R. R. Denktaşa bağışlayıram


Rauf Denktaşın gözü ilə Girne limanı



Yüklə 7,95 Mb.
səhifə7/29
tarix11.02.2020
ölçüsü7,95 Mb.
#102087
1   2   3   4   5   6   7   8   9   10   ...   29
Rauf Denktaşın gözü ilə Girne limanı.
1963-64-cü illərdə Rum Milli Muhafız Komutanlığı yapmış olan general George Karayanıs bir yunan qəzetinə verdiyi müsahibədə demişdi: “Türkler Anayasa değişikliğine karşı çıktıkları zaman Makarios planı (AKRİTAS) uygulamaya başladı ve Aralık 1963’te saldırılar başladı”.

Makariosun “The London Times” qəzetindəki (1964-cü il, 1 yanvar) müsahibəsində London və Surix(Zurix) anlaşmalarının artıq keçərli olmadığı vurğulanırdı.

Beləliklə, adada iki xalqın ortaqlığı ilə yaranmış hökumətin fəaliyyəti iflic oldu. Yunanıstan gizlicə adaya tankı, topu, tüfəngi ilə birlikdə 20 min əsgər çıxardı. Bu hərbi hissələr də Türklər yaşayan bölgələrə hücuma keçdilər. Adadakı Türklərin və Türkiyə Dövlətinin çoxsaylı müraciətindən sonra BMT Təhlükəsizlik Şurası 1964-cü il martın 4-də 186 saylı qərarı ilə adaya müxtəlif dövlətlərin əsgərlərindən ibarət Barış Qüvvələri göndərmə­yi qərara aldı. Lakin Barış Qüvvələri də Türklərə qarşı törədilən haqsızlığın, qırğınların, dağıntıların qarşısını almadı. 1963–74-cü illərdə Türklər adanın yüzdə üçünə sıxışdırılmışdı. Bütün təqib və təzyiqlərə, qırğınlara baxmayaraq adanı tərk etməmişdilər.

Yunanıstanın “qara polkovniklər”i buna son qoymaq, adanı Türklərdən tamam təmizləmək üçün Nikos Samsonun başçılığı ilə adaya hərbçilər göndərdilər. Onlar da hərbi çevriliş edib hakimiyyəti tam ələ aldılar. Və adanı Türklərdən təmizləməyə, rumlaşdırmağa başladılar. Makarios xaricə qaçdı.

Lakin Türkiyənin işə qarışması, Türk əsgərinin şücaəti onların arzusunu gözündə qoydu. N.Samson adadan qaçmaq zorunda qaldı. Adadakı Türklər özlərinin müstəqil dövlətlərini — Quzey Kıbrıs Türk Cümhuriyyətini qurdular. Həmin vaxtdan 16 il keçməsinə baxmayaraq, soydaşlarımızın qurduğu dövlətlə heç bir əlaqəmiz yox idi.

Kıbrısı tanıma cəhdİ
Azərbaycanda hakimiyyətə demokratik Qüvvələrin gəlməsi, QKTC-ni tanımağa şərait yaratmışdı. Qarşıya çıxa biləcək suallara aydın və geniş cavab hazırlamaq, ictimai fikri formalaşdırmaq üçün AXC (Azərbaycan Xalq Cəbhəsi) sədri özünün ideoloji işlər üzrə müavini Arif Rəhimoğlunu və məni qeyri-rəsmi oraya göndərmişdi.

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuduğu illərdən gizli dərnəyə üzv olan Arif Rəhimoğlu Universiteti bitirib Naxçıvana dönəndə də fəaliyyətini davam etdirmişdi. 1988-ci ildə isə Naxçıvanda Xalq Cəbhəsinin qeydə alınması təklifi ilə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinə müraciət edən qrupun tərkibində olmuş, 1991-ci ildə AXC Naxçıvan Vilayət Təşkilatının əlaqələndiricisi seçilmişdir.

Kıbrısda qaldığımız hoteldən dəniz sahili ilə Girne qalasına Doğru irəliləyirik. Sahilboyu çətirlərin altında qoyulmuş onlarla stol və stul diqqətimizi cəlb edir. Bitişik görünən bu stollar əslin­də ayrı-ayrı kafelərin, restoranlarındır. Onları stol və stulların for­ması, çətirlərin və qab-qacağın üzərindəki yazı fərqləndirir. Müş­tə­rinin əyləşib-əyləşmədiyindən asılı olmaya­raq, şər qarışan kimi hər stolun üstündəki bəzəkli şüşə qabdakı şamı yandırırlar. Onla­rın işığı dənizə düşdüyündən parlaqlıq birə on artırdı. Alatoranda haranın dəniz, haranın sahil olduğu ilk baxışda seçilmirdi.

Bu romantik mənzərə bizi də özünə çəkir. Əyləşib qəhvə içə-içə söhbət edirik. Buradakı səliqə-sahman, xidmət mədəniyyəti ruhumuzu oxşayır.

Gecəni daş kimi yatıb sübh tezdən yuxudan oyanırıq. Səhər yeməyindən sonra soyqırıma məruz qalmış Türklərin məzarlarını ziyarətə yollanırıq.
Kıbrısı Qarabağa bənzətdİm
Əslinə qalsa, adanın az qala hər guşəsində öldürülmüş dinc əhalinin toplu məzarlıqları, eləcə də bu yerlər uğrunda döyüşən insanların qəbirləri var. Rumlar yaşayan ərazidəki Türk qəbiristanlıqları və tək-tək şəhid qəbirləri haqqında yerli sakinlərin də dəqiq bilgisi yoxdur. Oraya gedib-gəlmək mümkün deyil. Abidə ucaltmaqdan isə danışmağa dəyməz. Buradakı məzarların sayı heç də ölkənin güney bölgəsindəkindən az deyil. 1963-74-cü illər arasında rumların 103 Türk kəndini dağıtdıqlarını, minlərlə dinc sakini öldürdüklərini, yüzlərlə qadını zorladıqlarını söyləyirlər.

Biz isə yalnız Türklər yaşayan bölgədəki bir neçə toplu məzarlığı - Muratağa, Sandallar, Atlılar kəndlərindəkiləri ziyarət edə bildik. Məzarlıqlar B.Britaniya adaya müstəqillik verdikdən sonra müstəmləkəçilərin səpdiyi fitnə-fəsad toxumundan xəbər verir. Milli ədavət qızışdırılaraq elə bir vəziyyətə gətirilib ki, Azadlıqla qırğın-qiyamət eyni vaxta düşüb. Osmanlıların 307 illik hakimiyyəti illərində adada soyqırımı, milli ədavət, dini ayrı-seçkilik olduğu faktına rast gəlinmir. 1958-ci il Temmuzun (iyulun) 13-də rumlar Sərdarlı kəndinə gedən avtobusu yandırıblar. Avtobusdakıların əksəriyyəti müxtəlif dərəcədə xəsarət alıb. Hasan Süleyman, Arif Hasan, Hüseyin Hasan isə ölüb. Onların da qəbirləri Atlılar kəndinin yaxınlığındakı 1974-cü ildə salınmış toplu məzarlıqdadır. Bu yerləri ürək ağrısız gəzmək olmur. Vəhşi heyvanlar belə bəzən öz cinslərindən olmayanların balalarına dəymədiyi, onları bəslədiyi, böyütdüyü halda, insan cinsindən sayılanlar “uf” demədən körpələri belə öldürüblər. Toplu məzarlıqda 16 günlük Seldin Ali Faik, 15 aylıq Betin Hüseyin, 18 aylıq Kağan Kamil Mericlə yanaşı, 65 yaşlı Rehime Camalın da qəbri var. Bir ailədən 15 nəfər öldürülüb. Fatma Kamil Mericin məzarı yanında Kamil Meric soyadlı 6 yaşlı Vedinin, 4 yaşlı Yoncanın, 3 yaşlı Ozanıın, 2 yaşlı Hakanın məzarları sıralanıb. Onların hamısı 1974-cü ilin avqustunda bir göndə öldürülüblər.



1974-cü ilin iyulunda Türklər yaşayan kəndlərin əli silah tuta bilən kişilərini tutub əsir düşərgələrinə salıblarmış. Avqustda Tür­kiyənin köməyə gəldiyini, adaya qoşun çıxardığını görən EOKA-çılar kəndlərdə müdafiəsiz qalan arvad-uşağı, qocanı əlsiz-



Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin