R. R. Denktaşa bağışlayıram


- Ahmet C.Gazioğluna şükranla —



Yüklə 6,07 Mb.
səhifə62/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   58   59   60   61   62   63   64   65   ...   92
- Ahmet C.Gazioğluna şükranla —
Kuş olduk, konduk adaya, ulaştık şükür

Beyaz şarap, limon çiçeği, Akdeniz, bir de Harid Usta,

Girne’de bu gece, bir daha, bir daha anladım ben,

Dört mevsim yeniden doğmak mümkün Kıbrıs’ta.
1990, Girne, KKTC.

Amma bizim yanımızda nə Harid Usta var, nə A.Gazioğlu, nə Mahmut İslamoğlu, nə də Əhməd Günəş Bəydilli. Kıbrısa çox-çox uzaqlardan gəlib burada görüşən dostlar-tanışlarla birlikdə sahildə əyləşib qəhvə içə-içə dərdləşirik.

Girne ətrafındakı limon, portağal, naringi bağlarında meyvələr sap-sarı saralıb adama gəl-gəl deyir. Mənim diqqətimi keçibuynuzu adlı qəribə bir ağac özünə çəkir. Həvəslə ağacdan bir neçə keçibuynuzu üzürəm. Bunlar bizdəki akasiya Ağaclarının meyvələrini xatırladır. Akasiyanın meyvəsindən fərqli olaraq, keçibuynuzunun meyvələri ləzzətlə yeyilir. Görünür, bir az bərk, qaramtıl olan bu meyvələr keçinin buynuzuna oxşadığına görə ona bu adı veriblər. Keçibuynuzu meyvəsinin içərisindəki dənələr olduqca möhkəm, həm də zəhərlidir. Onu yemək həyat üçün təhlükəlidir. Buna baxmayaraq, bu möhkəm və acı dənələrdən istifadə edilir. Bağırsaqlardakı parazitlərdən qurtul­maq üçün insanlar az miqdarda bu dənələrdən yeyir, eyni məqsədlə heyvanlara da yedirirlər.

Bellorais monastrının həyətindəki restoranda şam edirik. Monastrın həyətindəki Huzur ağacı, eləcə də müqəddəs bulaq və s. haqqında bilgi verirlər. Öyrənirik ki, Bellorais monastrı adada fəaliyyətini dayandıran son monastırdır. İndi istirahət, əyləncə Mərkəzinə çevrilib. Hər il minlərlə turist olur burada. Gecənin qaranlığında Karpaz dağ silsiləsini aşıb Lefkoşanın işıqlarını seyr edə-edə Gazimağusaya qayıdırıq.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin