Lala Mustafa Paşa camisinin qarşısındakı parkın girəcəyində solda yerləşən
bu ev indi Namik Kamal zindanı adlı
muzeyə çevrilib. Şair 1873–1876-cı illərdə sürgündə olarkən bu kiçik evdə
yaşamışdır. Ümumiyyətlə, Gazimağusalılar N.Kamalın orada yaşaması ilə qürur duyurlar desəm, yəqin yanılmaram. Onun adı ilə bağlı şəhərdə çox yerlər var. Ən diqqəti çəkən isə şəhərin ən böyük, ən yaraşıqlı parkının N.Kamal adını daşımasıdır. Şəhərin ən qədim və möhtəşəm camesi Lala Mustafa Paşa camesinin qarşısında büstü ucaldılıb. Gazimağusa limanına bitişik əski qalanın böyük bir bürcünü bizə göstərdilər. Yunan əsgərləri şəhərin hər yerini tutanda Türklərin bir qismi bu bürcdə yerləşərək orta əsr silahları və məişətdə işlədilən alətlərlə, bellə, külünglə, yabayla, baltayla bir həftə bürcü qorumuş, Türk əsgərləri gələnədək döyüşmüşlər.