II Uluslararası Kıbrıs
Araşdırmaları Konqresində
Komratdakı simpoziumdan 20 gün sonra İsmail Bozkurtla yenidən görüşdük. Bu dəfə Kıbrısın Gazimağusa şəhərində II Uluslararası Kıbrıs Araşdırmaları Konqresində. Konqresi Doğu Akdeniz Üniversitesi ilə İsmail Bozkurtun başkan olduğu Kıbrıs Araşdırmalar Mərkəzi hazırlamışdı.
Konqresə dünyanın 20-yə yaxın ölkəsindən 200-dən çox araşdırıcı qatılmışdı. Konqresin qurucuları bizi gecə “Ercan” hava limanından alıb Gazimağusa şəhərinə – Doğu Akdeniz Üniversitesinin yerləşdiyi şəhərə gətirdilər. Qonaqlar müxtəlif hotellərdə yerləşdirilirdi. Azərbaycandan gedənlər – Bakıdakı Asiya Universitetinin rektoru, Prof. Dr. Cəlil Qərib oğlu (NAğıyev), Türkoloq, filologiya elmləri namizədi Tamella Əliyeva, filologiya elmləri namizədi Güllü Yoloğlu və mən “Palm Beach” hotelində yerləşdirildik. Ağ dənizdən doğan Günəşin şəfəqləri məni yuxudan oyatdı. Durub balkondan dənizə xeyli tamaşa etdim. Hotellə balaca çimərliyin solundakı, dənizin içərisinə Doğru uzanan qayalıq mənə tanış gəldi. Aşağı endim. Axşam qaranlığında, yorğunluqdan haraya gəldiyimizə diqqət yetirməmişəm.
“Palm Beach” otelinin eyvanında bir axşam söhbət – soldan:
Dostları ilə paylaş: |