R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə27/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   23   24   25   26   27   28   29   30   ...   92
Hürrİyet çor kazanılan,

kolay kayb edİlendİr
Allah ömür versin Rauf Denktaşa,

O, her kesle tek-tek çıkıyor başa,

Zafer inananın - denmesin boşa,

Diyor ki, sırtımı hakka dayarım,

Göz dikenin gözlerini oyarım.

Ozan Arif
Görünür, buna görə də Rauf Denktaş bizimlə görüşündə bağımsızlığı qorumaq üçün lazım gələndə güc tətbiq etməyin vacibliyini eyhamla da olsa vurğuladı. Həmin görüşdə dikta­fonuma Rauf bəyin səsi yazılıb. Onu hərdən-hərdən dinləyirəm. Belə deyir:

- Gələ bildiyiniz üçün məmnun olduq. Az qalırsınız, erkən gedirsiniz. Azərbaycan olaylarını təqib ediyoruz. Hürriyyətə qo­vuş­du­ğunuz üçün sevindik. Hürriyyətdən həmən sonra qovğaların başlanması, saldırıların başlanması bizi üzmüşdür. Öhdəsindən gə­ləcəksiniz. Səbrlə dayanmaq lazım. Hürriyyət, bağımsızlıq qaza­nıl­dıqdan sonra mücadilə bitməz. Bir də onu qorumaq üçün mücadiləni davam etdirmək lazım. Türkiyə bağımsızlığını 70 yıldır imperialist güclərə qarşı verdiyi mücadilə ilə qazandı və 70 yıldır bağımsızlığını param-parça etmək üçün uğraşırlar. Türkiyənin bağımsızlığını ortadan qaldırmaq üçün mücadilə davam edir. Amma Türk xalqı və Türk milləti buna sahib çıxmışdır.

Siz də bağımsızlıq üçün səbr etdiniz, mücadilə etdiniz. Bağımsızlığınızı qazandığınız gündən etibarən, Türk dünyasının birləşməsini önləmək üçün, yeni Cümhuriyyətləri parçalamaq üçün mücadilə başlatdılar. Bizi tanımamaq üçün bütün dünya birləşdi. Rumu yenidən bura hakim qılmaq üçün təkyanlı qərarlarla bir uğraş verildi. Bunun çarəsi dik durmaqdı, tuzaqları görməkdi. O tuzaqlara düşməməkdi, girməməkdi. Türk dünyasının birliyini, Bozkurtlığını qorumaqdı. Bu, təbii yetişilmə ilə olur, təmaslarla olur. Biz bunlara açığız, varız, həmişə hazırız.

Qardaşlara salam söyləyin. Heç bir zaman ümidsizliyə düşməsinlər. Hürriyet zor kazanılan, kolay kayb edilendir. Ümidsizliyə düşməmək lazım. Ümidsizliyə düşülərsə, kayb edilər. Sizlər güclü insanlarsınız. Güclü bir lideriniz vardır. Onunçün bu mücadilədə başara biləcəksiniz.

Bizdə nələr yapıla bilər, ticari açıdan, ekonomi açısından, kültürəl açıdan? Biz sizlərə nə verə biliriz, sizdən nə ala biliriz? Bunları iyi dəyərləndirəlim. Ahmet Gazioğlu arkadaşımız ora üçün uzman olmzğa başlamışdır. Burada bir arkadaşımız vardır, canla-başla uğraşır. Bir-birimizə dəstək olalım.

Amerikalılar dünyaya təkid etməsəydilər, şimdi dünyaca tanınmış ikinci Türk dövləti olardıq. Bunu bizə çox gördülər. Şimdi biz iyi niyyətlə “Rumlularla bir ortaqlıq Cümhuriyyəti yapa bilirizmi?” deyə kaç ildir dənəmə yapırıq. Amma rum tərəfi bütün dünyanı yanında gördüyünə görə, bu yola gəlməməkdədir. Bizi cəzalandırmaq üçün, bizi qurtardığına görə, Türkiyəni cəçalandırmaq üçün əlindən gələn hər şeyi yapmaqdadır. Bizim də Zorluqlarımız var. Amma əyilmirik. Çünki haqlı davada er-geç qazanıldığına inanırıq.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin