R. R. Denktaşa bağışlayıram



Yüklə 7,95 Mb.
səhifə16/29
tarix11.02.2020
ölçüsü7,95 Mb.
#102087
1   ...   12   13   14   15   16   17   18   19   ...   29
Heybetli surların dayanamadı savaşa

Nice fetihlere göğus gerdin

Nice kanlar döküldü de uğruna

Altı harfli bir sevdaya yenik düştün Mağusa

Güldüğüm, Ağladığım, sevdiğim şehir

Sen çocukluğumun en güzel oyuncağı

Sen ilk aşkımın sıcak bakışı

Sen alın terim, param, emeğim

Seninle ne sırlar paylaştık

Yanarken ağaçlar Beşparmak’larda

Biz kayıp sevdalarımıza ağladık

Kimseye söyleyemedik Mağusa

Her tüten sabah kahvesinde tadını aldım

Seni,

Yorgun mesai çıkışları

Elektriksiz sokaklarınla sevdim.

Sıradan insanların gözleriyle

Hiç bakmadım sana
Ne olur kızma

Aşıklar yolunu unuttum

Kumralsaçlı bir coçuğun yolunda

Sana yalan söyleyemem

Bir onu sevdim senden fazla
Şimdi kazandığımız zaferler hatrına

Yenik sevda şiirlerimi ne olur hatırlatma

Haydı aç kapını, aç Mağusa

Varmısın sevmek için

Yeniden başlamaya.

Doğu Akdenİz Ünİversİtesİ
Quzey Kıbrısda bir neçə özəl universitet olsa da, bizi konqreyə dəvət edən Doğu Akdeniz Üniversitesi dövlət müəssisəsidir. 1979-cu ildən fəaliyyətə başlayıb, yarandığı ilk gündən burada da təhsil yuxarıda deyildiyi kimi ingiliscədir. Son illər proqramda Türk dilinə və Türk xalqları ədəbiyyatına da yer ayrılıb. 1998-ci ilədək Universiteti 6500 gənc bitirib. Hazırda isə 54 ölkədən 11300 nəfər təhsilini davam etdirir. Professor-müəllim heyəti yalnız Quzey Kıbrıslılardan formalaşdırılmayıb. 31 ölkədən 800-dən çox mütəxəssis dəvət edilib. Bu cür çox millətli, çox dilli, çox dinli və çox mədəniyyətli bir toplumu idarə etmək nə qədər çətindirsə, burada təhsil almaq bir o qədər maraqlıdır. Belə ki, uzaq-uzaq ölkələrə səyahət etmədən oralardan gəlmiş insanlar vasitəsilə bilgi almaq mümkündür. Dərslərdə hamı ingiliscə danışsa da, dəhlizlərdə, kitabxanalarda, çayxanalarda, yemək­xanalarda, yataqxanalarda çeşid-çeşid dillərdə danışılır. Univer­sitetə həsr olunmuş bir kitabçada bu çox dillilik, çox mədə­niyyətlilik barədə belə yazılır: “Fikirlerin özgürce tartışıldığı, bilimsel yaşam heyecanının beraberce paylaşıldığı bu ortam, Eğitimin bütün renklerini yansıtır”.

Doğu Akdeniz Üniversitesi dünyanın bir çox ünlü universitet­ləri ilə yaratdığı ortaq araşdırma projeləri, öğrənci mübadiləsi proqramlarıyla diqqəti çəkir. Universitetin kitabxanası zəngin kitab fondu və müasir texniki avadanlıqları ilə seçilir. Belə ki, kitabxanada 100 minə yaxın kitab, jurnal, sənəd və s. var. Buraya hər ilminə yaxın qəzet, jurnal daxil olur. Fakültələrdə, araşdırma mərkəzlərində qurulmuş bilgisayarların vasitəsilə Mərkəzi kitabxananın fonduna daxil olub istədiyin kitabla tanış ola bilər və istədiyin səhifələrin surətini çıxara bilərsən.

Universitetdəki araşdırma mərkəzləri bir növ bizim elmi-tədqiqat institutlarını xatırlatsa da, fərqli cəhətləri çoxdur. Belə ki, bu araşdırma mərkəzlərində mövzu götürmək, elmi iş yazıb müdafiə etmək və s. mümkün deyil. Universitetdə 14 belə araşdırma Mərkəzi olduğunu söylədilər. Onların da ən fəal və diqqəti çəkəni Kıbrıs Araştırmalar Merkezidir. Avropa Araştırma və İnformasyon Merkezi, Bilgi Texnolojileri Araştırma ve Gelişdirme Merkezi, Deniz Bilimleri Araştırma ve Geliştirme Merkezi, Kadın Araştırmaları Merkezi və başqaları gördükləri işlərlə diqqəti çəkir.

Universitetlərdə fakültələr də bizdə olduğundan fərqlidir. Belə ki, tibb, hüquq fakültələrinin hər birinin yalnız bir bölümü olduğu halda, mühəndislik fakültəsinin 6, işlətmə və ekonomi fakültəsinin 5, fənn və ədəbiyyat fakültəsinin 8 bölümü vardır. Kimya, fizika, matematik və bilgisayar öğrətmənliyi, uyqulamalı matematik və bilgisayar bilimləri, arxeoloji və sənət tarixi bölümləri, fənn və ədəbiyyat fakültəsinin tərkibindədir. Memarlıq fakültəsinin iki — memarlıq və iç memarlıq bölümləri var. İnşaat mühəndisliyi bölümü isə, bizdəki kimi memarlıq fakültəsinə deyil, mühəndislik fakültəsinə daxildir. İlətişim fakültəsinin üç bölümü — radio-TV-sinema, qəzetəçilik, xalqla ilişkilər və reklamçılık bölümləri var.



Doğu Akdeniz Üniversitesinin yeddi fakültəsindən əlavə iki yüksək okulu da var. Turizm ve hotelçilik, bilgisayar ve texnoloji yüksək okullarında yeddi bölüm fəaliyyət göstərir.



Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin