R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə69/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   65   66   67   68   69   70   71   72   ...   92
Ə.Şamil:İbrahim bəy, 1984-85-ci illərə kimi elə bilirdim Bolqarıstanı beş barmağım kimi tanıyıram. Çünki SSRİ mətbuatı xarici ölkələr arasında Bolqarıstana xüsusi yer ayırırdı. Xalq arasında zarafatla Bolqarıstanı SSRİ-nin 16-cı respublikası adlandırırdılar. Bu təsadüfi deyildi. Bolqarıstanda Polşada, Macarıstanda, Çexoslovakiyada olduğu kimi açıq antisovet qiyamları baş qaldırmamışdı. Yuqoslaviya kimi müstəqil siyasət yeritməyə can atmırdı. İdxal, ixracı Sovetlər Birliyi ilə bağlıydı. SSRİ-dən hətta turist kimi xaricə getmək çətin olduğu halda Bolqarıstana getmək olurdu. Bolqarıstanda türkcə çap olunan qəzet-jurnallara abunə yazılmaq, kitablar almaq da mümkün idi. Mən özüm Nazim Hikmətin Sofiyada nəşr olunmuş 8 cildlik əsərlərini Bakıdakı “Dostluq” kitab mağazasından almışdım.

80-ci illərdən başlayaraq isə mağazalarda türkcə kitablar azaldı. 4-5 ilsonra isə Bolqarıstana gedən turistlərimiz ictimai yerlərdə türkcə danışmağa yasaq qoyulduğu, türklərin adları və soyadlarının dəyişildiyi, dinləri dəyişildiyi, təzə Doğulan uşaqların zorla xaç suyuna salındığı xəbərlərini gətirdilər. Necə deyərlər, Ozan Arif demiş:
Bir Mestan tanımışdım, soyadı Cefakardı,

Şumnudan mektup yazar, bazen beni arardı,

Ecdadın yadigar sadece adı vardı,

Onu da aldı Bulqar, ne yapsın şimdi Mestan?

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
***
Ezan ile verilen Ahmet, Mehmet söküldü,

Hasan, Ömer yok artık, Bulqar adı takıldı,

Yetim kaldı ezanlar, minareler yıkıldı,

Camilerin yerine, bostan ektiler bostan,

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
Biz onda başa düşdük ki, bu gün bolqar türklərinin başına gətirilənlər beş-on il sonra bizim başımıza gətiriləcək. Ayağa qalxıb soydaşlarımızı müdafiə edən mitinqlər keçirməsək, imza toplamasaq da çayxanalarda üç bir, beş bir yığışıb vəziyyəti müzakirə edirdik.

Mətbuat bu mövzuda susur, şairlərimiz, siyasi xadimləri­miz isə Vyetnamda, Yəməndə, Afrikada, nə bilim dünyanın hara­sın­dasa, insan haqqlarının pozulmasından gen-bol yazılar verirdilər. Azərbaycanda yaşayan millətçilər belə səslərini çıxardıb onlara etirazlarını bildirə bilmədikləri zamanda Ozan Arif var səsi ilə bağırırdı:
Nerede Vyetnama ağıt yazan solçular,

Moskova borazanı öttüren yalancılar,

Müslüman Türkün şimdi Balkandakı sancılar,

Konuşsa ya birisi, susuyorlar mahsustan.

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.

Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin