R. R. Denktaşa bağışlayıram


- Niyə bizim yan tərəfimizdən çəkildiniz?



Yüklə 6,07 Mb.
səhifə65/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   61   62   63   64   65   66   67   68   ...   92
- Niyə bizim yan tərəfimizdən çəkildiniz?

O, sakit və saymazyana:

- Çəkildik - dedi.

Albay Celal Dora bir də sordu:

- Niyə bizə xəbər etmədiniz?

O, yenə soyuqqanlılıqla:

- Xəbər vermədik - dedi.

Celal Dora da eyni soyuqqanlılıqla çəkdi tapançanı, ingilis generalının alnının ortasından üç kurşun vurdu. Onu həbs etdilər.

Türkiyədən orgeneral Şahab Göler gəldi. Bizim əsgəriyyə kanunumuzu gətirdi. Orada cəbhədən qaçmaq yasaqdır. Qaçanı arkadaşı vurur. Beləliklə, albay Celal Dora bəraət etdi.

Sonra Türkiyədən takviyə (əlavə qüvvə) gəldi, bir daha heç kimsənin burnu qanamadı. İlk zərbədə piyanqo bizə vurdu.

Kıbrıs’ıma mektub
Kıbrısın, Türkləri rumlardan ayıran sınırında BMT Təhlükəsizlik Şurasının Qüvvələri dayanıb. Quzey Kıbrısdan Türk Ordusu çıxmayıb. Dünya gücləri Türk Ordusunu oradan danışıqlar yolu ilə çıxarmaq, sonra da rum və Türk xalqlarının birgə dövlətini qurmaq istəyirlər. İlk baxışda demokratik, barışsevər görünən bu siyasətin arxasında tamam başqa məqsədlər durur. Quzey Kıbrısın əhalisi 210 min nəfərə çatmır. Rum kəsiminin əhalisinin sayı köçmənlərin hesabına 850 min nəfəri keçib. Son illərdə keçmiş SSRİ məkanından rum kəsiminə köçənlərin sayının 50 mini keçdiyini də söyləyirlər.

Danışıqlardan məqsəd: vahid və mərkəzləşmiş dövlət qurduqdan sonra əhalinin say çoxluğundan istifadə edib Türkləri yenidən sıxışdırmaqdır. Türklər də bunu yaxşı bilirlər. R.Denktaşın danışıqlarda göstərdiyi hünər təqdirəlayiqdir. Lakin Quzey Kıbrısda hamının R.Denktaşla eyni fikirdə olduğunu düşünmək yanlışlıqdır. Bu kiçik ölkədə 10-a yaxın siyasi partiya və s. təşkilatlar olduğunu yuxarıda yazmışdıq. Özləri Türk olsalar da, Türkiyəlilərə həqarətlə, yuxarıdan aşağıya baxanlar da vardır. Sanki yaxın keçmişin qanlı-qadalı günlərini unutmuşlar. “Rum, Türk adlarını tarixin məzarlığında gömüb Kıbrıs xalqı yaratmaq” istəyənlərlə dartışmasız keçinmək olmur. Nəhəng Sovet İmperiyasının yeritdiyi siyasət və bu siyasətin qısa müddətdə puça çıxması da kosmopolit təfəkkürlülərə bir ibrət dərsi olmayıb. Quzey Kıbrısa Rumların bir neçə dəfə gəlib ata-babalarının məzarlarını, müqəddəs yerləri çiyarət etmələrinə şərait yaratsalar da, rum tərəfi Türklərin o tayda qalmış müqəddəs yerlərini, ata-babalarının qəbirlərini ziyarət etmələrinə icazə verməyib. Hamı yaxşı başa düşür ki, adada bu cür yaşamaq olmaz. Amma normal yaşayışı sahmana salmaq da hələlik mümkün olmayıb.

Fatma Akıl hocanın sanki Kıbrısın tarixini özündə yaşadan “Kıbrıs’ıma mektub” şeri ilə sözümü tamamlayıram. Bu şer mənim də ürəyimdən keçənləri özündə əks etdirir:





Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin