R. R. Denktaşa bağışlayıram


DAĞ yaxınlığında antik Salamis xarabalıqlarından bir görüntü



Yüklə 7.95 Mb.
səhifə19/29
tarix11.02.2020
ölçüsü7.95 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   29
DAĞ yaxınlığında antik Salamis xarabalıqlarından bir görüntü.
SOTA-nın (Türkistan, Azerbaycan, Kırım, Kafkasya ve Sibirya Araştırma Merkezi) başkanı imiş. Əbülfəz Elçibəyə, Kamil Nərimanoğluna, Arif Rəhimoğluna, Ülvi Həkimova və başqa­larına salamını çatdırmağı xahiş etdi. Bakıya dönəndə onun tapşırığını yerinə yetirdim. Ülvi bəy isə məndən Mehmet Tütüncünün yaşını soruşanda təəccübləndim. Söhbətdən öyrəndim ki, Tütüncünün Ülvi bəylə şəxsi görüşləri olmayıb. İndiyədək yalnız internet vasitəsilə əlaqə saxlayıblar.

Mənimlə eyni bölümdə məruzəçi olan Macarıstan radiosunun Türk verilişləri redaksiyasının əməkdaşı Edit Tasnada xanımla söhbətlərim ürəyimi üzdü. Macarıstanın sosialist ölkəsi olmasına baxmayaraq bizdən nə qədər irəlidə olduğunu anladım. Edit xanım Macarıstan radiosunda Türk verilişləri redaksiyası yaranan gündən, Türkiyə və Kıbrıs haqqında qəzet və jurnallarda, kitablarda çap olunanların hamısının redaksiyanın kitabxanasında olduğunu, kartoteka tərtib edildiyini, sonralar isə bu kartotekanın bilgisayarın yaddaşına verildiyini söylədi. Elə redaksiyanın özündə bilgisayar arxasında əyləşməklə Kıbrıs haqqında istər qəzet-jurnallarda yazılanların, istərsə də efirdə səslənən verilişlərin mətnlərinin surətlərini əldə etmək mümkün olur.



Bizdə isə güvənc yerimiz sayılan M.F.Axundov adına kitabxanada Kıbrıs haqqında bir şey öyrənmək istəsən, gərək onlarla qəzet-jurnalı bir-bir səhifələyəsən. Hələ istədiyin qəzet-jurnalları tapa bilsən... Tapılanların da bir çoxunda səhifələr cırıldığından ayrı-ayrı mətnlər kəsilib götürüldüyündən, yararsız hala salınmışdır.






Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə