Gəzİntİlər Konfrans iştirakçılarının Lefkoşaya səyahəti, necə deyərlər, ayaqüstü oldu. Şəhərə yaxınlaşanda özümdən asılı olmayaraq, Mehmet Leventin keçən dəfə gələndə eşitdiyim və nəqəratı elə həmin andaca yaddaşıma hopmuş “Lefkoşa” şerini pıçıldamağa başladım. Ətrafımdakılar mənim şer deməyimə hay-küylə cavab verdilər. Danışanların, söhbətə qoşulanların çoxu Mehmet Leventin yeni şerinə - “Lefkoşa, beni duyuyor musun?”a üstünlük verirdi. Sonra bildim ki, mənimlə bir avtobusda olanlar 1998-ci ilmartın 4-də Doğu Akdeniz Üniversitesi Kıbrıs Araştırmaları Merkezinin keçirdiyi I Uluslararası Kıbrıs və Balkanlar Türk Edebiyyatları Sempozyumunun iştirakçılarıdır. Orada oxunan şerləri də İsmail Bozkurt, Ayşen Dağlı və M.Kansu “Şiir gecesi” adlı bir topluda çap etdiriblər. Toplu da konfrans iştirakçılarına bağışlanıb. Mənim isə vaxtım olmadığından o kitabları gözdən keçirə bilməmişdim. Toplunu tələsik açıb Mehmet Leventin “Lefkoşa, beni duyuyor musun?” şerini oxuyuram:
Bırakıp gitsem seni
kılın bile kıpırdamaz bilirim
benimse gözüm arkada kalır
bir boşluğa yuvarlanır giderim hasretine en çok on gün dayanırım