R. R. Denktaşa bağışlayıram


Denktaşın Dağlıq Qarabağla



Yüklə 6,07 Mb.
səhifə50/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   46   47   48   49   50   51   52   53   ...   92
Denktaşın Dağlıq Qarabağla

İlgİlənİşİ
Prezident nitqini başa çatdırandan sonra qonaqların bir qrupu ilə görüşdü. Biz də bu görüşdə Leyla Əlizadənin Azərbaycan miniatürləri üslubunda taxta üzərində hazırladığı “Siyasi xadim Denktaş” portretini, Azərbaycan radiosunda Rauf Denktaşa həsr etdiyim verilişin lent yazısını və Azərbaycanın inzibati ərazi xəritəsini QKTC Prezidentinə bağışladıq. O xəritəni açaraq: “Dağlık Karabağ nerede?” - xəbər aldı və xəritədə oranı gərməmizi, durumu haqqında qısa bilgi verməmizi istədi. Bu istək bizim üçün göydəndüşmə oldu. Dünyanın müxtəlif bölgələrindən gəlmiş araşdırıcılar qarşısında Qarabağ məsələsini bəhanə edib Rusiyanın Qafqazdakı işğalçı siyasətinin tarixindən söhbət açdıq.

Konfrans iştirakçılarının Quzey Kıbrısı tanımaları üçün də gözəl şərait yaradılmışdı. Öncə bir tərəfi körfəzlə əhatə olunmuş Gazimağusanın qala hissəsini gəzdik. Orta yüzillikdə qala tikiləndə divarı boyunca geniş xəndək qazıblarmış. Məqsəd buraya dənizdən su buraxmaqla qalanın müdafiəsini möhkəm­lətmək imiş. Bu ideya baş tutmasa da, qala divarını çevrələyən geniş, dərin xəndək və qala divarları günümüçədək gəlib çıxmışdır.

Gazimağusa (Famakusta) limanı bəlkə də Ağ dənizin ən sakit limanıdır. Körfəzdəki Meymun adası və Böyük ada sanki dal­ğaqıran rolunu oynayır, limanı ən güclü dalğalardan belə qoruya bilir. Quzey Kıbrısın ən gözəltarixi binaları Gazimağusadadır. Uca və yaraşıqlı kilsələr də, əzəmətli məscidlər də, qədim ticarət meydanları, bizim İçəri Şəhəri xatırladan dar küçələri turistləri özünə cəlb edir.





Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin