R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə63/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   59   60   61   62   63   64   65   66   ...   92
Son toplantı
Kasımın 27-də Doğu Akdeniz Üniversitesində son oturum oldu. Bütün bölmələrdəki məruzələr dəyərləndirilir. Kıbrıs Araştırmalar Merkezinin başkanı İsmail Bozkurt hesabat verir. 156 məruzənin dinlənilməsi planlaşdırılıbmış. Müxtəlif səbəb­lərdən Bəzi məruzəçilər iştirak edə bilməyiblər. Öncədən nəzərdə tutulmamış qonaqlar da olub. Beləliklə 38 oturumda 156 məruzə dinlənilib. Bozkurt ayrı-ayrı bölmələrdə oxunmuş məruzələrin sayı və keyfiyyəti haqqında bilgi verərək qeyd etdi ki, məruzələrin ümumi həcmi 1600 səhifəyə yaxındır. Onların 4 kitab şəklində çap olunması planlaşdırılıb. Yekun toplantısında QKTC cumhurbaşkanının, Məclis başkanının, Türkiyə Cümhuriyyətinin Lefkoşa böyük elçisinin və başqalarının konfransa təbrikləri oxundu. Bütöv Azərbaycan Birliyinin və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin təbrikinin alqışlarla qarşılanması xoş bir əhval-ruhiyyə yaratdı. Düşündüm ki, kaş Azərbaycanın iqtidar nümayəndələri də konfransa təbrik məktub­ları göndərəydilər. Yekun toplantısında Türkiyədən Dr. Mehmet Önder, Azərbaycandakı Asiya Universiteninin rektoru, Prof. Dr. Cəlil Qərib oğlu, Qaqauz Yerindən Komrat Dövlət Univer­sitetinin rektoru Stephan Varban, Kanadadan Prof. Dr. Mehmet Özay, Rumıniyadan Carolina İlicu, Hindistandan Prof. Dr. Arshi Khan, İngiltərədən tarixçi, yazar Prof. Dr. Salahi Sonyelvə b. Qaqauzlar demişkən pay aldılar.

Bu böyük toplantının əsas ağırlığını çəkən İsmail Bozkurtun çevikliyi və təşkilatçılığı məni heyrətləndirdi. İsmail bəylə 6 ay sonra Bakıda görüşdük. Ali Diplomatiya Kollecinin Doğu Akdeniz Üniversitesi ilə birlikdə “Şimali Kipr - Tarix və Müasirlik” mövzusunda 1999-cu ilin 21-24 mayında keçirdiyi Beynəlxalq Elmi-Praktik Konfransda məruzə oxumağa gəlmişdi. Onun oxuduğu “Kıbrısda Türk mədəniyyətinin inkişafı” məruzəsi maraqla qarşılandı. Proqramının sıx olmasına baxmayaraq iş yerimə – Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyinə gəldi. Hazırladığımız kitablarla tanış oldu. Birlikdə İçəri Şəhəri gəzdik. Miniatür Sərgi Salonunda milli geyim eskizlərinə həsr olunmuş sərginin açılışında iştirak etdik. Azərbaycandan çox duyğulu döndüyünü söylədi.

Həmişə olduğu kimi, yenə də mən Kıbrısdan macərasız dönə bilmədim. II Uluslararası Kıbrıs Araştırmaları Konqresindən qayıdarkən Türkiyədəki Bəzi işlərimi də sahmana salmağı qərara almışdım. Tərslikdən Türkiyədən Gazimağusaya həftədə bir dəfə – cümə günü gəmi işləyirdi. Ona da mən çata bilmədim. Girnedən Taşucuna isə hər gün gəmi işləyirdi (Adadan İstanbul, Ankara, Adana, Antalya şəhərlərinə təyyarələr uçur. Xidmət mədəniyyəti də olduqca yüksək səviyyədədir. 30-35 dəqiqə çəkən bu yolçuluqda təyyarədə yemək də verirlər. Bizim Hava Yollarında isə bu məsafədə yemək nədir, çox vaxt su verməyi belə unudurlar. Adadan təyyarə ilə uçmaq nə qədər gözəl və ürək açan olsa da, cibimə uyğun olmadığına görə gəmi ilə getməyi qərara almışdım).

Səhər tezdən Gazimağusa-Girne avtobusuyla yola düşdüm. Girne limanı qapısında avtobusdan endim. Liman işçiləri mənə tələsməyi məsləhət gördülər. Kassaya yaxınlaşıb bilet almaq istəyəndə kassir qız: Gemiye mi, otobüse mi? – deyə xəbər aldı. Mən: Gəmiyə – cavabını verdim. Bileti alıb, tələsik hərəkət etməyə hazırlaşan katerə qaçdım. Körpünü katerdən aralayırdılar. Birdən hay-küy qopdu. İşi dayandırdılar, məni düşürüb, körpünü araladılar. Sən demə mənim mindiyim katerə, yəni bizim kater dediyimiz kiçik gəmilərə burada feribot, dəniz otobüsü və ya qısaldılmış şəkildə otobüs deyirmişlər. Mən də elə bilmişəm otobüs deyəndə limanla şəhər arasında işləyən avtobusları nəzərdə tutur. Bu yanlışlığın nəticəsində onların gəmi, bizim bərə dediyimiz nəhəngdə əyləşib üç saat yük və minik maşınlarının dolmasını, adamların minməsini gözlədim. Otobüs adlandırdıqları katerlərin 3 saata keçdiyi dənizi, mən gəmi bərədə 5 saata keçdim.





Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin