R. R. Denktaşa bağışlayıram

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 7.95 Mb.
səhifə23/29
tarix11.02.2020
ölçüsü7.95 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

N.Kamalın sürgündə yaşadığı ev.

Lala Mustafa Paşa camisinin qarşısındakı parkın girəcəyində solda yerləşən

bu ev indi Namik Kamal zindanı adlı

muzeyə çevrilib. Şair 1873–1876-cı illərdə sürgündə olarkən bu kiçik evdə

yaşamışdır.

Ümumiyyətlə, Gazimağusalılar N.Kamalın ora­da yaşaması ilə qürur du­yurlar desəm, yəqin yanıl­maram. Onun adı ilə bağlı şəhərdə çox yerlər var. Ən diqqəti çəkən isə şə­hərin ən böyük, ən yara­şıqlı parkının N.Kamal adını daşımasıdır. Şəhərin ən qədim və möhtəşəm camesi Lala Mustafa Paşa camesinin qarşısında büs­tü ucaldılıb. Gazimağusa limanına bitişik əski qala­nın böyük bir bürcünü bizə göstərdilər. Yunan əs­gərləri şəhərin hər ye­rini tutanda Türklərin bir qis­mi bu bürcdə yerləşə­rək or­ta əsr silahları və məi­şət­də işlədilən alət­lərlə, bellə, külünglə, ya­bayla, baltayla bir həftə bürcü qorumuş, Türk əs­gər­ləri gələnədək döyüş­müşlər.

Balkan konusunda dartışma
Azərbaycanda Yuqoslaviya Türklərindən yalnız Necati Zekeriyyenin geniş təbliğ olunmasına baxmayaraq, bizim Nusret Dişo Ülkü haqqında da müəyyən bilgimiz vardı. Sovetlər Birliyi çökməyə başlayandan sonra gömrükdə senzor nəzarəti zəiflədi. Gediş-gəliş artdıqca, jurnal-qəzet gətirənlərin sayı da çoxaldı. Artıq onunla görüşəndə, 1937-ci ildə Kosovanın Prizren şəhərin­də Doğulduğunu, orta məktəbi bitirdikdən sonra müəllimlik etdiyini, sonra isə, 1969-cu ildən Priştinada (Kosovo Muxtar Ölkəsinin Mərkəzi) Türkcə nəşrə başlayan “Tan” qəzetinin yaradıcılarından olduğunu və bir müddət qəzetin mədəniyyət səhifəsinə rəhbərlik etdiyini bilirdim. Sonralar Makedoniyanın paytaxtı Üsküpə (Skopye) köçən şair “Sevinc” və “Tumurcuq” dərgilərinin aparıcı yazarlarından olub, yenilikçiliyi ilə seçilib.

N.D.Ülkü 1963-cü ildə “Çocuklarla Ağaclar”, 1965-ci ildə “Çocukların elleri”, “Diyeceklerim”, 1974-cü ildə “Özgen”, “Ozanılar kilisesi”, 1976-cı ildə “Kara İsmet” (1981-ci ildə bu kitab təkrar nəşr olunub), 1981-ci ildə “Dereden-tepeden”, “Tito Koçaklaması”, 1983-cü ildə “Deniz ve ben”, 1985-ci ildə “Tö-tö-tö” və başqa kitablarını, eləcə də beşdən artıq tərcümə kitabını çap etdirir.





Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə