DAĞ yaxınlığında Otello qalası.
Doğu Akdeniz Üniversitesi’nde öğrenim gören gencler ve bu üniversiteden mezun olan değerli mezunlar, bu üniversiteye mensup olmaktan gurur duymalı. Burada gerçekten Doğu Akdeniz’in en güzel, en böyük ve en itibarlı Eğitim kültür merkezlerinden birisi olan ilim ve irfan yuvası meydana gelmişdir. Daha şimdiden, dünyada itibar sahibi olan DAÜ’nün önümüzdeki yıllarda çok daha gelişeceğine ve itibarını sürdüreceğine inanıyorum.”
Universitet radiosunun yayınlarını yalnız universitet şəhərciyində olanlar deyil, ətraf bölgələrin sakinləri də maraqla dinləyirlər.
Universitetdə təhsil pulludur. Hər tələbə ildə 3350 ABŞ dolları ödəməlidir. Bundan əlavə, Bəzi fondlar və s. üçün də az miqdarda pul alınır. Bütün xərclər üst-üstə 3500 dolları keçmir. Tələbələri yaxşı oxumağa həvəsləndirmək üçün təqaüdlər (burslar) ayrılıb. Məsələn, “DAÜ-1. Teşvik Bürosu” adlandırılan təqaüdə sahib olan tələbə təhsil xərcindən tam azad olmaqla yanaşı, iki nəfərlik yataqxanadan da pulsuz istifadə edir. Bundan əlavə ona ilin on ayında ayda 200 dollar xərclik verilir. Dərs kitablarını pulsuz alır. İldə iki dəfə Kıbrıs-Türkiyə təyyarə reyslərinə gediş-gəliş bileti alır.
“DAÜ-2. Teşvik Bursu”nu alan tələbə isə kitab və təyyarə biletindən başqa birinci teşvik bursunun hüquqlarından tam istifadə edir.
Bundan əlavə, universitetin “Başarı Bursu”, “Yüksek Şeref Bursu”, “Başarılı Sporcu Bursu” adlı təqaüdləri də vardır. Tələbələr üçün 3-ü şəhərdə, 9-u isə universitet şəhərciyində olan 12 yataqxana tikilib. İsti-soyuq suyu, hər cür şəraiti olan bu yataqxanalarda aylıq kirayə 40 dollardan 180 dollaradəkdir. Bu yataqxanalarda 2000 tələbənin yaşaması üçün gözəl şərait var. Bundan əlavə, universitet tələbələrə şəhərdə mənzil tutmağa da yardım edir. Belə mənzillərin kirayə haqqı adətən 200-250 dollar olur.
Yataqxanalarda tələbələrin öz otaqlarında xörək bişirmələrinə, çay qaynatmalarına və s. icazə verilmir. Hər korpusda yeməkxana-çayxana və s. var. Buradakı qiymətlər şəhərdəki eyni tipli müəssisələrdən çox ucuzdur.
Universitet şəhərciyindən Gazimağusanın müxtəlif guşələrinə gedənlər universitetin avtobuslarının xidmətindən pulsuz istifadə edirlər. Bələdiyyənin və özəlsektorun avtobuslarından istifadə isə pulludur.
Hava mülayim olduğundan tələbələrin yoxsul-varlılığı o qədər hiss edilmir. Yəni qalın və isti geyimlərə, xəz paltarlara, isti çəkmələrə ehtiyac duyulmur. Bu yerlərdə təbiət tələbələri belə qiymətli paltarlara pul xərcləməkdən azad edib.
Burada olarkən eşitdiyimiz bir fakt da bizi sevindirdi. Universitetin himnini Azərbaycanlı bəstəçi Faiq Söcəddinov yazıb. O, üç ilə yaxındır Universitetedə bölüm başkanıdır.
Dostları ilə paylaş: |