N.Kamalın sürgündə yaşadığı ev.
Lala Mustafa Paşa camisinin qarşısındakı parkın girəcəyində solda yerləşən
bu ev indi Namik Kamal zindanı adlı
muzeyə çevrilib. Şair 1873–1876-cı illərdə sürgündə olarkən bu kiçik evdə
yaşamışdır.
Ümumiyyətlə, Gazimağusalılar N.Kamalın orada yaşaması ilə qürur duyurlar desəm, yəqin yanılmaram. Onun adı ilə bağlı şəhərdə çox yerlər var. Ən diqqəti çəkən isə şəhərin ən böyük, ən yaraşıqlı parkının N.Kamal adını daşımasıdır. Şəhərin ən qədim və möhtəşəm camesi Lala Mustafa Paşa camesinin qarşısında büstü ucaldılıb. Gazimağusa limanına bitişik əski qalanın böyük bir bürcünü bizə göstərdilər. Yunan əsgərləri şəhərin hər yerini tutanda Türklərin bir qismi bu bürcdə yerləşərək orta əsr silahları və məişətdə işlədilən alətlərlə, bellə, külünglə, yabayla, baltayla bir həftə bürcü qorumuş, Türk əsgərləri gələnədək döyüşmüşlər.
Balkan konusunda dartışma
Azərbaycanda Yuqoslaviya Türklərindən yalnız Necati Zekeriyyenin geniş təbliğ olunmasına baxmayaraq, bizim Nusret Dişo Ülkü haqqında da müəyyən bilgimiz vardı. Sovetlər Birliyi çökməyə başlayandan sonra gömrükdə senzor nəzarəti zəiflədi. Gediş-gəliş artdıqca, jurnal-qəzet gətirənlərin sayı da çoxaldı. Artıq onunla görüşəndə, 1937-ci ildə Kosovanın Prizren şəhərində Doğulduğunu, orta məktəbi bitirdikdən sonra müəllimlik etdiyini, sonra isə, 1969-cu ildən Priştinada (Kosovo Muxtar Ölkəsinin Mərkəzi) Türkcə nəşrə başlayan “Tan” qəzetinin yaradıcılarından olduğunu və bir müddət qəzetin mədəniyyət səhifəsinə rəhbərlik etdiyini bilirdim. Sonralar Makedoniyanın paytaxtı Üsküpə (Skopye) köçən şair “Sevinc” və “Tumurcuq” dərgilərinin aparıcı yazarlarından olub, yenilikçiliyi ilə seçilib.
N.D.Ülkü 1963-cü ildə “Çocuklarla Ağaclar”, 1965-ci ildə “Çocukların elleri”, “Diyeceklerim”, 1974-cü ildə “Özgen”, “Ozanılar kilisesi”, 1976-cı ildə “Kara İsmet” (1981-ci ildə bu kitab təkrar nəşr olunub), 1981-ci ildə “Dereden-tepeden”, “Tito Koçaklaması”, 1983-cü ildə “Deniz ve ben”, 1985-ci ildə “Tö-tö-tö” və başqa kitablarını, eləcə də beşdən artıq tərcümə kitabını çap etdirir.
Dostları ilə paylaş: |