1998-ci ilKomrat Universitetində III Halklararası Qaqauz Kültür Simpoziumunun iştirakçıları. Birici sırada sAğdan ikinci İsmayılBozkurt.
İsmailbəylə, Harid bəylə, Mahmut bəylə Bakıda, Kıbrısda tez-tez görüşmək, əlaqələri genişləndirmək arzusu ilə Kırıkkaledə ayrıldıq. Lakin arzularımızı gerçəkləşdirmək o qədər də asan olmadı. İsmail Bozkurtla bir də üç il sonra Komratda (Moldaviya Respublikasındakı Qaqauz Yeri Muxtar Cümhuriyyətinin Mərkəzində) görüşə bildik. O da 1998-ci ilin 5-7 Kasımında Komratda keçirilən III Halklararası Gagauz Kültür Sempozyumuna “Bir Kıbrıslı Türkün gözünde Gagauzlar” məruzəsiylə qatılmışdı. Moldovada havanın soyuq olacağını Ağlına gətirməyən İsmail Bozkurt yöüngül geyimdə gəlmişdi. Qaldığı hoteldə yaxşı qızdırılmırdı. Soyuqlayacağından ehtiyat edirdik. Qaqauz şairəsi Tudora Arnaut anasının yundan toxuduğu corabları verdi ki, heç olmasa geyib ayaqlarını isitsin. Uşaq kimi utancaqlıqla almaq istəmirdi. Tahir Kutsi Makal və başqa dostlarının təkidindən sonra corabları götürdü.
II Uluslararası Kıbrıs
Araşdırmaları Konqresində
Komratdakı simpoziumdan 20 gün sonra İsmail Bozkurtla yenidən görüşdük. Bu dəfə Kıbrısın Gazimağusa şəhərində II Uluslararası Kıbrıs Araşdırmaları Konqresində. Konqresi Doğu Akdeniz Üniversitesi ilə İsmail Bozkurtun başkan olduğu Kıbrıs Araşdırmalar Mərkəzi hazırlamışdı.
Konqresə dünyanın 20-yə yaxın ölkəsindən 200-dən çox araşdırıcı qatılmışdı. Konqresin qurucuları bizi gecə “Ercan” hava limanından alıb Gazimağusa şəhərinə – Doğu Akdeniz Üniversitesinin yerləşdiyi şəhərə gətirdilər. Qonaqlar müxtəlif hotellərdə yerləşdirilirdi. Azərbaycandan gedənlər – Bakıdakı Asiya Universitetinin rektoru, Prof. Dr. Cəlil Qərib oğlu (NAğıyev), Türkoloq, filologiya elmləri namizədi Tamella Əliyeva, filologiya elmləri namizədi Güllü Yoloğlu və mən “Palm Beach” hotelində yerləşdirildik. Ağ dənizdən doğan Günəşin şəfəqləri məni yuxudan oyatdı. Durub balkondan dənizə xeyli tamaşa etdim. Hotellə balaca çimərliyin solundakı, dənizin içərisinə Doğru uzanan qayalıq mənə tanış gəldi. Aşağı endim. Axşam qaranlığında, yorğunluqdan haraya gəldiyimizə diqqət yetirməmişəm.
Dostları ilə paylaş: |