R. R. Denktaşa bağışlayıram


Soldan: Ə.Şamil, Makedoniyalı şair N.D.Ülkü



Yüklə 6,07 Mb.
səhifə54/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   50   51   52   53   54   55   56   57   ...   92
Soldan: Ə.Şamil, Makedoniyalı şair N.D.Ülkü

və Bolqarıstanlı araşdırıcı-qəzetəçi İsmailÇavuşev.

N.D.Ülkünün əsas mövzusu uşaq ədəbiyyatı olsa da, onun qələminin məhsulu olan ictimai-siyasi məzmunlu məqalələr, milli ruhlu şerlər oxucuların yaddaşında dərin iz buraxıb.

Nusret bəylə bir axşam yeməyi vaxtı tanış olduq. Bir süfrədə əyləşmişdik. Adını, soyadını bildirən lövhəni yaxasına taxma­dığından kim olduğunu, haradan gəldiyini də bilmirdim. Mənim yaxamdakı yazıdan Azərbaycanlı olduğumu biləndə, Bakıdan, Azərbaycan şairlərindən, onlardan etdiyi tərcümələrdən söz saldı, çalışdığı dərginin Bakıdakı “Göyərçin” dərgisi ilə əlaqəsindən söhbət açdı. Söhbətindən Yuqoslaviya Türklərindən olduğunu öyrənə bilsəm də, qısa cavablarla kifayətlənib, onun kimliyini bir az ətraflı müəyyənləşdirməyə çalışırdım.

Şair təbiətindən irəli gələn coşğunluğundan, bir az da içdiyi rakının təsirindən ilhamla danışırdı. Azərbaycan iqtidarının apardığı islahatlardan, onun millətçiliyindən, demokratikliyindən danışdıqca ürəyimdən “Hacdan gələn mən, xəbər verən sən” məsəlini ucadan söyləmək keçirdi. Yadıma zindanlarda çürüyən, vətəndən didərgin salınan, vətəndə qalıb da minbir sıxıntı və basqı altında yaşayan milli Azadlıq hərəkatı fəalları düşürdü. Susa bilməyəcəkdim. Süfrə arxasında da qanqaraldıcı söhbətə yol vermək istəmirdim. Düşündüm ki, yəqin keçmişin nostalgiyası ilə yaşayan Yuqoslaviya kommunistlərindəndir. Sakitcə yeməyi yarıda qoyub getdim. Özlüyümdə sabah sakit bir vaxtda söhbəti davam etdirməyi qərara aldım.

Nə qədər sakit getsəm də, süfrə yoldaşlarım narazılığımı hiss ediblərmiş. Səhər N.D.Ülkü məni görəndə ərklə gəlib görüşdü. Bu dəfə yaxasında yazılmasına baxmayaraq adını, soyadını söylədi və bərkdən: Kapital dünyası qəzetəçilərinin “Kom­mu­nizm dinozavrı” adlandırdığı insanın dəyişib demokratik­ləş­diyinə inanmağım nə tez qəlbinə dəydi. Siz gedəndən sonra süfrə başında xeyli müzakirə etdik. Görünür, son illərdə oxuduqlarımız qısa müddətli olsa da, bizlərin də düşüncələrində bir dəyişiklik yaradıb - dedi. Mən də eyni ton, eyni səmimiyyətlə: Ülkü, takma adı ilə tanınan şairin “Kommunizm dinozavrı”nın belə tez dəyişə biləcəyinə inanmasına üzüldüm, - dedim.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin