R. R. Denktaşa bağışlayıram


Gazim Ağuşa qalasında N.Kamalın büstü önündə – soldan Sivas Universitetinin müəllimi, dos. dr. Doğan Kaya



Yüklə 7.95 Mb.
səhifə25/29
tarix11.02.2020
ölçüsü7.95 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   29

Gazim Ağuşa qalasında N.Kamalın büstü önündə – soldan Sivas Universitetinin müəllimi, dos. dr. Doğan Kaya,

Qaqauz şairəsi Tudora Arnaut, Ə.Şamil.

Siz çok iyi bir şeyə barmaq bastınız. Bu çok iyi, çok gözəlbir sorudur. Balkanlardakı Türklərin son yüzildəki durumları çok kötüdür, Balkandakı Türklər hər zaman itirmiş... 1947-ci ildə Türklər bir Yücəlpartisi kurmuş. Konuşulur ki, sözdə Cümhuriyyət istəmişlər, am­ma başarılı olamamışlar. Bal­kan Türkləri hər zaman kəndi halına bura­xılmış. Maaləsəf, bu, Ana ölkə (Türkiyə Res­publikasını nəzərdə tutur - Ə.Ş.) tə­rəfindən bura­xılmış.

Yuqoslaviya dağı­lan­dan sonra ən zavallı qa­lan biz — Türklərik. An­karaya getdiyimiz, şika­yət etdiyimiç zaman de­yirlər: - “Siz bizdən sayı­lır­sınıç, amma bizi ilgi­ləndirən dağılan Sovetlər Birliyindəki Türk Cümhuriyyətləri və Türk top­lumlarıdır. Onlar kala­ba­lık, siz azsınız.” Türk Türkdür, istər az olsun, istər çox.

Məni də bu düşündürür. Bundan böylə bizim də kəndimizə sormamız lazım: - “Nədən Balkan Türkləri get-gedə yozlaşıyor? Azalır və yozlaşıyor”. Bunu Ana ölkənin də düşünməsi lazım.

Bizdə bir örgütlənmə olmamış, hiss edilməmiş. Gerçəkdən bu soru çok önəmli. Bizdə şimdiyə kadar heç kimsə bunu konu etməmiş. İlk dəfə siz bunu yada saldınız. Bundan belə mən də düşünəcəyəm və başqalarına da çatdıracağam, həm də düşündürəcəyəm ətrafımı. Gerçəkdən bu karşılaştırmayı yapmadık. Hətta bu bir simpozium konusudur. Ən ətli-kəmikli konu bu.

- Nusret bəy, ölkələrimizin, xalqlarımızın taleyində oxşarlıq çoxdur. Rusiya Qafqaza özü qoşun yeridib işğal edirdisə, Balkanlarda serbləri, yunanları, bolqarları və başqa xalqları açıq və gizli dəstəkləyir, onları qızışdırır, qiyama təhrik edir, sonra da onlara kömək adıyla özü müdaxiləyə keçirdi. Avropa da, Rusiya da Osmanlı dövlətini məhv etmək üçün var gücü ilə çalışırdı. Ən çox dini faktoru önə çəkir, Osmanlıların müsəlman, Balkan xalqlarının xristian olduğunu xüsusi vurğulayırdı.

Qafqaz, xüsusən də Azərbaycan Rus orduları tərəfindən işğal olunanda, Rusiya hətta Türk olan xristian Qaqauzları da öz tərəfinə çəkərək, onları ata-baba yurdlarından köçürüb Bucak çölünə - indiki Moldova Cümhuriyyətinə, oradan qovulmuş, sürgün edilmiş noqayların yerinə gətirdi.

Aradan yüz illər keçdi. Balkan xalqları da, Qafqazlıların bir qismi də aldadıldıqlarını anladılar. İndi yenə Türkiyə tərəfə üz tuturlar. Bununla isə nə Rusiya razılaşmaq istəyir, nə də dünyanın başqa gücləri.

Amma zaman da öz işini görür. İmperiyalar bir-birinin ardınca çökür. Bu çöküntünün xarabalıqları altında qalmamaq üçün biz Türklər də ayıq olmalı, bir-birimizə yardım etməliyik. Mədəniyyətimizi, dilimizi, tariximizi ortaya qoymalıyıq.

- Doğru söylədiniz. Bir az da canı yakan söylədiniz. Bayaq “Tito Koçaklaması” kitabımı da araya gətirdiniz. O kitab mənim zamanla uyuşan görüntüm idi. Millətçi yazılarıma yol açmaq üçün onları yazdım. O çətin günlərdə mən “Atatürk koçaklaması”, “Bayrağımız” kibi şerlər də yazdım.

Sizləri də ona görə çox sevdim ki, heç şeyə göz yummursunuz. Mənə elə gəlir biz Balkan Türkləri olaraq Azərbaycanlılarla daha doğma, daha səmimiyik. İlk cana yaxın sizlərsiniz. Çabuk dostlaşa bilirik. Üsküp yaxınlığında Türkmən olduqlarını bilən köylər var. Görünür, bir soydan gəldiyimizdən bir-birimizə çox yaxınız. Bu gün sizi bir görməmlə 30 il öncə görmüş gibiyim.

Nusret bəylə Balkandakı Türklərin ədəbiyyatı, bu günkü durumu ilə bağlı xeyli söhbətləşdik. Gənc yazıçı və şairlərdən söhbət döşəndə Nusret bəy onların istedadını yüksək qiymətləndirsə də, gələnəyə (ənənəyə) bağlı olmadıqlarından, çox modern olduqlarından gileyləndi. Son gönədək Nusret bəylə sözümüz-söhbətimiz səmimi və şirin keçdi.



Gəzİntİlər
Konfrans iştirakçılarının Lefkoşaya səyahəti, necə deyərlər, ayaqüstü oldu. Şəhərə yaxınlaşanda özümdən asılı olmayaraq, Mehmet Leventin keçən dəfə gələndə eşitdiyim və nəqəratı elə həmin andaca yaddaşıma hopmuş “Lefkoşa” şerini pıçıldamağa başladım. Ətrafımdakılar mənim şer deməyimə hay-küylə cavab verdilər. Danışanların, söhbətə qoşulanların çoxu Mehmet Leventin yeni şerinə - “Lefkoşa, beni duyuyor musun?”a üstünlük verirdi. Sonra bildim ki, mənimlə bir avtobusda olanlar 1998-ci ilmartın 4-də Doğu Akdeniz Üniversitesi Kıbrıs Araştırmaları Merkezinin keçirdiyi I Uluslararası Kıbrıs və Balkanlar Türk Edebiyyatları Sempozyumunun iştirakçılarıdır. Orada oxunan şerləri də İsmail Bozkurt, Ayşen Dağlı və M.Kansu “Şiir gecesi” adlı bir topluda çap etdiriblər. Toplu da konfrans iştirakçılarına bağışlanıb. Mənim isə vaxtım olmadığından o kitabları gözdən keçirə bilməmişdim. Toplunu tələsik açıb Mehmet Leventin “Lefkoşa, beni duyuyor musun?” şerini oxuyuram:
Bırakıp gitsem seni

kılın bile kıpırdamaz bilirim

benimse gözüm arkada kalır

bir boşluğa yuvarlanır giderim
hasretine en çok on gün dayanırım

on gün sonra basmaz mı bir efkar

deliler gibi canım çeker seni
aşkı sende tattım

çocuk masumluğunda

kar beyazlığında

hep sevda içinde çırpınıp durdu

küçük bir kuş gibi yüreğim

tahta parçalarına şiirler yazıp

kapısının önüne bıraktığım günler

ona hep böyük aşklardan söz ederdim

gizli gizli arzular uyanırdı içimde

utanır söyleyemezdim
Derken

cinselliğe ilk uyanışım

Ömerge mahallesi

7 numaralı ev

balık eti sarışın bir kadın

adı Mariya

omuzlarına dökülen sarı saçları

içimi gıdıklayan kıvrımları

ve şakağında simsiyah beniyle

onu hala unutmadım
sonrası bildiğin gibi

barikatlar, kum torbaları, uykusuz geceler

yasemin ve barut kokusu sinmiş buruk sevdalar

evlilik, çoluk-çocuk, ekmek kavgası

meyhanelerinde çakırkeyif sarhoşluğum

yarım yamalak söylediğimiz şarkılar

olmaz ilaç sine-i sad pareme



çare bulunmaz bilirim yareme”

sırası mıydı şimdi deme

nereden aklıma geldiyse

böyle ayrıntılara takılıp kalmak

ama ayrıntı deyip de geçme

Çünkü ayrıntılar

molekülleridir yaşamın
bırakıp gitsem seni

arkamdan bir kova su bile dökmezsin

yine de dönüp dolaşıp

bir gün sana döneceğimi bilirsin

domuz gibi de bilirsin ya

derdin bana söyletmek

hasretine en çok on gün dayandığım

on gün sonra efkarına düştüğüm

deliler gibi canımın çektiği...

Kıbrısda Lefkoşa dənizdən kənarda, adanın Mərkəzində yerləşdiyindən limanı yoxdur. Burada şəhərlərin əksəriyyəti dəniz sahilindədir.



Gİrneyə Doğru
Lefkoşadan Girneyə yol alırıq, adanın Quzeyi boyu uzanan Karpaz silsiləsinin Beşbarmaq dağlarına Doğru qalxırıq. Dərədəki kiçik bir dəryaça diqqətimi çəkir. Bu, adada Gördüyüm yeganə sututardır. Təxminən, Naxçıvandakı Sirab dəryaçası böyüklükdə olar. Ətrafında kolluqlar, təkəm-seyrək ağaclar var. Sıx meşə örtüyünə rast gəlmirik. Karpaz dağ silsiləsinin Quzey yamacı ormanla örtülubmüş. Bir neçə il öncə baş vermiş yanğın nəticəsində məhv olub. Mütəxəssislərin fikrincə, şam ormanını öncəki görkəminə qaytarmaq üçün azı yüz il vaxt gərəkdir.







Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə