R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə72/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   68   69   70   71   72   73   74   75   ...   92
Ə.Şamil: İbrahim bəy, bizlərdə çingənəyə qaraçı deyilir. Onları da ayrıca bir millət kimi tanıyırıq. Sizsə çingənə türklərdən, müsəlman bulqarlardan söz açdınız. Bunlara bir az aydınlıq gətirə bilərsinizmi? Siz özünüz hansı türklərdənsiniz?

İ.Tatarlı: — Qaynaqlar Bolqarıstanda ilk dövlət quran bulqar türkləri olduğunu göstərir. Onlardan öncə də bu yerlərdə hunlar, skiflər-saklar və b. türk tayfaları yaşayıb. Buna görə də dilləri də türkcənin müxtəlif ləhcələrindədir. Yaşadıqları bölgələrin əhalisi ilə ünsiyyətə girərək onların dillərindən, mədəniyyətlərindən təsirləniblər. Beləliklə, bir-birlərindən xeyli aralanıblar. Məncə Osmanlı hökümətinin ən böyük qəbahətlərindən biri bu fərqləri aradan qaldırmağa səy göstərməməsi olub.

Bizim çingənə, sizin qaraçı dediyiniz xalqı Bolqarıstanda üç qrupa bölmək olar. Onlardan ən çoxsaylısı, yəni 500 min nəfərdən çox olanı türkcə danışan çingənələrdir. Onlar təkcə dilcə deyil, görünüşcə də, bəzi gələnəklərcə də çingənələrdən çox bizə yaxındırlar. Məncə bunlar miladın başlanğıcında Balkanlarda yerləşən türklərdir.

Bolqar strateqləri çox bic tərpəndilər. Öncə onların adlarını, soyadlarını dəyişməyə başladılar. Onda başqa türklər susdular. Düşündülər: “Bizə ki, dəymirlər. İşləri çingənələrlədir.” Çingənə türklərinin adlarını və soyadlarını dəyişəndən sonra, keçdilər müsəlman bulqarlara. Onlar da özlərini türk sayırlar. Məncə onlar Asparux xanın başçılığı ilə dövlət quran bulqarların torunlarıdır. Müttəfiq olduqları slav tayfalarının təsiri ilə dinlərində slav layı artıb.

Bu dəfə iş sakit ötmədi. Patlaq verdi. Bu işlər 65-ci illərdə oldu. Onlar körpüləri partlatdılar, yolları dağıtdılar. 1972-1973-cü illərdə bolqar höküməti SSRİ-nin yardımı ilə bu üsyanı boğdu. Minlərlə insan həbs edildi.

Mən ad dəyişməyə məruz qalan üçüncü nəsildənəm. Soyadımdan da gördüyün kimi, müsəlman tatarlardanam. 1925-ci ildə Tuna boyundakı Niğbolu şəhərində doğulmuşam. Bu şəhər I Bayazidin xaçlıları (səlibçiləri) 1396-cı ildə Tunaya tökməsi (məğlub etməsi) ilə məşhurdur. Şimdi 6 min nüfuzlu bir kasabadır. Halə əhalisinin üçdə ikisi türkdür. 1946-cı ildə Sofiyada yüksək ögrətimə gitdim, hüququ bitirdim. Bundan sonra ədəbiyyat oxudum. O zamanlar əsgərlik üç sənə idi. Bir az təlim keçəndən sonra hərbi and içdirdilər. Oradan məni hərbi hissəyə deyil, “Narodyan Trudovak” (“Xalq inşaatı”) adlı qəzetəyə işə göndərdilər. Sonra “Trudu dyavu” qəzetəsində işlədim. Oradan da “Eylulçu çocuq” qəzetəsinə baş yazar göndərdilər. Bu qəzetə 40 min tirajla çıxırdı. Bu minvalla on ilə qədər qəzetəçi oldum. Bu əsnada hüquq təhsilimi bitirib 6 aya qədər hüquq stajyorluq-advokatlıq yapdım. Heç bir zaman advokatlığa ilgim yoxdu. Ona görə də 1954-62 illərdə “Yeni həyat” adlı bir dərgidə ədəbiyyat və kültür uzmanı olaraq çalışdım.

1957-59 illərdə Sofiyadakı Yüksək Teatro İnstitutunda Türk studiyası açdılar. Bu studiya Bolqarıstandakı türk teatrlarına kadr hazırlayırdı. İlk dəfə olaraq orada mən türk mədəniyyət tarixini oxutdum. 1960-cı ildən Ayasofiya, Ayaklimetik Universitetlərin­də də dərs deməyə başladım. 1962-də kadroya girdim (yəni ştatlı işə). Öncə qonorarla, sonra üst okutman, daha sonra baş okutman olaraq. 1964-65-ci illərdə Moskvada Türk Ədəbiyyatından və Kültür Tarixindən stajyorluq yapdım. Sonra Moskvada doktora savundum. Sabahettin Alinin Doğumu, yaşamı və yaradıcılıüı üzərində. Gərək şerlərini, gərək hekayələrini, gərək romanlarını təhlil etdim. S.Alinin türk ədəbiyyatında gerçəkçiliyini (realiz­mini) anlatdım.

Geri dönəndə Sofiyada S.Alinin toplu əsərlərini yayına hazırladım. O zaman kitabda ön söz olaraq doktora tezimdən parçalar yayınlandı.

1980-ci ilə qədər Sofiya Universitetində türk ədəbiyyatı və türk tarixini oxutdum. 1981 ilin sonunda Sofiya Universitesində bir etnik araşdırma yapıldı — təmizləmə. Türk əsilli okutmanlar və bizlə iş birliyi yapan bolqarlar universitetdən uzaqlaşdırıldı. Öyrənçilərlə təmasımızı kəsdilər. Bu dönəmdə — 20 iliçində türk dili və ədəbiyyatını bitirənlər həpsi bizim məzunumuzdur. Bizi başqa institutlara göndərdilər.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin