasının çökməsindən soraq verirdi.

B.Britaniya, Fransa və b. Avropa dövlətləri Osmanlı İmperiyasına qarşı açıq işğalçı yürüşlərdən az istifadə edir, diplomatik yollarla, ölkə daxilindəki xalqların qiyamını alovlandırmaqla istəklərini həyata keçirirdilərsə, Rusiya müxtəlif fasilələlərlə müharibələr aparırdı.

1814-cü ildə Odessada Rusiya xüsusi xidmət orqanlarının təşəbbüsü ilə yaradılan və rəhbərliyə gətirilən çar I Aleksandros İpsilantisin “Filiki Eteriya” (Dostluq Cəmiyyəti) gizli təşkilatı təxribatçılar hazırlayır, qiyamlar təşkil etməyi planlaşdırırdı. 1821-ci ilfevralın 24-də A.İpsilantis Rusiya-Osmanlı sərhədini keçərək, Yassıda yunanları qiyama çağırır. Qiyam baş tutur və getdikcə genişlənir. İyun ayında Osmanlı mühafizə Qüvvələri qiyamçıları darmadağın edir. Lakin Rus-Türk müharibəsi (1828-29) Yunanıstan bölgəsinə muxtariyyət verilməsi ilə nəticələnir. Bir il sonra isə Avropa dövlətlərinin təzyiqilə müstəqil dövlət yaradıldığı elan edilir.

Osmanlı dövləti ayrı-ayrı bölgələrdə baş verən qiyamları yatırsa da, köklü islahatlar aparılmadığından yenidən çaxnaşmalar baş verir, dövlət gücdən düşür, xarici güclər də bundan yararlanaraq istəklərini həyata keçirirlər. Ermənilərin “Böyük Ermənistan” arzuları kimi, yunanların da bir “Megali İdea” — yəni “Böyük ideal, böyük fikir” istəkləri var. Bu, İstanbulu işğaletmək, Yunanıstanı, Giriti, Rodosu, Kıbrısı, Anadolunu da oraya qatmaqla Afrikadakı İsgəndəriyyəyə qədər genişlənmiş bir ərazidə Hellin İmperatorluğu qurmaqdır. Lakin ideya müəllifləri və tərəfdarları belə geniş bölgədə yaşaya biləcək sayda yunanı necə törədəcəklərini heç vaxt ölçüb biçməyiblər.

Yunanların bu arzu və istəklərinin həyata keçməsi üçün Avropa dövlətlərinin əksəriyyəti və Rusiya əllərindən gələni əsirgəməmişlər. Yeni yaranan Yunan ordusunun tərkibində Giriti Yunanıstana birləşdirəcək silahlı dəstələr təşkil etmişlər.

Osmanlı dövləti Krımda (1853-56) Rusiya ilə savaşa qatılanda yunanlar Fessaliyanı, Epiri və b. bölgələri Yunanıstana birləşdirmək uğrunda mübarizəni getdikcə gücləndiriblər. 17-18 il sonra, yəni 1881-ci ildə İstanbulda həmin bölgələrin böyük bir hissəsinin Yunanıstana verilməsi barədə konvensiya imzalanıb.

1876-78-ci il Rusiya-Osmanlı müharibəsi nəticəsində yeni ərazilər işğal edən yalnız qalib dövlət — Rusiya olmayıb. Osmanlı İmperiyası Kıbrıs adasını Böyük Britaniyaya ildə 92 min qızıla icarəyə vermək məcburiyyətində qalıb.

Krım savaşında Osmanlı dövlətini dəstəkləyən Böyük Britaniya az sonra mövqeyini dəyişdi. Süveyş kanalının istifadəyə verilməsi (1869) ingilislərin Ağ dənizin Doğusuna marağını artırdı. Kanal üzərində nəzarəti öz əlində möhkəm saxlamaq üçün yaxın bölgələrdəki ərazilərdə hərbi qüvvə saxlamalı idi. Məhz buna görə də yeni münaqişə ocaqları yaratdı.Vəziyyətdən yararlanan Rusiya yenidən Osmanlı dövləti üzərinə hücuma keçdi. İngilis hərbi gəmiləri də boğazlara daxil olub İstanbula yaxınlaşdı. Osmanlı Hökuməti Kıbrısı Böyük Britaniyaya verməklə özünə tərəfdaş qazanmaq istədi. Beləliklə, Kıbrıs probleminin özülü qoyuldu.

1896-cı ilin mayında Girit adalarında xarici güclərin yardımı ilə qiyam təşkil edildi. Osmanlı hökuməti qiyamı yatırdı. Lakin 1897-ci ilin fevralında yardım adı altında Yunanıstan adalara qoşun çıxardı. İngiltərə, Rusiya, Fransa, Almaniya, Avstriya-Macarıstan və İtaliya Avropanın himayəsi altında Giritin muxtariyyətini elan etdilər və aprelin 5-də adaya desant çıxardılar. Məcburiyyət qarşısında qalan Osmanlı hökuməti aprelin 17-də Yunanıstana müharibə elan etdi. Mayın 5-də Demokos yaxınlığındakı məğlubiyyətlə yunanlar müharibəni uduzdular. Osmanlı dövləti müharibədən qalib çıxmasına baxmayaraq, 1896-cı ildə Girit adalarına Sultanın himayəsi altında inzibati muxtariyyət verildi.

Balkan müharibəsində (1912-13) Salonik (Mustafa Kamalın Doğulduüu şəhər), Egey Makedoniyası, Qərbi Trakya, Epir və Girit Yunanıstana birləşdirildi. Bunlar sadəcə Osmanlı dövlətinin ərazilərini itirməsi deyildi. İtirilmiş ərazidə yüz illər boyu yaşayan Türklər yeridilən qəddar siyasət nəticəsində ya tamam yoxa çıxır, ya da sayca azalaraq ictimai-siyasi həyatda görünməz olurdular. Kıbrıs Türkləri də Balkanlarda və Ağ dəniz adalarında soydaşlarının başına gətirilən bu oyunları görür və üçünü qoruma hissi ilə təşkilatlanırdılar.

Ermənilər arasında “Miatsum” necə dəbdə olmuşsa, yunanlar arasında da “Enosis” (İlhaq) o cür olmuşdur. Yunanıstan hələ 1828-ci ilin 18 oktyabrında verdiyi bir notada Enosisi — Kıbrısın Yunanıstana ilhaq edilməsi fikrini ortaya atsa da, istəyini reallaşdırmağa 1918-ci ilin dekabr ayının 30-dan başlamışdır. 1821, 1895, 1912-ci illərdə Yunanlar Türkləri adadan təmizləmək istəsələr də planları tam baş tutmamışdı.

Birinci Dünya savaşında Osmanlı dövlətinin Almaniya ilə müttəfiqliyini bəhanə edən B.Britaniya ildə 92 min qızıl icarə haqqını verməkdən imtina edir. Lozanı anlaşması ilə Kıbrıs B.Britaniyanın tam hakimiyyəti altına keçir. Əvvəllər B.Britaniya vətəndaşı olmaq istəməyən Türklər adadan tək-tək köçürdülərsə, 1917-ci ildə bu köç kütləvi xarakter almışdır və 1940-cı illərədək davam etmişdir. Rəsmi qeydiyyata görə 20-25 ildə Kıbrısdan Türkiyəyə 30 min nəfərdən çox əhali köçür.

1960-cı ildə ada B.Britaniya müstəmləkəsindən azad olandan sonra başlayan silahlı toqquşmadan xilas olmaq üçün 1974-cü ilədək 400 mindən çox Türk köç etməli olur. Onlardan 225 mini Türkiyəyə, 120 mini İngiltərəyə, 40 mini Avstraliyaya, 10 mini ABŞ-a, Kanadaya, 5 mini də digər ölkələrə köçür.

B.Britaniyanın Kıbrısda hökmranlıq illərində yunanların ilhaq istəklərinin həyata keçirilməsinə münbit zəmin yaradılıb. Ardıcıl olaraq mitinqlər, imza toplama kampaniyaları və s. siyasi aksiyalar keçirilib, yarım gizli hərbi dəstələr yaradılıb. Bu işdə xristian din xadimlərindən və kilsələrdən geniş istifadə edilib. Maraqlı burasıdır ki, Enosis məsələsində ateist kommunistlərlə dindar kilsə xadimləri arasında fikirlər necə də üst-üstə düşür.

Adadakı kommunist AKEL(Kıbrıs Tərəqqipərvər Əməkçi Xalq Partiyası) partiyası 1949-cu ildə, 15 yanvar 1950-ci ildə isə kilsə Enosisə “hə!”, ya da “yox!” şəklində imza kampaniyasına başlayır. Həmin vaxt Baf mitropoliti olan Makarios kampaniyanın öncüllərindən olur. AKELpartiyası öz kampaniyasını dayandırıb tərəfdarlarını kilsənin təşkil etdiyi rəy toplamaqda fəal iştirak etməyə çağırır. Yunanıstan bu məsələni BMT-yə çıxarsa da bir nəticə əldə edə bilmir. Siyasi yolla adanı Yunanıstana birləşdirə bilməyəcəklərini görüb EOKA (Kıbrıslı Savaşçıların Ulusal Birliyi) terror təşkilatını qururlar. Əsası 1952-ci ilin 2 iyulunda Afinada Makariosun başçılığı ilə qoyulan təşkilatın məqsədi öncə adanı İngilis müstəmləkəsindən azad etmək, sonra buradakı Türkləri yox edərək, Yunanıstana birləşdirmək idi. Təşkilata üzv olan hər kəs aşağıdakı şəkildə and içirmiş: “Enosis davası haqqında bildiklərimi və bundan sonra biləcəklərimi işgəncə altında və canım bahasına olsa belə, sirr olaraq gizli tutacağıma Allah qarşısında əmin edirəm. Mənə verilən bütün əmrlərə sorğusuz əməl edəcəyəm”.

1954-cü il 9 noyabrda yunan hökuməti silahlı dəstələrə təlim vermək, rəhbərlik etmək üçün general Grivası gizlicə Kıbrısa göndərir. 1955-ci ilin 1 aprelində EOKA-çılar ilk terror əməliyyatına başlayırlar. Onlar 1955-1974-cü illəri əhatə edən birinci mərhələdə Türklər yaşayan 30 kəndi qarət etdikdən sonra dağıdıb xarabalığa çevirir, yüzlərlə insan öldürür, onlarla ailəni doğma yurddan köçməyə məcbur edirlər. EOKA-çıların terrorunun qurbanları sırasında 100 ingilisin, onlarca rumun adı keçir. Bu onu göstərir ki, terrorçular dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, müqavimət göstərənləri, onların tapşırığını yerinə yetirməyənləri “uf” demədən məhv etmişlər.

B.Britaniya hökuməti adanı icarəyə götürdüyü dövlətə qaytarmamaq üçün, Kıbrısa muxtariyyət vermək adı ilə 1947-58-ci illərdə yeddi plan hazırlasa da, bunlar baş tutmur. Yunan strateqləri isə adada müstəqil dövlət yaratmağı, Türkləri sıxışdırıb sayca heçə endirdikdən sonra adanı Yunanıstana birləşdirməyi planlaşdırırlar.

1958-ci il 11 fevralda Surix(Zurix)də, 1959-cu il 19 fevralda Londonda imzalanmış anlaşmaya görə, adada Kıbrıs Respublikası adlı dövlət quruldu. İki xalqlı bu dövlətdə bütün vəzifələr yunanların və Türklərin sayına uyğunlaşdırılmışdı. B.Britaniya, Yunanıstan, Türkiyə qarantör (zamin) dövlətlər idilər. Bu dövlətlər arasında bir “Garanti anlaşması” bağlanmışdı. Həmin anlaşmanın 1-ci maddəsində “Kıbrıs Cumhuriyeti herhangi bir devlete tamamen ve ya kısmen, herhangi bir siyasi veya iktisadi birliğe katılmamayı taahüt eder. Bu itibarla herhangi bir diğer devletle birleşmeyi veya adanın taksimini Doğrudan Doğruya veya dolayısı ile teşvik edecek her nevi hareketi yasak ve ilan eder” deyilir.

4-cü maddəsinin son paraqrafında isə “Ortak veya anlaşarak hareket olası (ehtimalı) olmadığı taktirde garanti veren her üç devletten herbiri, bu anlaşma ile kurulan düzeni tekrar kurmak amacı ile harekete geçmek hakkını saklı tutarlar” - yazılıb.

Əldə edilmiş anlaşmanın reallaşması üçün adada Yunanıstanın 950 nəfərlik, Türkiyənin 650 nəfərlik əsgəri gücünün saxlanması, Kıbrıs Cümhuriyyətinin yeni yaranan ordularına onların təlim keçməsi də nəzərdə tutulub.

1960-cı ilin 16 avqustunda yeni dövlətin Anayasası qəbuledi­lib. Makarios Prezident, Fazıl Küçük isə vitse-Prezident seçilib. Hökumət başına gələn yunanlar - Prezident Makarios, nazirlər və b. məmurlar ilk gündən bu dövləti dağıdıb adanı Yunanıstana birləşdirmək uğrunda açıq və gizli fəaliyyət göstəriblər. Makarios 1962-ci il2 sentyabrında Panayla kəndində söylədiyi: “Hellinizmin müdhiş düşməni olan Türk irkinin bir parçasını təşkil edən küçük Türk toplumunu adadan qovmadıqca EOKA qəhrəmanlarının görəvi əsla sona ermiş sayılmaz” — kimi irqçi fikirlərini tez-tez təkrarlamaqdan çəkinmirmiş.

1963-cü ildə isə Makarios Anayasanın 13 maddəsini dəyişməyə cəhd göstərir. Bu planın həyata keçirilməsi Türklərin hüquqlarının tapdanması, hökumətdən və siyasi fəaliyyətdən uzaqlaşdırılması demək idi. Türklər buna etirazlarını bildirdikdə Yunanıstanın razılığı ilə Kıbrısdakı yunan silahlıları, polisi güclə istəklərini həyata keçirməyə çalışırlar. Ara-sıra davam edən terrorlar, təqiblər 1963-cü ilin dekabr ayında son həddə çatır. Makariosun razılığı ilə Daxili İşlər Naziri Polikarpos Yorgacisin rəhbərliyi ilə AKRİTAS şərti adı altında gizli plan hazırlanmışdır. Bu plana görə, qəflətən hücumla Türklər yox edilməli və ada Yunanıstana birləşdirilməliydi. Türklər yaşayan məhəllələrə, kəndlərə silahlı basqınla yanaşı, məclisdən, hökumətdən də Türklər silah gücünə qovulur, radio və televiziya tutulur. Beləcə, yunanlardan ibarət bir hökumət formalaşdırılır. Türklər isə bununla razılaşmır, üçün müdafiəni təkmilləşdirir.

Türkiyə hərbiçiləri də işə qarışmalı olur. 1963-cü il25 dekabrda hərbi təyyarələrin Lefkoşa üzərindən uçuşu Makarios hökumətini də, Yunanıstanı da bərk qorxuya saldı. Yunanlar ingilislərin vasitəçiliyi ilə atəşkəs təklif etdilər. İngilis generalı üç qarantör dövlətin hərbiçiləri ilə vəziyyəti müzakirə edərkən atəşkəs xətti keçəcəyi yerləri xəritədə yaşıl qələmlə cızır. Beləliklə tarixə “Yaşılxətt” adı düşür. Lefkoşa iki yerə bölünür. Lakin Makarios hökuməti atəşkəsə əməl etmir. 1964-cü ilin 1 yanvarında 1960-cı ilanlaşmalarının qüvvədən düşdüyünü elan edir. Fevral ayında isə Arpalık, Limasol, Baf, Mağusa, Polidə yaşayan Türklərə hücumlar edilir, kütləvi qırğınlar təşkil olunur.

Türkiyə hökuməti 13 fevralda BMT TŞ-na müraciət etməli olur. 4 martda adaya Barış Qüvvələri göndərmək planlaşdırılır. 27 mart 1964-cü ildən BMT Barış Qüvvələrinin adada fəaliyyətə başlamasına baxmayaraq, yunanlar yenə də öz etiraz mitinqlərini və b. əməllərini davam etdirirlər. BMT üçün hazırlanmış raporlarda isə 103 kənddən on minlərlə Türkün köç etdiyi, 1203 yaralı, 205 itkin düşən olduğu, 500 şəhid verildiyi, böyük məbləğdə maddi ziyan dəydiyi göstərilir.

Qaynaqlarda Yunanıstanın adaya gizli 20 minlik əsgəri güc, hərbi texnika, silah və sursat çıxardığı, onların ardıcıl Yunanıstan hökuməti tərəfindən təlimatlandırıldıqları göstərilir.

Türklərin yaşadığı yerlərə gətirilməsi yasaqlanmış 37 çeşit əşya vardı. Bunlar arasında daş, qum, sement, radio, televiziya, telefon, corab, palto, torba, maşın təkərləri, termos, plastik boru və s. var. Bu yasaqlardan məqsəd Türkləri çıxılmaz durumda qoyub köçə məcbur etmək olmuşdur. Kıbrıs hökuməti Türklərə büdcədən vəsait ayırmırdı. Türkiyə hökumətinin ayırdığı 13 milyon funt sterlinq yardımı isə Makarios mənimsəyirdi.

Türklər arasında işsizlik əsas problemə çevrilmişdi. Kənd təsərrüfatının 87,4, sənayenin 91,8, idxalın 96,1, ixracın 99,5 faizi yunanların əlində idi. 1967-ci ilin fevralında Makarios demişdir: “Türkler bu gün çok kötü koşullar içinde bulunuyorlar... Her şey Rumların eline geçdiği zaman nasıl bir Türk nesli yetişecek? Ve bu nesilne zamana kadar dayanacak... Türkiyeye gittiklerinde geri dönmelerine için vermiyoruz. Şimdiye kadar Türk öğrencilerin Kıbrısa dönmelerine, Türkiyede bulundukları ve askeri Eğitim gördükleri bahanesiyle için vermedik”. Üstəlik törətdikləri qırğınları, talanları gizlədir, dünya ictimaiyyətinə Türkləri qanuni hökumətə qarşı çıxan qiyamçılar kimi təqdim edirlər.

1967-ci ildə Yunanıstanda “qara polkovniklər”in hərbi çevrilişindən sonra dincliyin pozulacağını, birgə qurulmuş hökumətin yaşamasının mümkünsüzlüyünü görən Kıbrısın Türk yetkililəri Kıbrıs Gezici Türk Yönetimini yaratdıqlarını elan etdilər. Keçmiş vitse-Prezident Fazıl Küçük bu hökumətin başçısı seçildi. Türklər yaşayan bölgələrdə icra hakimiyyəti fəaliyyətə başladı. Türkiyənin təzyiqi altında Yunanıstan adada nisbi sabitliyə çalışırdı. Bunun üçün Türklər qanunsuz silahlı dəstə olan EOKA-nı ləğv etməyi, Enosis fikrindən daşınmağı tələb edirdilər. Yunan hökuməti ilə danışıqlarda isə Makarios: “Bu elleri görüyor musun Glafkos?... Bunları kesip atabilirler, fakat yeniden Enosis’i yasaklayan bir Anayasa imzala­mayacağım” -deyirdi.

Makarios hökuməti adadan Türklərin köçməsi üçün planlar hazırlayır, onları istər şirnikləndirmə, istərsə zorla köçürməyə çalışır. Türkiyəyə oxumağa və ya qohumunu görməyə gedənlərin bir daha evlərinə dönməsinə icazə vermirdi. Beynəlxalq güclərin vasitəçiliyi ilə aparılan danışıqlar da nəticəsiz qalırdı.

Yunanlar isə yeni planlar hazırlayırdılar. Zabitlərin gizli yaratdıqları EOKA B təşkilatı daha mükəmməliyi və daha qəddarlığı ilə seçilirdi. Onlar bu işə nəinki əngəl olanları, hətta tərəddüd edənləri belə aradan götürürdülər. Qaynaqlara görə 400 yunanı terrorla aradan götürmüşlər. Onların 1974-cü il 15 iyulda həyata keçirdikləri dövlət çevirilişində 2000 nəfərə yaxın yunan öldürülür. Vəziyyətin getdikcə gərginləşdiyini görən Makarios ölkədən qaçır. Nikos Samson Prezidentliyə gətirilir. Hərbi çevriliş uğurla başa çatandan sonra Türklər yaşayan bölgələrə qəti hücuma keçilir.

Türklərin çətin durumda qaldığını görən Türkiyə hökumətinin kömək əlini uzatmaqdan başqa əlacı qalmır. Türkiyə hökuməti qarantör dövlət kimi B.Britaniyaya da adada dinclik və əmin-amanlıq yaratmağı təklif etsə də, müsbət cavab almır. Belə olduqda Türkiyə hökuməti 1974-cü il 20 iyulda adaya qoşun çıxarır və havadan zərbələr endirir. NATO üzvü olan iki ölkə arasında gərginlik savaş həddinə çatır. İyulun 20-də və 22-də BMT TŞ iclas çağıraraq 353 və 354 saylı qərarları qəbul etdi. Bu qərarlarda xarici ölkə əsgərlərinin təcili adadan çıxarılması tələb olunurdu. Türkiyə iyulun 22-də saat 17-də qərara uyüğun olaraq atəşkəsə əməl etdi. Qəhrəman Türk əsgəri sürətli hücumu ilə adanın Quzeyini yunan quldurlarından təmizlədi. Girne-Lefkoşa xəttini birləşdirməklə adanın beşdə ikisinə hakim oldu.

Türklərin yürüşlərini davam etdirəcəyindən qorxan N.Samson hökuməti qoyub qaçdı, yunan hökuməti istefa verdi.

İyulun 25-30 arasında Cenevrədə BMT, ABŞ və SSRİ-nin müşahidəçiliyi ilə Kıbrısın iki icması arasında qarantör dövlətlərin danışıqları başlandı. Fasilələrlə danışıqlar bu günədək davam etdirilir.

Danışıqlar gedə-gedə BMT Baş katibliyinin 1974-cü il1 noyabr qərarının 3 və 4-cü maddəsini əsas tutan Kıbrıs Türkləri 1975-ci ilin 13 fevralında Kıbrıs Türk Federasion Respublikasını yaratdıqlarını elan edir, yeni dövlətin Anayasasını və seçki qanunlarını hazırlayırlar. BMT-nin yunan tərəfin mövqeyini dəstəklədiyini görən Türklər 1983-cü il 15 noyabrda adanın Türklər yaşayan bölgəsində Quzey Kıbrıs Türk Cümhuriyyətini qurduqlarını elan etdilər. BMT və dünya dövlətləri yeni yaranmış QKTC-ni tanımasalar da, Türkiyə Cümhuriyyəti tanıyır. 1974-cü ildən bəri adada Türklər qorxusuz yaşayır və quruculuq işləri ilə məşğuldurlar. Beynəlxalq səviyyəli danışıqlar isə davam edir. Bütün bu danışıqların arxasında Kıbrıs Türklərinə milli azlıq statusu verib, sonra Girit adalarında, Yunanıstanın başqa bölgələrində olduğu kimi, Kıbrısda da nüfuzlarını heçə endirmək məqsədi dayanır. Təbiidir ki, Türklər bununla razılaşmır, Kıbrısda bərabər hüquqlu iki xalqın dövlətinin qurulmasını istəyirlər. Hətta belə dövlət qurulmuş olsaydı da, xristian dünyası, ABŞ və Avropanın inkişaf etmiş dövlətləri yunanlara yardım etməklə onları daha da gücləndirəcək. Beləliklə, iqtisadi cəhətdən zəif və sayca az olan Türklər əriyəcək, azalacaq və adanın azlıqda olan xalqlarından birinə çevriləcəklər. Ada dövlət Aropa Birliyinə daxil olsa da, bu proses qaçılmaz olacaq.

Bizcə, Kıbrısla Dağlıq Qarabağ arasında oxşar və fərqli cəhətlər aşağıdakı kimidir:



1. Kıbrısda yunanların böyük bir qrupu uzun illər aparılmış təbliğatın təsiri ilə adanı Yunanıstana birləşdirmək istəyirlər. Yunanıstan da buna can atır. Ermənistan və Dağlıq Qarabağda da vəziyyət belədir.

2. Törədilən cinayətlərdə həddən artıq oxşarlıqlar var.

3. Kıbrıs Türkiyənin ərazisi olub, B.Britaniya onu icarəyə götürdükdən sonra geri qaytarmayıb. Oranı tərk etmək zorunda qalanda isə irqçi yunanların güclü dövlət qurmasına şərait yaradıb. Dağlıq Qarabağ isə Azərbaycanın ərazisidir. Bura heç vaxt heç kimə icarəyə verilməyib. Azərbaycan böyük humanizm və demokratiya nömayiş etdirərək 1923-cü ildə azlıqda qalan ermənilərə Dağlıq Qarabağda Muxtar Vilayət yaradıb.

4. Kıbrısda yunanlar yerli sakinlərdir. Dağlıq Qarabağa isə ermənilərin əksəriyyətini Rusiya Qafqazı işğal edəndən (XİX yüzil) sonra İrandan və Türkiyədən gətirib.

5. Kıbrısla Yunanıstan arasındakı məsafə Ağ dənizin sularıdır. Dağlıq Qarabağla Ermənistan arasında isə Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı rayonları yerləşir.

6. BMT Baş Katibliyinin bir çox qərarlarında olduğu kimi, 1974-cü il1 noyabr qərarının 3 və 4-cü maddəsində də adada iki xalqın varlığı və bərabərliyinin qəbuledilməsi, “Kıbrıs üçün ən ideal çözüm” federativ dövlətin olması göstərildiyi halda, Dağlıq Qarabağ haqda Beynəlxalq Təşkilatların belə bir qərarı yoxdur.

Bütün bunlar nəzərə alınaraq yeni yaranmış Azərbaycan Respublikası 1974-cü ildən mövcud olan Quzey Kıbrıs Türk Cümhuriyyətini tanıya bilər.


AXC sədrinin möavini: Arif Rəhimov

AXC Naxçıvan vilayət təşkilatının

mətbuat müvəkkili: Əli Şamilov
8 sentyabr 1992-ci il.
Bu arayış əsasında Əbülfəz Elçibəyin qəbulunda olanda yığcam bir məruzə də etdik.

Osman türkayın sorAğında
Osman Türkayın poeziyası haqqında az-çox bilgim vardı. Kıbrısda Doğulduğundan xəbərdardım. Məni onun poeziyasındakı milli ruhu cəlb edirdi. Birinci dəfə adada olanda Osman Türkayı xəbər almağa, onunla görüşə cəhd göstərməyə imkanımız olmamışdı.

İkinci dəfə Kıbrısda olanda Osman Türkayı görmək, onunla söhbətləşmək, müsahibə almaq istədim. Çox təəssüf ki, istəyimi reallaşdıra bilmədim. Kimi dedi, burada yoxdur, Londondadır, kimi dedi, onunla görüşmək mümkün deyil, kimisi də laqeydliklə başını yelləyərək — görüşməyə dəyməz, kosmopolit kafalıdan nə öyrənəcəksən. Ümümiyyətlə, mənim Tanıdığım adamlar arasında Osman Türkay haqqında fikir ayrılığı vardı.



Ömrünün çoxunu Londonda keçirən, şerlərini türkcə və ingiliscə yazan, 1995-ci ildə Hindistanda Poeziyanın Sonuncu İmperatoru seçilən O.Türkayın ilk kitabı 1959-cu ildə çap olunubdur. Septet adlı kitabının çap olunması ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etməsi bir olub. Ədəbi tənqid onun poeziyasını kosmik eranın ilk həqiqi poeziyası adlandırıb.

Şairin “Dünya üçün simfoniya” kitabına amerikalı tənqidçi Panos Bardisin yazdığı ön sözdə oxuyuruq: “Bu nəşr elə olmazın təəssürat yaradır və öz nəhəngliyinə elə inandırır ki, biz dünyanı onun gözüylə görməyə məcbur qalırıq, onun musiqili sətirlərini təkrar-təkrar oxuyuruq, o vaxta qədər ki, içimizdəki qara qüvvələr öz yerini nurun gücünə təslim edir və parlaqlığın qamaşdırıcı şəfəqi ilə parçalanır.”

Osman Türkay poeziyası 60-cı illər adamının insan Ağlının dəb olan sərhədsizliyi, hüdudsuzluğu qarşısında heyranlıq deyil. O, əvvəlcədən başa düşürdü ki, yer adamı öz ruhi rahatlığının əsiridir, özü tərəfindən qurulan anlamlı həzz və arzular aləminin məhbusudur. Belə adama kosmosu açmaq onu əbədi qorxutmaqdır. Türkaya görə elə burda poeziyanın gücü lazımdır ki, insanı yeni yollara, axtarışlara yönəltsin.

Şair Cənub Şərqi Asiyaya, Latın Amerikasına, ABŞ-a və dünyanın bir çox ölkələrinə səyahət etmişdir. Səyahətdən sonra: “Mən dünyanı gözlərimlə görənə qədər onun haqqında çoxlu yazılar yazmışdım. Həmin yerləri gözlərimlə görəndə isə heyrətə gəldim ki, mənim görüşlərim necə də həqiqidir, dəqiqdir” — deyə etiraf edir.

Ən son gördüyü Türküstan — Qazaxıstan və Özbəkistan onu yeni şerlər və poemalar yazmağa ilhamlandırmışdı. Kazanı — Tatarıstanı da görmək, gəzmək, o yerlər haqqında yazmaq arzusu vardı.

Osman Türkay iki dəfə sevsə də evlənib ailə qura bilməmişdi. Sonralar o deyirdi: “Mən şair olmaq üçün Doğulmuşam, başqa heç kim ola bilmərəm. Mən Poeziya ilə evliyəm, içimdə başqa heç nəyə hissim qalmır.”

1927-ci ildə Girnedə Doğulan şair kitablarından birinin ön sözündə uşaqlığını belə xatırlayır: “Mən özümü yazda badam, gavalı, nar ağaclarının çiçəkləri arasında anadangəlmə şair hiss edirdim. Yayda dəniz köpüyü günəş işığı və mərmər parıltısı ilə qarışıb mənim dünyamı ağappaq edirdi. Payızlarım uçuşan yarpaqların, soluxan otların qızılı rəngi ilə parıldayırdı. Qışlarım isə Ağdənizin mavisi kimi idi.”

Kıbrısda Ali İngilis Məktəbini bitirən, jurnalistlik edən, “Hürr söz” qəzetinin baş redaktor köməkçisi işləyən O.Türkay ilk şerlərini 14 yaşından yazmağa başlayıb. 1953-cü ildə NATO-ya yenicə daxilolmuş Türkiyə qoşunlarında ingilis və fransız dillərindən tərcüməçi kimi işə girir. Nəticədə bütün Türkiyəni gəzmiş və klassik türk poeziyası və sufi şairlərini — Yunis İmrə, Füzuli, Mövlanə C. Rumini dərindən öyrənmişdir.

Bir müddət sonra dövrünün seçkin ədəbiyyat mühitlərinin diqqətini çəksə də, ruhi müdrikliyi ona heç bir qrupa daxil olmağa imkan verməyib. Qruplararası ziddiyyətlərdən bezdiyin­dən elə o payızda da Londona gedib. London Universitetində ingilis, amerikan şairlərindən çoxlu tərcümələr edib, fəlsəfəni və jurnalistikanı öyrənib. 1958-ci ildə yenidən Kıbrısa qayıdıb. Bu Kıbrısın ən gərgin günlərinə təsadüf edirdi. Siyasi gərginlik, vətəndaş müharibəsi, xaos içərisində olan adanın qəzetləri onu obyektiv və vətənsevər yazar adlandırıb. Şairin tarixi qovuşuq mədəniyyətli iki cəmiyyətin qarşılıqlı hörmət, sülh içərisində yaşaması fikirləri 1961-ci ildə düz çıxmadı. Onun özü də yüz minlərlə məcburi köçkünlərdən birinə çevrildi.

Osman Türkayın şerlərinin tərcüməçisi və tədqiqatçısı Ravil Buxaraev yazır ki, şairin şerləri 60-cı illərdə ruscaya çevrilsəydi Nazim Hikmət qədər məşhur olardı. Nazim Hikmət siyasi qaçqın, solçu və kommunist olduğuna görə ona sovet ədəbiyyatının qapıları açıq idi. Gəncliyində Osman Türkay Nazim Hikmətin şöhrətinə bir az qısqanclıqla yanaşıb. Lakin bu ona müasiri haqqında yazılar, esselər yazmağa mane olmayıb. Hikmətin kommunist fikirlərinə ləng gedişli yaşlılıq xəstəliyi kimi baxıb: “Kim 20 yaşında sosialist deyilsə, onun ürəyi yoxdur, kim 40 yaşında hələ sosialist olaraq qalırsa, onun ağlı yoxdur.” Şair daha çox N.Hikmətin türk xalqları arasında şöhrətinə, geniş tərcümə olunmasına qibtə edib.

Avropa ədəbiyyatşünaslarının fikrincə O.Türkayın ingilisdilli poeziyası o qədər yenidir ki, onu indi belə türkcəyə çevirmək mümkün deyil. O metaforası və dünyagörüşü baxımından müasir türk poeziyasının üfüqlərindən də çox-çox uzaqlardadır.

Ravil Buxaraevə görə, onu tərcüməyə “tatar poeziyasında Hadi Təktaşın və Hasan Tufanın idrakı və ürəyi çatardı. Təəssüf ki, onların hər ikisinin də qanadlarını erkən kəsdilər. Məsələ yalnız dil imkanlarında deyil, həm də dilin inkişaf yönündə və ona xas olan poeziyadadır. Türkay ona görə kosmos şairi deyildi ki, qədim yunan və misir miflərini bilirdi, onun poeziyasında həm də sələflərinin Göy Türklərin göylər, ulduz mənşəli olması mifi də həllolunmuşdu. Yəni, türk dili onun üçün həmişə ilahi dili olaraq qalıb.”

Osman Türkayın iş kabineti Soxonun düz göbəyindəki malika­nə­nin mansardında idi. Bu əlli il əvvəl Kıbrıslı Türklər Assosia­siyasının aldığı bir evdir. Bura o hər səhər “Cyprus Turkish Association Publish jurnalını redaktə etmək üçün gələrdi.

1989-cu ildə Londonda nəşr olunan “Dünya üçün simfoniya” kitabına öncədən Türkiyədən, Madrasdan Argentinaya, Avstrali­ya­ya qədər hər yerdə çap olunan poemaları, şerləri toplanıb. 35 dilə tərcümə olunub, 40 ölkədə yayılıb. Ömrünün son illərində ona ABŞ ədəbiyyatşünasları çox maraq göstərib. “Dünyəvi səya­hət” “Kosmorama” kitabları bir-birinin ardınca çap olunub. “Dünya üçün simfoniya” kitabına görə Amerika Bioqrafik İnstitutu ona 1997-ci ilüçün “ilin adamı” adını” verib. Şair üç dəfə Nobelə namizəd görülüb. 50 beynəlxalq mükafatın, o cümlədən Eynşteyn adına dünya mükafatının və BMT-nin dünya mükafa­tının laureatı, dünyada ən çox tərcümə olunan şair hesab edilir.



Qərb şairləri onu şərqli olduğuna və qərb sivilizasiyasını kor­ko­ranə qəbul etmədiyinə görə sevmədilər. Çünki qəbul etməmək özlərinə aid olmalı idi, yadlara yox. Şərq isə onu Qərb mədəniy­yətinə yaxın olduğu üçün sevmədi. Nəticədə ona körpü olmaq düş­dü. Bu isə o deməkdir ki, səndən keçirlər, həm də ayaqlayırlar.

Şair həmişə vətənə dönəcəyini bilirdi, lakin Londonun ano­nimliyi onu qane edirdi. Çünki London tənhalıqdan qorxma­yan­­lar və özü ilə söhbətdən çəkinməyənlər üçün gözəl sığınacaqdır. Osman Türkay Londonda qalmasını belə izah edirdi: “Burda insan istəsə hər zaman tək qala bilər. Kıbrısda dostlar və qohumlar qapında sonsuz təbil çalacaqlar, məhz həmin vaxt ki, insan yazır, ilhamı isə qaçırtmaq elə asandır ki!”


Müəllifdən: kitab mətbəədə olarkən Osman Türkayın dünyasını dəyişdiyini eşitdik. Qəzetlər və radio-televiziya “3-cü minilliyin lap başlanğıcında poeziyanın sonuncu imperatoru»nun dünyadan köçdüyünü xəbər verdilər.

İsmail Bozkurtla tanışlıq
Kıbrısa ilk səfərimiz qısa olduğundan və rəsmi xarakter daşıdıüğından, ədəbiyyat və mədəniyyət xadimləri ilə görüşüb söhbətləşə bilmədiyimiz kimi, bu yerləri örəyimizcə gəzib-dolaşıb təbiətini, abidələrini də görə bilməmişdik. Xoş bir təəssüratla ayrıldıüğımızdan buraya bir daha dönməyi arzulayırdıq.

Bəlkə buna görə, 1995-ci il9-11 Haziranda Kırıkkaledə keçirilən “Dünya Hoşgörü Manas Abay yılı” başlıqlı “VII Uluslararası Türk Halk Edebiyyatı Semineri ve I Uluslararası Türk Dünyası Külüör Kurultayı”nda Kıbrısdan gəlmiş İsmail Bozkurtu, Harid Fedai və Mahmut İslamoğlunu doğmalarım kimi qarşıladım. Onlar da buna təəccüblənmədilər. Elə bil 30-40 ilin tanışı idik. İ.Bozkurt “Kıbrıs Türklerinde dastan geleneği”, H.Fedai “Konyalı Aşıq Şeminin bilinmeyen bir dastanı: Elifname”, M.İslamoğlu “Kıbrıs Türklerinde eskiden günümüze Nevruz ve ya Mart Dokuzu etkinlikleri”, mən isə “Dastanlarımızın quruluşu” mövzusunda çıxış edirdik.

Fasilələrdə, süfrə arxasında, gah Kıbrısda, Azərbaycanda, gah da dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın taleyindən söhbət gedirdi. Məni ən çox Kıbrısın çətin günləri — 1974-cü il maraqlandırırdı. Mahmut bəy söhbətin mövzusunun tez-tez həmin günlərə gəldiyini görüb: “O günlərin acısını da, hünərini də yaşayan ailələrdən biri İsmail bəyin ailəsi olub. Özü isə həmin günlərdə komutan idi. Xatirələrini çözələsən çox şey öyrənərsən” — dedi.

İsmailbəy bu söhbətləri çox sakit qarşıladı. Az danışan, bir az da qaraqabaq görünüşlü bu adam “Yusufçuklar oldu mu?” romanına “Sayın Ali Şamilov’a sevgi ve kardeşlikle. 9.8.1995”, “Mangal” romanına isə “İsmail Bozkurt’dan sayın Ali Şamilov’a sevginin ve kardeşliğin hep var olması dileği ile... 9.8.1995.” yazıb mənə bağışladı. Biz iyunda, yəni altıncı ayda görüşsək də İsmailbəy avtoqrafda səkkiçinci ayı göstərmişdi. Bu yanlışlıq həmin an nə İsmailbəyin, nə də mənim diqqətimi çəkməmişdi. Bakıya gəlib kitabı oxumaq istəyəndə onu gördüm.



Yusufcuklar oldu muу? Kitabinin son səhifəsindəki İ.Bozkurtun dostluq

шаржы”

Mahmut İslamoğlunun avtoqrafla mənə baışladığı folklora aid kitabını isə Bakıya gələndə tələbəlik illərindən Tanıdığım, millətçi bir insan kimi sevdiyim rəhmətlik Taner Əliyevə radioda veriliş hazırlamaq üçün verdim. Ondan da kitabı kim aldısa, bir daha geri qaytarmadı.

İsmail Bozkurtun “Yusufçuklar oldu mu?” romanının cildinin arxasında yazıçının dostluq şarjı və Atilla Özkırımlının aşağıdakı qeydləri verilib:

İsmail Bozkurt, Kıbrıs’ta etkin görevlerde bulunmuş bir politikacı ve devlet adamı. Lefkoşa, Geçitkale, Boğaziçi bölgesi Mücahit komutanlıkları, Türk Cemaat Meclisi ve Toplumcu Kurtuluş Partisi başkanlıkları, Kültür ve Turizm Bakanlığı geçmişteki bu görevlerinden birkaçı. Ayrıca makale ve denemeleriyle kendini Kıbrıslı okurlara kabulettirmiş bir yazar.



Türk okuru, daha önce Cem Yayınevi’nde yayımlanan Kızılmey­dan­da bir uçak (1987) adlı kitabıyla tanımıştı İsmail Bozkurt’u. Bu kez Yusufçuklar oldu mu? adlı bir romanla çıkıyor Türk okurunun karşısına Bozkurt. Yine aynı yalın ve içten anlatımıyla.

Yusufçuklar oldu mu? bir aydının romanı. İyi yetişmiş, sorum­lu­luklarının bilincinde, namuslu bir aydının... Aynı zamanda Kıbrıs’ta yaşanan olayların insan dünyasına yol açtığı yıkımları, küçük hesablara dayalı siyasal çekişmeleri ve toplumsal çalkalan­tıyı da başarıyla betimliyor İsmail Bozkurt. Romanın baş kişisi Ke­mal’ın bireysel hesaplaşması, sonuçta Doğruyu arayan bir aydının hesaplaşmasına dönüşüyor. İlk olmasına karşın belirli bir düzeyi tuttura bilmiş, rahatça okunan bir kitap Bozkurt’un yaptığı...”

Gəncliyində Mücahit komutanı olan İsmailbəyin dolu gövdəsi rəssamın da, dostlarının da zarafat mövzusu olub. Kıbrısda olduğum günlərdə zarafatı (şakanı) çox sevdiklərini gördüm. Əsas konuları rumlarla birgə yaşadıqları dönəmi kapsıyor.



Məsələn: “Bir gün yolpolisi işləyən Mustafa küçə hərəkəti qaydalarını pozanı Rumlu sürücünü saxlayıb ona qızır və cəzalandırmaq üçün sənədlərini alır. Sürücünün soyadını oxuyur və hirslə deyir: “Səbeş! Bu nə soy adıdır?”



Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə